Yeni media anlayışına dair  Nazirlər Komitəsinin üzv dövlətlərə CM/Rec(2011)7 saylı tövsiyəsi

(Nazirlər Komitəsi tərəfindən  21 sentyabr 2011-ci ildə nazir müavinlərinin 1121-ci görüşündə qəbul edilib).

Giriş

Medianın məqsədi

1.      Kütləvi komunikasiya vasitəsi qismində yaradılandan sonra media  ictimai sferada ifadə azadlığının ən önəmli vasitəsinə  çevrilib və bununla da insanların informasiya axtarmaq və  almaq hüququnun həyata keçirilməsinə imkan yaradıb. Media ictimai müzakirə üçün məkanı canlandırır və təmin edir. Media siyasi dialoqun tərkib hissəsi sayılan şərh və fikirlər təqdim edir və  və siyasi gündəliyin müəyyən edilməsinə və ictimai rəyin formalaşmasına zəmin yaradır və bununla da adətən müəyyən dəyərləri təbliğ edir. Media ictimai və siyasi işlərə, fərdi və bizneslə bağlı məsələlərə nəzarəti asanlaşdırır və bununla  da şəffaflıq və məsuliyyəti artırır. Bundan əlavə media təhsil, əyləncə, mədəni və bədii ifadəyə yer ayırır. Media iqtisadiyyatda da önəmli  rol oynayır, iş yerlərin açılması və gəlirin əldə olunması üçün  zəmin yaradır.

Media və demokratiya

2.      İfadə azadlığı, xüsusilə də məlumat axtarmaq, məlumat yaymaq və məlumat almaq hüququ və onun məntiqi davamı olan media azadlığı, həqiqi demokratiya və demokratik proseslərin zəruri hissəsidir. Demokratik cəmiyyətdə, insanlar onlara aid qərar qəbul etmə proseslərində iştirak etmək iqtidarında olmalıdır. Bu, yerli, milli və ya beynəlxalq idarəetmə modelləri, eləcə də digər xüsusi icmalara da aiddir. Bu çərçivədə, demokratik idarəetmə geniş mənada başa düşülməlidir və ictimai-siyasi əhəmiyyət və ya kollektiv marağı özündə əks edən özəl və ya bizneslə bağlı məsələləri də əhatə etməlidir. KİV tərəfindən verilən bütün kontent (məzmun)ona verilən dəyərdən asılı olmayaraq, cəmiyyətə təsir edə bilər. Media öz gücündən plüralizm və demokratiyanın zərərinə sui-istifadə edə bilər, xüsusilə də güclü media monopoliyası mövcud olduğu hallarda.

Media standartları və tənzimləmə

3.      Avropa Şurasının bütün üzv dövlətləri Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq, yurisdiksiyasında olan hər kəsin ifadə və məlumat azadlığına hörmətin təmin edilməsini öz üzərinə götürüb ("Konvensiya" ETS No. 5). Bu hüquq mütləq deyil; bu hüquq vəzifə və məsuliyyətləri də nəzərdə tutur və Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq məhdudiyyətlərə məruz qala bilər.

4.      Tarixən medianın tənzimlənməsinə ehtiyac olub və bu cür tənzimlənmə medianın cəmiyyətə və fərdi hüquqlara olan potensial ciddi təsirini nəzərə alaraq inkişaf edib; tənzimləmə həm də ictimai maraq naminə məhdud resurslarının idarəetmə vasitəsi olmuşdur. Medianın demokratiya üçün əhəmiyyətini nəzərə alaraq, Avropa Şurası onun tənzimlənməsi ilə bağlı bir çox standartlar müəyyən edir.Burada məqsəd media azadlığının yüksək səviyyədə müdafiəsini təmin etmək və medianın vəzifə və məsuliyyətləri üzrə prinsiplərin müəyyən edilməsidir. Müdaxilə forması kimi, hər hansı bir tənzimləmə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsində müəyyən edilmiş tələblərə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq presedent hüququ ilə müəyyən edilmiş standartlara uyğun olmalıdır.

Media ekosistemində yeniliklər

5.      Məlumat və kommunikasiya texnologiyalarında yeniliklər və onların kommunikasiyalara tətbiqi media ekosistemində ciddi dəyişikliklərə səbəb olub; həmin dəyişikliklər geniş mənada medianın fəaliyyəti və cəmiyyətdə öz vəzifəsinin yerinə yetirilməsinə imkan yaradan və qarşılıqlı əlaqədə olan bütün tərəfləri və faktorları əhatə edir. Onlar geniş miqyadsa məlumatın yayılması üçün yeni yolların açılması ilə nəticələnib; bir çox halda məlumatın bu cür yayımlanması daha az vəsait və daha az texniki və peşəkar bacarıqlar tələb edir. Yeni funksiyalar bütün tərəflərin əvvəllər görülməz səviyyədə ünsiyyətini və iştirakını nəzərdə tutur və demokratik vətəndaşlıq üçün yeni imkanlar yaradır. Yeni proqramlar (platformalar) həmçinin istifadəçilərin  məlumatın və kontentin hazırlanması və yayılması prosesində iştirakınını asanlaşdırır və ictimai və şəxsi ünsiyyət arasındakı sərhədləri yumşaldır.Medianın daxili redaktə təcrübələri yeni üsullar, prosedurlar və nəticələri qəbul edilməklə diversifikasiya edilib.

6.      Media ekosistemində baş verən dəyişikliklər nəticəsində ənənəvi media subyektləri, onların fəaliyyəti, eləcə də onların iqtisadi model və professional standartları  digər subyektlərin səhnəyə gəlməsinəticəsində dəyişdirilir və ya əvəz edilir. Yeni subyektlər, son vaxtlara qədər, yalnız və ya əsasən ənənəvi media təşkilatları tərəfindən göstərilən media xidmətlərinin istehsalı və paylanması prosesində funksiyaları öx üzərlərinə götürüb, bu da məzmun istehsalçıları,proqram dizaynerlər və məzmun istehsalçıları qismində çıxış edən istifadəçiləri də əhatə edib. Bir sıra "vasitəçilər" və ya "yardımçılar"ın fəaliyyətirəqəmsal mediaya insanların çıxışı üçün çox önəmlidir, bura adətən informasiya və kommunikasiya (İKT) sektorunda,o cümlədən əvvəldə sadəcə host qismidə çıxış edən şəxslər də aiddir  (məsələn infrastruktur, şəbəkə və ya platforma operatorları).Bu yeni subyektlər tərəfindən göstərilən xidmətlər məlumatın əlçatımlı olmasını təmin edir və onlar bəzən kütləvi informasiyanın redaktə proseslərində fəal rol oynayan məlumat ötürücüləri və oyunçulara çevrilir. Bu xidmətlər ənənəvi media aktyorları tərəfindən göstərilən xidmətləri tamamlayır və ya bəzi hallarda qismən əvəz edir. Hər subyektin rolu asanlıqla dəyişdirilə və ya asanlıqla inkişaf edə bilər. Bundan başqa, bəzi tərəflər xidmətlər və ya proqramlar yaratmaqla hətta qlobal və ya milli səviyyədə dominant mövqe əldə edib.

Pilləli və fərqli yanaşma tələb edən yeni media anlayışı

7.      Ekosistemində baş verən dəyişikliklərə və yeni vasitələrin (daha dəqiq qarşılıqlı əlaqə və iştirakçılıq) yaranmasına baxmayaraq demokratik cəmiyyətdə medianın rolu dəyişməyib. Media ilə bağlı siyasət buna görə də bu və gələcək inkişafı tam nəzərə almalıdır və bu  cür dəyişkən və çox cür ölçülü reallığa uyğun olan yeni media anlayışını əhatə etməlidir. Media ekosistemində fəaliyyət göstərərn bütün aktyorlar – istər fərqli, istərsə də ənənəvi - Avropa Şurası standartlarına uyğun  olaraq  yetərli dərəcədə medianın müdafiəsini təmin edən və medianın vəzifələrini açıq  aydın müəyyən edən siyasət çərçivəsində tənzimlənməlidir. Yanaşma media xidmətlərin kontent istehsalı və yayılması proseslərində oynadığı roldan asılı olaraq fərqli olmalıdır. Medianın iqtisadi və ya fəaliyyət infrastrukturuna qarşı dolayı fəaliyyət də daxil olmaqla, media və ya onun ekosisteminin düzgün işləməsinə müdaxilənin potensial formalarıa da diqqət edilməlidir. Avropa Şurası Nizamnaməsinin 15-ci Maddəsiə əsasən Nazirlər Komitəsi üzv dövlətlərə bunları tövsiyə edir:

- Məzmunun hazırlanması və bir çox sayda insanlar arasında yayılması ilə məşğul olan bütün tərəfləri əhatə edən yeni və geniş media anlayışı qəbul edilsin (məsələn mətn və audio şəklində və ya vizual, audiovizual və ya digər formada ifadə olunan məlumat, təhlil, şərh, fikir, təhsil, mədəniyyət, incəsənət və əyləncə); bu yeni media anlayışı həmçinin

Bütün bu hallarda məzmuna dair redaksiyanın nəzarətini saxlamaqla interaktiv kütləvi komunikasiyaları asanlaşdırmaq məqsədi ilə hazırlanan platformaları (misal üçün sosial şəbəkələri) və ya digər kontent-əsaslı geniş miqyaslı interaktiv proqramları (misal üçün onlayn oyunları) əhatə etməlidir.

- Media ekosistemində xidmətlər göstərən və ya məhsullari stehsal edən bütün tərəflərin tənzimləyici ehtiyaclarını nəzərdən keçirmək, və bununla da İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq insanların informasiya axtarmaq, almaq və yaymaq hüququnu təmin etməkvə 10-cu maddədə nəzərdə tutulan hüquqlara mənfi təsir göstərə bilən müdaxiləyə (həmçinin əsassız özünü məhdulaşdırma və özünə senzura ilə nəticələnə bilənvəziyyətlər də daxil olmaqla) qarşı təminatları həmin tərəflərə tətbiq etmək.

Media prosesində iştirakçıların xüsusi funksiyaları və onların demokratik cəmiyyətdə yaxşı idarəetmənin artırılmasına potensial təsiri və əhəmiyyəti nəzərə alınmaqla, Avropa Şurasının media ilə bağlı standartlarına müvafiq olaraq medianın yeni anlayışı ilə əhatə edilən tərəflərə differensiyalaşddırılmış və fərdi yanaşmanı tətbiq edərkən bu sənədin qoşmasında əksini tapan meyarlardan istifadə etmək.


      
-Tətbiq edilən hüquqi çərçivə barədə düzgün məlumatın verilməsi məqsədilə media ekosisteminin  bütün iştirakçıları ilə dialoq aparmaq; ənənəvi və yeni medianı yaxşı təcrübə mübadiləsi, və uyğun olduğu halda özünü-tənzimləmə alətlərinin, o cümlədən ümumi qəbul olunmuş media və jurnalist standartlarını nəzərə alan və ya uyğun formada əks

etdirən davranış qaydalarının yaradılması məqsədilə qarşılıqlı məsləhətləşmə aparmağa həvəsləndirmək;


      
 Plüralizmi, məzmun müxtəlifliyini, və istehlakçı seçimini qənaətbəxş səviyyədə təmin etmək üçün  və ya baş verən dəyişiklikləri diqqətlə nəzərdən keçirmək və ya monitorinq etmək məqsədilə uyğun səviyyədə ictimai xidmətin göstırilməsini təçviq, inkişaf və təmin etmək üçün strategiyaları qəbul etmək. Media ekosistemində ciddi konsentrasiya hallarına xüsusi diqqətlə yanaşılmalıdır cünli həmin hallar Tərəflərin ictimai rəyi formalaşdırmaq və ya ictimai rəyə və ya insanların seçiminə təsir etmək imkanlarından sui istifadəsi ilə nəticələnə bilər və idarə etmə və əsasən də siyasi plüralizm və demokratik proseslərə mənfi təsir göstərə bilər:bu halda yeni növ xidmətlərin, proqramların və platformaların yaranması xüsusi nəzərə alınmalıdır.   

-Müvafiq beynəlxalq forumlarda bu yanaşmaları təşviq etmək məqsədilə fərdi və ya kollektiv şəkildə hərəkət etmək.

CM / Rec (2011) 7 nömrəli Tövsiyəyə Qoşma

Medianın müəyyən edilməsi kriteriyası və fərdi və fərqli yanaşmaya dair rəhbər prinsiplər

Giriş

1. Demokratiya və ifadə azadlığı üzv dövlətlərdən mediayaya əsassız müdaxilədən çəkinməyi tələb edir. Üzv dövlətlər həm də media azadlığı, müstəqilliyi, plüralizmi və müxtəlifliyi təşviq etmək, və media ekosisteminin müvafiq işləməsini təmin edən fəaliyyəti qorumaq üçün pozitiv tədbirlər görməlidir (media ekosistemi dedikdə, geniş mənada medianın fəaliyyəti və cəmiyyətdə öz vəzifəsinin yerinə yetirilməsinə imkan yaradan və qarşılıqlı əlaqədə olan bütün tərəflər və faktorlar nəzərdəntutulur).

2. Tətbiq edilən qaydalar aydın olmalıdır və onların tətbiqi nəticələri gözləilən olmalıdır. O, ifadə azadlığı , müxtəliflik və plüralizminn müdafiəsivə təbliği istiqamətində ifadə edilməli və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq presedent hüququnda sşərh edildiyi kimi,

İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş ciddi sərədlər cərcivəsində media ekosistemin bütün aktyorların vəzifələrini  və öhdəliklərini müəyyən etməlidir.

3. Siyasətin müəyyən edilməsi və, xüsusilə də tənzimləyici proseslər zamanı müdaxilə forması olaraq hər hansı bir tənzimləmənin özünün İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsində müəyyən edilən tələblərə və Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququndan irəli gələn stadartlara uyğun olması prinsipinə hörmət edilməlidir. Beləliklə, tənzimlənmə aktual sosial ehtiyaca cavab olaraq həyata keçirilməli, və onun təsiri nəzərə alınaraq qoyulan məqsədə mütənasib olmalıdır.

4. Avropa Şurası medianın düzgün işləməsi üçün tələb olunan müdafiəin təmin edilməsi ilə bağlı media sahəsidə səlaiyyətli orqanların müvafiq işini dəstəkləmək və həmin orqanların müvafiq qaydaların hazırlanmasına və tənzimlənmə fəaliyyətiə yardım etmək məqsədilə uzun illər ərzidə media ilə bağlı bir çox standart yaradıb. Yeni Media anlayışına dair Tövsiyənin həyata keçirilməsində üzv dövlətlərə yardım etmək üçün bu Əlavə bir tərəfdən müəyyə fəaliyyətlərin, xidmətlərin və ya tərəflərin media sahəsinə aid edilib-edilməməisnə (Hissə 1) və digər tərəfdən, media ekosisteminin tərkib hissəsi olan olan müxtəlif fəaliyyət, xidmət və ya tərəflərə münasibətdə fərqli və fərdi yanaşmanın təşviqinə dair dairrəhbər prinsiplər nəzərdə tutur (Hissə 2).

5. Meyarlar (və göstəricilər) əsasında fəaliyyətlərin, xidmətlərin və ya tərəfllərin təhlilinin nəticələri siyasətin və ya tənzimləmə ehtiyacların labüdliyi və miqyasının və həmçinin müvafiq hüquqi çərçivənin tətbiq dərəcəsinin qiymətləndirilməsinə kömək etməlidir (bu həm azadlıqlara həm də vəzifələrə aiddir). Məsələn, xəbər xidmətləri sahəsində ixtisaslanmış mediaya yanaşma siyasi müzakirə və ya əyləncə üçün platforma təklif edən mediaya yanaşmadan fərqlənə bilər bu isə öz nğvbəsində KİV vasitəsilə content yayılması ilə gəlir gətirən fəaliyyətin sadəcə bağlılığını nəzərdə tutmur.

6. Bu məqsədlə, Avropa Şurasının mövcud standartları əsasında, Hissə II media standartlarının yeni media fəaliyyəti, xidmətləri və ya aktyorlara tətbiq edilməsi məqsədilə qərar verən səlaiyyətli orqalar üçün qaydalar nəzərdə tutur. O, həmçinin Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən "Gender bərabərliyinin təmin edilməsi"nə dair Madrid Bəyannaməsində (12 may 2009) edilən çağırışa cavab olaraq gender bərabərliyi perspektivinin inteqrə edilməsi və ya gücləndirilməsi və həmçinin Görkəmli Şəxslər qrupunun hazırladığı və 2011-ci il 10 may tarixində İstanbulda Nazirlər Komitəsinə təqdim etdiyi “Birgə yaşayış. 21-ci əsrdə Müxtəliflik və Azadlıq prinsiplərinin birləşdirilməsi” adlı hesabatda etdiyi çağırışlara toxunur

7. Fərqli və fərdi yanaşma tələb edir ki, media fəaliyyəti və ya vasitəçi və ya yardımçı xidmətləri göstərən hər tərəf müvafiq formada (fərdi) və müvafiq səviyyədə (fərqli) müdafiə olunsun və onun məsuliyyəti İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə və Avropa Şurası tərəfindən hazırlanmış digər müvafiq standartlara uyğun olaraq məhdudlaşdırılır.

8. Həmçinin yada salınmalıdır ki, kontentin kütləvi yayılması və əldə olunması sahəsində yeni yaranan və ya yeni işlənilən üsullar və bununla bağlı məlumatların saxlanılması, hazırlaması və ya istifadəsi həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən qorunan hüquqlara da təsir göstərə bilər.

Hissə I

Media meyarları və göstəricilər

İlkin qeydlər

9. Media sahəsində səlahiyyətli orqanlar mediaya aid edilən xüsusi fəaliyyəti, xidmətləri və ya tərəflərimüəyyən edərkən aşağıdakı meyarlar nəzərə almalıdır.

10. Aşağıda göstərilən altı meyar və əlavə bir sıra idikatorlar media sahəsində səlahiyyətli orqanlara yeni media ekosistemində media və media fəaliyyətini müəyyən etmək üçün imkan yaradır. Meyarlara uyğunluq dərəcəsi yeni bir rabitə xidmətinin media olması və ya media xidmətləri üzrə vasitəçilik və ya yardımçı fəaliyyət sayılmasını müəyyən etməyə imkan yaradacaq. Göstəricilər (indikatorlar) hər bir xüsusi meyara uyğunluq  dərəcəsini müəyyən etməyə imkan yaradır. Müəyyən bir meyara uyğun olmaq üçün bütün indikatorların hər bir halda mövcudluğu tələb edilmir. Bəzi indikatorlar, məsələn peşə standartları və media etikası ilə bağlı  indikatorlar bir neçə meyara aiddir.

11. Eynilə, bütün meyarlar bərabər çəki daşımır. Məqsəd (meyar 2), redaksiya nəzarəti (meyar 3) və ya təbliğat və yayılması (meyar 5) kimi müəyyən meyarlarancavab verməyən cidmət media hesab edilmir.Müəyyən meyarlara, məsələn, niyyət (meyar 1) və ya ictimai gözlənti (meyar 6) uyğunluq olmasa və ya uyğunluq əvvəlcədən açıq aydın müəyyən edilməsə də, müəyyən cidmət avtomatik olaraq media statusundan məhrum edilmir, lakin bu meyarlara uyğunluqxidmətin media hesab edilməsində önəmli rol oynayır.

12. Meyarlar təhlil edilərkən xidmət göstərənin xüsusiyyətləri və media qısmində yetişməsi prosesi nəzərə alınmalıdır, sonuncu redaksiya nəzarətinin həyata keçirilməsi prosesinə (3-cü meyar) və ya özünü peşəkar hesab etməsinə təsir edə bilər (meyar 4). Nəticədə, bütün meyarlar (və göstəricilər) şəraitə uyğun tətbiq edilməli və xüsusi hallar və ya reallıqlar kontekstində şərh edilməlidir. Yeni rabitə mühitlərdə davamlı şəkildə diqqətli olmaq tələb oluur, çünki tərəflərin rolu və fəaliyyətləri asanlıqlandəyişə bilər və inkiçaf edə bilər, bu isə bir və ya bir neçə meyara uyğunluq dərəcəsinə və beləliklə, tərəflərin və ya fəaliyyətlərin  mediaya aid edilməsinə təsir edə bilər.

13. KİV-in ümumi qəbul edildiyi xüsusiyyəti onun cəmiyyətdəki roludur və cəmiyyət və ya demokratik proseslərə təsiridir. Təsir aşağıdakı meyarların bir neçəsinin bir hissəsi sayılır.Lakin təsirin qiymətləndirilməsininçox subyektiv olduğunu nəzərə alaraq, o, həlledici amil kimi hesab edilə bilməz.KİV tərəfindən verilən bütün content təsirə m\ruz qlan əhalinin seqmentinin ölçüsü, və ya bütövlükdə cəmiyyət tərəfindən ona aid dəyərdən asılı olmayaraq cəmiyyətə potensial təsirə malikdir.

14. Media siyasəti müəyyələşdirilərkən və fərdi yanaşmanın tətbiqi səsələsi həll edilərkən  bu təliliin nəticələri nəzərə alınmalı və hər bir halda zərurət və miimal müdailə prinsipləırinə hörmət edilməlidir. Bu həmçiin Avropa Şurasının media ilə bağlı standartların tətbiq dərəcəsinə və onların tətbiq üsullarına təsir göstərəcək.Bu şəraitə uyğun addımların atılmasını tələb edir: həmin addımlar konkret haıa uyğunlaşdırılmalıdır (fərqli yaaşma) və fərdiləşdirilməlidir. Yanaşma həmçinin xidmət göstərənin öz xüsusiyyətlərini, eləcə də media kimi xidmət provayderinin yetişmə prosesini nəzərə almalıdır.

15. Media ekosistemində mğvud vasitəçilər və yardım edələr mediadan fərqlənir,- onlar
aşağıda göstərilən müəyyən meyar və ya indikatorlara uyğun ola bilər,nlakin onlar adətən
redaksiya nəzarət (meyar 3) və ya məqsəd (meyar 2)  kimi əsas şərtlərin bir neçəsinə cavab vermir. Lakin onlar bir çox halda önəmli rol oynayır və həmin rol onlara təbliğat və contentən dair nəzarət sahəsindəxeyli səlahiyyət verir. Nəticədə, vasitəçilər və yardımçılar asanlıqla kütləvi informasiya vasitələrin redaksiya proseslərində fəal rol oynaya bilər.Bu səbəbdən də üzv dövlətlər media ilə bağlı siyasətlərindəonlara diqqətlə yanaşmalı və onlara yanaşmada İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsindən irəli gələn öz müsbət və mənfi öhdəliklərinə xüsusi diqqət nümayiş etdirməlidir.Bu, vəziyyətin xüsusiyyətləri nəzərə alınaraq (onların barəsində vəziyyətə uyğunlaşdırılmış (müəyyən vasitəçilər və ya yardımçılara) siyasətin aparılmasına ehtiyac yarada bilər (məsələn, onların fəaliyyətiplüralizmə təsir etdikdə və ya müvafiq media vasitəçiləri və ya yardımçıların köməyi mediaya öz rolunu yerinə yetirmək, normal fəaliyyət göstərmək və ya öz xidmətlətini göstərilməsini davam etmək imkanı yaradanda).

Meyar 1 - media kimi çıxış etmək niyyəti

Göstəricilər

Özünü media adlandırma

Mediaya xas olan iş metodları

Professional media standartlara uyğunluq

Kütləvi informasiyanın verilməsi üçün praktiki tədbirlər

16. Hər hansı bir subyektin və ya onun məhsul və xidmətlərininmedia hesab edilib edilməməsinin qiymətləndirilməsində həmin subyektin öz iradəsi mühüm amil hesab edilir.Onların fəaliyyəti və xidmətləri ilə bağlı o, həmçinin müxtəlif aktyorların fəaliyyət və xidmətlərinə dair uyğunlaşdırılmış siyasətin ilk instansiyası hesab edilə bilər.

17. Media qismində fəaliyyət göstərmək niyyətisubyektiv formada ifadə oluna bilər (misal üçün özünü media elan etmə, özünü içarələmı, məqsədi bəyan etmə, missiya bəyannaməsi və ya media və jurnalist fəaliyyəti məqsədi ilə hazırlanan media plan), aşıq aydın bəyan  edilə və ya hətta formal çəsikləd ifadə oluna bilər (sahibkar qismində qeydiyyat, çirkəti təsis sənədlərində höstərilən məqsədlər). Bu subyektiv göstəriiclər digər meyarlara da istinad edə bilər (məsələn müntəzəm şəkildə xəbər yayma, redaksiya nəzarəti və ya professional standartlara istinad).

18. Xüsusilə də niyyət mediaya xas redaksiya siyasətin qəbulu və ya professional və etik standartlara hörmətlə nümayiş edilə bilər. Redaksiya siyasəti və ya standartlara hörmət

məzmun növü və ya operator tərəfindən qəbul olunmaz davranış barədə xidmət istifadəçilərinə məlumat verən istifadə qaydalarında da ifadə edilə bilər.

19. Professional media təşkilatlarında və ya etik davranış normalarını və ya yaxşı təcrübələri təşviq edən və ya adətən mediaya xas olan özünü-tənzimləmənin digər formaları ilə məşğul olan təçkilatlarda üzvlük, işçilərin müəyyən funksiyalara dair seçimi (məsəklən jurnalistlərin), vəzifələrin təsviri, təlim və hətta peşəkar sığorta növünün (məsələn defamasiya halarına qarşı) seçilməsi ilə yanaşı həmçinin nəzərə alına bilər  

20. Niyyət həm də geniş auditoriya üçün ənənəvi media kontentinin (məsələn mətn, audio, visual və ya audiovisual formada ifadə olunan məlumat, təhlil, şərh, rəy, təhsil, mədəniyyət, incəsənət və əyləncə) hazırlanması və yayımlanmasına yönələn tədbirlərə əsasən müəyyən edilə bilər (məsələn çirkətin və ya hanss a platformanın açılması, işçilərin işə götürülməsi və sairə).

21. Yeni rabitə mühitində bu yuxarıda göstərilən məzmunun hazırlanması, toplanılması, seçilməsi (məsələn alqoritm vasitəsilə) və ya KİV vasitəsilə geniş kütlə arasında yayılması üçün görülən tədbirləri əhatə edir. O, həmçinin interaktiv kütləvi rabitə (və ya məcmu kütləvi kommunikasiya) və ya digər content-əsaslı geniş miqyaslı interaktiv təcrübəni asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur paylaşılan kollektiv onlayn məkanlar üçün nəzərdə tutulan əməliyyat proqramlarını da əhatə edir. Bu, xüsusilə də kütləvi rabitə üçün nəzərdə tutulmuş vasitələr, tədbirlər və ya strukturların mövcudluğu ilə sübut edilə bilər (məsələn platforma və ya kütləvi yayım məqsədilə sürətli internetə çıxış).

22. Niyyət əhəmiyyətli bir meyar hesab edilsə də, o təklikdə hansısa bir tərəfin, onun xidmətinin və ya məhsulunun media sahəsinə aid edilməsi üçün yetərli deyil.

Meyar 2 - Məqsəd və medianın əsas vəzifələri

Göstəricilər

Media contentinın yaradılması, bir yerə toplanılması və yayımlanması

İnteraktiv kütləvi rabitə və ya bir yerə məlumatı toplamaqla kütləvi rabitəni asanlaşdırmaq üçün yaradılan proqram və ya platformalardan istifadə (məsələn social şəbəkələr) və (və ya) kontentə əsaslanan geniş miqyaslı interaktiv təcrübənin təqdim edilməsi (məsələn onlayn oyunlar).  

Medianın əsas vəzifələri (canlı yayım və siyasi dialoq və siyasi dialoqa yerin ayrılması, ictimai rəyi formalaşdırmaq və ona təsir etmək, dəyərləri təçviq etmək, nəzarəti asanlaşdırmaq və çəffaflığı və məsuliyyəti artırmaq, təhsil, əylancə, mədəni və abədiid ifadəyə yer ayırmaq, iş yerlə aşmaq, gılir gətirmək- və ya çox bir halda yuxarıda göstərilən bir neçə faktorun toplumu)

Dövri yenilənmə və məzmunun yenilənməsi

23. Media media ekosistemi dəyişikliklərə baxmayaraq, medianın məqsədi və əsas vəzifələri əsasən dəyişilməz olaraq qalır- xüsusilə də geniş kütlə üçün kontentin hazırlanması və yayımlanması və müxtəlif interaktiv təcrübələr üçün məkanın yaradılması. Media ifadə azadlığı üçün ən vacib vasitədir.

24. Medianın məqsədi və əsas vəzifələri ən önəmli faktor olaraq qalır, bu xüsusilə də onun cəmiyyətdə roluna və təsirinə aiddir. Onlar medianın müəyyən edilməsi üçün seçim xüsusiyyətləri hesab edilir və media ilə bağlı siyasətin hazırlanması və tənzimləyici proseslərində böyük rol oynayır. Bun görə də onlar fərqli və fərdi yanaşmanın tətbiqi məsələsində  mühüm vasitə olacaq.

25. Mediavə ya media ilə bağlı fəaliyyətin ictimai rəyə təsir etmək niyyəti ənənəvi olaraq əsas göstərici sayılır: bu niyyət ictimai debata və marağa toxunan məsələlərlə və geniş kütləyə çıxış etmək cədlərində özünü biruzə verir (bu kontekstdə ictimaiyyətə çıxış, məlumatın yayımlanması və ictimaiyyətin gözləntilərinə dair 5-ci və 6-cı meyarlara bax).

26. Lakin, məzmunla bağlı qiymətləndirici mülahizələr media xidmətləri, fəaliyyəti və ya subyektləri media sferasından kənarlaşdırmaq üçün müəyyənləşdirici faktor ola bilməz. Diqqət xüsusilə də əsas xüsusiyyətləri əvəzinə innovativ üsullara görə müəyyən fəaliyyəti media sferasından istisna etmək riskinə yetirilməlidir.Geniş yayım məqsədilə məzmunun seçilməsi, birləşdirilməsi və hətta yayımı nəzərə alınmalıdır.Meyarlara uyğunluq dərəcəsindən asılı olaraq istehsalçı (prodüser) anlayışını mediadan fərqləndirmək lazımdır. Bu baxımdan, ənənəvi medianın interaktiv və ya istifadəçi tərəfidən hazılanan məzmununa (məsələn əməkdaşlıq, tamaşaçıların iştirakı, studiyadan kənar zənglər, viktorina və ya tok-şou formatı) istinad faydalı ola bilər. Bu onlara media ilə bağlı qaydaların tətbiqi üsulları və dərəcəsinə təsir edə bilər.

                                                                                                      

27. Məzmun yayılması sahəsində gəlir gətirən fəaliyyətlərin yeni biznes modelləri yaradılmışdır və heç şübhəsiz ki, bu proses davam edir. Bu bəzən media fəaliyyətinin mərkəzində duran məsələsiolur və buna görə də müəyyən əsas media xidmətləri və fəaliyyətlərin kateqoriyalara aid edilməsi və siyasət və tənzimləyici nəticələrin təhlil edilməsi üçün faydalı ola bilər.

28. Məzmunun müntəzəm yenilənməsinə də nəzərə verilməlidir. Bu cür müntəzəm yenilənmənin əhəmiyyəti nəzərə alınaraq bu göstərici ehtiyatla tətbiq edilməlidir.Bundan başqa, yeni informasiya mühitində istifadəçilər də məzmunun formalaşmasına ciddi nəzarət edir.Bu, xüsusilə ümumi və ya digər böyük miqyaslı interaktiv təcrübə və kütləvi rabitəni asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur kollektiv onlayn paylaşılan məkanlara istifadə edilən xidmətlərə aiddir.

Meyar 3 - Redaksiya nəzarət

Göstəricilər

Redaksiya siyasəti

Redaksiya prosesi

Moderatorluq

Redaksiya heyəti

29. Redaksiya azadlığı və ya müstəqillik media üçün əsas tələb hesab edilir və o, həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsində təmin olunan ifadə azadlığı və həmçinin məlumat almaq və yaymaq hüququnun birbaşa nəticəsidir. Avropa Şurasının bir sıra standartları redaksiya azadlığı və ya müstəqilliyin qoruması və ya təşviq edilməsi üçünqaydalar nəzərdə tutur. Medalın əks tərəfi məzmun üzərində medianın redaksiya nəzarəti və ya redaksiyanın qərar vermə prosesidə məsuliyyətidir.

30. Media bəzən açıq şəkildə redaksiya siyasətini yazılı açıqlaya bilər, bu siyasət həm də məzmunun seçilməsi və ya hazırlanmasına dair daxili təlimat və ya meyarlarlarda qeyd oluna bilər (məsələn məzmunun yoxlanılması və ya təsdiq edilməsilə bağlı). Yeni rabitə mühitlərdə, redaksiya siyasəti missiya hesabatlarında və ya istifadə şərtlərində əksini tapa bilər (məzmundan istifadə ilə bağlı ətraflı müddəalar nəzərdə tutula bilər) və ya müəyyən prinsiplərə hörmət etmək öhdəliyi kimi qeyri-rəsmi şəkildə ifadə edilə bilər (məsələn internetdəetik qaydalar, şüar) .

31. Media tərəfindən redaksiya nəzarətinin zahiri formada təsdiq olmaması, bu cür nəzarətin olmamasının göstəricisi kimi qəbul edilə bilməz. Inkişaf edən media mühitdə, redaksiya prosesi tədricən inkişaf edə və möhkəmlənə bilər və buna çox bir nümunə var. Ənənəvi media üçün olduğu kimi, məzmuna nəzarətin intensivliyi müxtəlif ola bilər.

32. Redaksiya prosesi istifadəçiləri cəlb edə bilər (məsələn həmkar nəzarəti və sorğu yazmaq): bu halda daxili prosedurlar nəzərə alınmaqla müəyyən meyarlara əsasən (reaktiv moderatorluq) yekun qərar qəbul edilir. Yeni media, istifadəçi məzmunu ilə bağlı bir çox hallarda ilk baxışdan görünməyən ex post modertorluqdan istifadə edir.Redaksiya prosesləri də (məsələn məzmunu ex ante seçən və ya müəllif hüquqları ilə qorunan materiallarla müqayisə edən alqoritmlər) avtomatlaşdırılmış bilər.

33. Müəyyən hallarda, redaksiya nəzarəti seçilmiş və ya təşviq edilən və ya gəlir gətirən fəaliyyətlə (məsələn reklam) bağlı daha aydın ola bilər (digər məzmunla müqayisədə, məsələn istifadəçi tərəfindən yaradılan məzmun). Öz növbəsində məzmunun bir hissəsi (məsələn reklar) başqa təşkilatla razılaşma əsasında üçüncü tərəfin birbaşa nəzarəti altında ola bilər. Ənənəvi media müəyyən xidmətlər və ya fəaliyyətlə bağlı (məsələn çap media və ya verilişləri üçün) ex ante redaktədən istifadə edir (öncədən moderatorluq), digər hallarda isə bu növ redaktədən imtina edir (əməkdaşlıq, auditoriyanın iştirakı, zəng və tok şoular)

34. Məzmun istehsalı, toplanması, yoxlanılması, emalı və ya təsdiqləməsi üçün ayrılan işçi heyəti redaksiya nəzarətinin etibarlı göstəricisi hesab edilir. Redaksiya şurası və ya redaktə səlahiyyətlərini həyata keçirən nəzarətçilərin və ya istifadəçiləri məzmuna dair şikayətlərinin araşdırılmasına dair prosedurlar bu baxımdan xüsusilə faydalı olacaq.

35. Yenə də, qeyd etmək lazımdır redaksiya nəzarətinin müxtəlif səviyyələri redaksiya məsuliyyətinin müxtəlif səviyyələrinə uyğun olmalıdır. Redaksiya nəzarətinin müxtəlif səviyyələri və üsulları (məsələn ex post və ya ex ante düzəlişlər-moderatorluq) müxtəlif yanaşmalar tələb edir.

36. Nəticədə, media fəaliyyətinə və ya media çıxışına yardım edən, lakin özü redaksiya nəzarəti həyata keçirməyən bir vasitəçi və ya yardımçı xidmət təchizatçısı məhdud məsuliyyə daşıyır və ya ümumiyyətlə məsuliyyətdən azad edilir. Lakin, onların fəaliyyəti media kontekstində müvafiq ola bilər. Buna baxmayaraq, hüquqi öhdəlik nəticəsində vasitəçi və ya yardımçı xidmətlərin provayderləri tərəfindən atılmış addıımlar (misal üçün məhkəmə qərarına cavab olaraq məzmunun silinməsi) yuxarıda göstərilən mənada redaksiya nəzarəti hesab edilə bilməz.

Meyar 4 – Professional standartlar

Göstəricilər

Öhdəlik

Qaydalara riayət prosedurları

Şikayət prosedurları

Səlahiyyətlər, hüquq və güzəştlərin müdafiəsi

37. Mediaöz peşəkarlığı, xüsusilə də jurnalistlərin peşəkarlığı hesabına zamanlaetibar qazanıb. Kollektiv şəkildə mediabi şox bəyanatlar, nizamnamələr və qaydalar qəbul etməkləöz dəyərlərini qorumaq üçün öz üzərinə öhdəlik götürüb: həmin sənədlər media təşkilatları tərəfindən bütün media sektorunda təbliğ edilir və həmkarlar arasında, xüsusilə də bu sahəyə yeni gələnlər arasında təbliğ edilir. Xüsusi media bu standartları öz daxili davranış qaydaları, işçi heyətina dair qaydalar və ya təlimatlar və həmşimim prosedur və stilə dair normalarvasitəsilə daha da gücləndirir.Özünü-tənzimləmə xüsusilə demokratik cəmiyyətlərdə medianın əhəmiyyətini təsdiq edir.

38. Lakin, yalnız açıq şəkildə ifadə edilən peşə etika, deontologiya və standartlara hörmət güclü media göstəricisi hesab edilir; bu çərçivədə tez-tez qeyd edilən standartlar bunlardı: düzgünlük, məsuliyyət, ifadə və media azadlığı, bərabərlik, ədalət və jurnalist müstəqilliyi. Yeni mediada, bu meyar daha az aydın ola bilər, lakin bu meyara təşkilatın missiyasını müəyyən edən və ya, işçi heyətinə dair sənədlərdə və ya istifadə qaydalarında rast gələ bilinər. İşçilərin seçimi, onlara həvalə edilən vəzifələr, onların fəaliyyətinə və ya peşəkar səvyyələri və təcrubələrinə dair qaydalar da müvafiq ola bilər.

39. Media (və jurnalist) etikası, deontologiya və standartlar media hesabatlılığı sisteminin əsasını təşkil edir. Media hesabatlılıq sistemlərinin bir neçə növü var: media və ya mətbuat şuraları, ombudsman  (o cümlədən istifadəçilərin vəkilləri), qeyri-rəsmi həmkar (media) nəzarəti və medianın peşəkarlığı ilə bağlı məsulliyət məsələlərinə bazan və ya etik davranış saəsində yozlama aparan bir sıra rəsmi və ya qeyri-rəsmi proseslər.

40. Media hesabatlılığı sistemi həmçinin şikayət prosedurlarını və şikayətləri araşdıran və peçəkar tələblərə riayət barədə qərar qərar qəbul edən orqanların mövcudluğunu nəzərdə tutur. Bununla əlaqədar olaraq, media üçün tipik vasitələrin mövcudluğuna (məsələn cavab üçün yer ayırmaq, düzəliş və üzr istəmək vəzifəsi) və ya və ya yayılmış məzmun barədə şikayətlərə cavab olaraq görülən digər bərpaedici tədbirlərə diqət yetirilməlidir

41. Xüsusilə yeni mediaya gəldikdə qeyd etmək lazımdır ki, onlayn jurnalistika cəmiyyətinin ən azı bir qismi artıq bloqçular üçün davranış qaydaları və ya etik standartlar qəbul etmişdir. Lakin bloqçular yalnız yetərli dərəcədə meyarlara uyğun olduğu halda media hesab edilə bilər.

Özünü tənzimləmə olmadığı halda, milli və beynəlxalq qərarlar və ya presedent hüququ (məsələn milli hakimlərin və ya məlumatın qorunması sahəsində səlahiyyətli orqanlarının və ya beynəlxalq qurumların, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri) həmçinin standartların formalaşmasında öz töhfəsini verir (məsələn məxfilik və ya şəxsi məlumatların qorunması, və ya uşaqların zərərli məzmundan qorunması sahəsində).

42. Mediaya verilən güzəştlər faydalanmaq niyyəti çox aşkar ola bilər. Müvafiq hüquqi müddəalara əsasən media və ya jurnalistlərin tələn edə biləcəyi üstünlüklər, hüquq və imtiyazlarabunlar daxildir: mənbələrinin qorunması; imtiyazlı rabitə və jurnalist materiallarıngötürülməsindən müdafiə; hərəkət və informasiya əldə etmək azadlığı; akkreditasiya hüququ; böhtan və diffamasiya qanunlarından sui-istifadəyə qarşı müdafiə (məsələn məlumatın düzgünlüyü və həqiqiliyi ilə bağlı müdafiə, niyyət və ictimai maraq konsepsiyaları).


MEYAR 5 – Ictimaiyyətə çıxış və yayım

Göstəricilər

Faktiki yayım

Kütləvi kommunikasiya

Ictimaiyyətə çıxış üçün resurslar

43. Yuxarıda təsvir edilən məqsədlərə nail olmaq üçün, media bir çox insan arasında təbliğat aparmağa çalışır. İnsanlara çıxış və ya faktiki yayılma miqyası (surətlərin və ya istifadəçilərin sayı) medianın ictimai sahədə fərdi ünsiyyətdən (media hesab edilməyən lakin mediaya vasitəsinə daxil edilən) ayrılması üçün önəmli indikator hesab edilir.Lakin, kütləvi və ya geniş auditoriya anlayışı müəyyən edilmir, o, asanlıqla ərazi, maraq üzrə birləşən (məsələn yerli, professional və ya icma medianın hədəfləri)və ya digər icma və ya qlobal auditoriya da hesab edilə bilər (satelit televiziyası və ya müəyyən internet xidmətəri).

44. Məzmunun xətsiz və ya müraciət əsasında çatdırılması, şərti çıxış, elektron məzmunun birgə istifadəsi və ya məzmunun fərdiləşdirilməsini mümkün edən texnologiyalar terminə əlavə məna verir və kütləvi kommunikasiyanı zənginləşdirir. Bu həmçinin internetin ictimai (bir nəfərin bir çox insanla və ya bir çox şəxsin bir çox şəxslə), eləcə də qrup (bir neçə şəxsin bir neçə şəxslə) və özəl ünsyyəti (bir nəfərin bir nəfərlə) dəstəkləmək imkanına aiddir; belə ünsiyyətin internetdə (ictimai yer) baş tutması onun mütləq media olduğu demək deyil.

45. İctimaiyyətə çıxışın qiymətləndirilməsi üçün, məcmu tamaşaçılara, yəni platforma və ya xidmətdən istifadə edən və bütün operatorlar tərəfindən istehsal ediyi, toplandığı, seçildiyi və yayımladığı məzmuna çıxışı olan şəxslərə diqqət verilməlidir, bu həmçinin məzmunun sinxron  olmadığı hallara da aiddir. Xidmət operatorunun gəlir gətirən fəaliyyəti ilə birbaşa və ya dolayısı yolla bağlı olan və ayrı-ayrı istifadəçi tərəfindən axtarılan məzmunla bağlı  məsələlərin ayrı təhlil edilməsi faydalı ola bilər. Qeydiyyatdan keçmiş istifadəçilərin sayı buna görə də aktualdır.

46. ​​Yuxarıda göstərilənlər özəl və ictimai ünsiyyət arasında incə bir sərhədin olduğunu təsdiqləyən presedent hüququna uyğundur; nəticədə, sosial şəbəkələrdə məzmunun yerləşdirilməsi halları ictimai yayıma müvafiq olan nəticələrə səbəb olmuşdur. Lakin bu istifadəçilərin media hesab edilməsinə səbəb hesab (əks halda bu onlara media və ya jurnalistlərin səlahiyyətləri və ya güzəştlərini əldə etmək imkanı verərdi). Bu meyarlara cavab vermək üçün, məzmun yerləşdirən subyekt onun kütləvi yayıma yönəldilməsi məqsədilə konkret addımlar atmalıdır; məsələn bu uyğun yayım platformaların inkişaf edilməsi ilə sübut edilə bilər. Bu baxımdan diqqət sürətli inkişaf imkanına verilməlidir.

47. Yeni dəyişkən ekosistem bir medianın digər medianın tərkibində fəaliyyət göstərməsinə və ya müxtəlif operatorların fəaliyyətinin üst üstə düşməsinə imkan yaradır və bəzən onların arasında sərhədləri çox yumşaldır. Buna görə də, onların müvafiq vəzifələrini müəyyən etmək və rollarını ayırmaq vacibdir. Bu proses qonağın ayrılıqda hansı dərəcədə  media meyarlarına cavab verməsinin təhlili nəticəsində asanlaşdırıla bilər. Bu ona görə də vacibdir ki, media anlayışı lüzumsuz olaraq çox geniş təhlil edilərkən məzmun yaradan və məzmunun yaradılmasında iştirak edən istifadəçiləri daxil etməsin.

48. Digər meyarlarla birlikdə interaktiv rabitəni asanlaşdırmaq üçün nəzərdə tutulan tamamilə qapalı kollektiv onlayn paylaşılan məkanların ölçüsü onların media olub-olmadığını müəyyən etmək üçün əsas ola bilər. Lakin, məhdud çıxış faktı avtomatik olaraq onları media statusundan məhrum etməməlidir (bu yalnız abunə əsasında göstərilən media xidmətləri ilə müqayisə edilə bilinər).

49. İctimaiyyətə çıxış və yayım səviyyəsi fərqli və fərdi yanaşmaya açıq aşkar təsir göstərən əhəmiyyətli bir meyar hesab edilir. İctimaiyyətə çıxış və yayım səviyyəsi aşağı olarsa, xidmət media hesab edilə bilməz.Lakin bu bazar və ya potensial tamaşaçı və ya istifadəçi bazasının miqyası, həm də potensial təsir ölçüsü nəzərə alınaraq təhlil edilməlidir.İctimaiyyətə çıxış və yayım səviyyəsinin yetərli dərəcədə heniş olmaması idmətin media hesab olumasını istisna etmir, lakin bütün belə hallarda, həmin hallar fərqli və fərdi yanaşmanın qəbul olunmasına təsir edir.

Meyar 6 – İctimaiyyətin gözləntisi

Göstəricilər

Əl çatımlılıq

Plüralizm və müxtəliflik

Etibarlılıq

Peşəkar və etik standartlara hörmət

Hesabatlılıq və şəffaflıq

50. İnsanların gözləntiləri əsasən əvvəlki meyarlara (və müvafiq göstəricilərə) aiddir. Onlar medianın əlçatımlı olmasını və istənilən məqamda onlara məlumat verməyə hazır olduğunu istəyir. Xitam və ya müvəqqəti dayandırılmaya xələl gətirmədən, media xidmətləri buna görə də (bu abunə və ya üzvlüyə əsaslanan xidmətləri istisna etmir) davam edən və geniş miqyasda əlçatan hesab olunur.

51. Insanlar ümulilikdə medianı tanıyır və informasiya və digər məzmunun əldə edilməsi zaman mediaya yetərli dərəcədə etibar edir. Onlar kontentin müvafiq professional standartlara uyğun olaraq istehsal olunmasına inanır. Demokratik cəmiyyətdə, insanlar bir çox informasiya mənbələrinin mövcudluğu və məlumatın müxtəlif olaraq cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarına cavab verməsini istəyir.

52. Məqsəd və xüsusi medianın xarakterindən asılı olaraq, ictimai gözləntilər dəyişə bilər. İctimai KİV-lə bağlı gözləntilər müəyyən digər media ilə bağlı gözləntilərə nisbətən daha yüksəkdir. Təbii ki, hesab olunur ki, xəbər yayan media müntəzəm olaraq məlumatları yeniləməlidir və müntəzəm şəkildə yayılmalıdır. İnsanların həttəa kommersiya məzmumu ilə bağlı gözləntiləri v media və ya yetkinlik yaşına çatmayanlar üçün nəzərdə media content bağlı yüksəkdir kommersiya xarakterli, məzmunu ilə bağlı insanlar belə gözləntiləri var-bu gözləntilər uşaqlara ünvanlanmış media və ya məzmuna gəldikdə daha yüksəkdir.

53. Öz rolunu yerinə yetirmək və məqsədinə nail olmaq üçün media ictimaiyyətin etibarını qazanmalıdır. İfadə olunan məqsəddən asılı olaraq, redaksiya siyasəti, maliyyə modeli, medianın təsiri və xalqın inam dərəcəsi fərqlənə bilər. Professional və etik standartların inkişafı bir çox dərəcədə insanların gözləntilərini əks etdirir. Lakin, öz-özünü tənzimləmə həmişə kifayət hesab və insanlar gözləyir ki, dövlət orqanları minimal standartlara hörməti təmin edəcək. Şəffaflıq və hesabatlılığa dair də insanlarda gözləntilər var. Mötəbərliyin, standartların, şəffaflığın və ya hesabatlılığın daha yüksək səviyyəsi mütləq olaraq daha yüksək yayım və ya təsirlə nəticələnmir.

54.  Müəyyən cəmiyyətdə ictimai gözləntilər, müəyyən dərəcədə, qanunverici orqanın mövzuya göstərdiyi maraq və diqqətlə ortaya qoyula bilər və mövcud tənzimlənmə vasitəsilə (birgə tənzimləmə də daxil olmaqla) ifadə oluna bilər. Media sərhəd bilmədiyi qlobal cəmiyyətdə media anlayışında  müəyyən dərəcədə harmonizasiya gözləntisi də var. Müqayisəli həllər buna görə də müvafiq ola bilər.

55. Ictimai gözləmənin səviyyəsi və təbiəti digər meyarlar və göstəricilər nəzərə alınmaqla media və siyasətçilərin rolundan asılı olaraq sürətlə dəyişə bilərsiniz.

Hissə II

Yeni ekosistemdə mediaya tətbiq edilən standartlar

İlkin qeydlər

56. Bu hissənin məqsədi media stadartların fərqli və fərdi yanaşma əsasında yenni media xidmətləri, fəaliyyətləri və trərflərinə tətbiq edilməsində media siyasətini müəəyənləşdirən oraqlar ümün qaydaların müəyyənedilməsidir. Bundan əlavə, o, mövcud hüquqi baza barədə bütün media subyektlərin məlumatlı olması məqsədilə onlarla dialoqa dair üzv dövlətlərə yönələn tövsiyəin həyata keçirilməsi üçün əsas yaradır. O, həmçinin media subyektlərinə onların məşğul ola biləcək istəilən özünü-tənzimləmə formasının həyata keçirilməsinə kömək etməlidir.

57. Yeni media anlayışına dair Tövsiyə və bu qoşmanın 1-ci hissəsi onların geniş təbiətinə  görə vat keçdikcə öz aktuallıöını qoruyub salayacaq, bu hissə daha praqmatik xarakter daşıyır və bua görə də daha ço işlənilməlidir, müntəzəm şəkildə şəraitə adaptasiya edilməli və ya media ekosistemində dəyişikliklər nəzərə alınmaqla vaxtaşırı yenidən işlənilməlidir.

58. Media və jurnalistlərə ümumi hüquqi müddəaları tətbiq edilir (yəni yalnız mediaya aid olmayan qaydalar, o cümlədən, mülki, kommersiya, korporativ, vergi və ya cinayət qanunu). Lakin medianın ehtiyacları və cəmiyyətdə rolu nəzərə alınaraq, müəyyən ümumi müddəalar mediaya münasibətdə xüsusi şərh oluna bilər (məsələn böhtan, izləmə, saxlaılma və axtarış, dövlət sirri və ya korporativ sirri məsələlər). Alternativ olaraq onların tətbiqi diqqətlə nəzərdən keçirilməlidir ki, onların gizli şəkildə media azadlığıda sui-istifadəsinə yol verilməsin.

59. Müdaxilə forması olaraq medianın tənzimlənməsi ciddi ehtiyacın olmasın (zərurilik) və minimal müdaxilə prinsipinə uyğun olaraq, xüsusi normativ baza medianın müdaxilədən qorunması etiyacına cavab verməlidir (ümumi qanundan kənar preroqativlərin, qaydaların və üstünlüklərin tanınması və ya onların həyata keçirilməsi üçün çərçivənin yaradılması), məhdud resursları idarə etməlidir (media plüralizmi və məzmun müxtəlifliyi təmin etmək – bax: İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndi) və ya medianın vəzifələri məsələsinə tozunmalıdır (İnsan Hüquqları üzrə Avropa Konvensiyanın10-cu maddəsinin 2-ci bəndində və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əlaqəli presedent hüququnda nəzərdə tutulan ciddi sərhədlər çərcivəsində). Bu mülahizələr qoçmanın bu hissəsinin quruluşuna təsir edib.

60. Hər bir halda mövcud Avropa Şurası standartlarına istinad edilir və yeni ropa media mühitində onların tətbiqi qısa izah edilir.Məqsəd tam şəkildə standartları izah etmək deyil. Seçilmiş standartlar nümunə kimi göstərilir və onlar Avropa Şurasının müvafiq digər standartlarına hörməti həvəsləndirməlidir.Bu sənədin xarakterini və miqyasını nəzərə alaraq, rəhbər prinsiplər çox geniş mənada təqdim olunur; daha dəqiq məlumat Nazirlər Komitəsinin standartlara dair müvafiq sənədlərindən alına bilinər (bu bölməin sonuncu hissəsindəsiyahıda göstərilir).Standartlarının tətbiqi medianın, xidmət və fəaliyyətlərlə   bağlı inkişaflara paralel olaraq inkişaf edəcək.


A. Hüquqlar, imtiyazlar və üstünlüklər

Göstəricilər

Media azadlığı və redaksiya müstəqilliyi

Senzuranınn yolverilməliyi

Diffamasiya qanunlarının sui-istifadəsinə və mənfi təsiri riskinə qarşı müdafiə

61. Müstəqil KİV olmadan əsl demokratiya mövcud ola bilməz. Media azadlığı geniş mənada başa düşülməlidir.Bu ifadə azadlığı və məzmun yaymaq hüququnu daxil edir.İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş kimi, bu hüquq sərhədlərdən asılı olmayaraq təmin edilməlidir.Tərəflər media fəaliyyəti başlamaq və ya ictimai məkanda şəxsi və ya qismən şəxsiünsiyyətdən çətinlik çəkmədən kütləvi informasiya vasitəsinə çevrilmək imkanına mailk olmalıdır.Xüsusilə, heç bir icazə tələbi olmamalıdır; əgər bu cür tələbirəli sürülərsə, media fəaliyyəti barədə məlumatın verilməsinin məqsədimedianın müdacilədən qorumaq məqsədi güdməılidir və media fəaliyyətinə yersiz maneələr yaratmamalıdır.

62. Yeni ekosistemdə KİV-in müstəqilliyinə müdaxilə və ya müdaxilə cəhdlərinə dair bir çox nümunələr var. Bəzi hallarda siyasətçilər tərəfindən mediaya birbaşa təzyiq edilir ki, media məzmunun çap edilməsindən imtina etsin və ya çap edilmiş materialı satışdan yığışdırsın və ya vasitəçilərə müraciət edilir ki, onlar mediaya hostinq xidmətləri verməkdən imtina etsin.  Redaksiya müstəqilliyi senzura və ya məzmun üzərində ex ante nəzarətin olmamasını tələb edir. Media blok və filterləmə tədbirlərindən azad olmalıdır. Bu cür hadisələrin ictimaiyyətə açıqlanması dəstəklənməlidir.

63. Vasitəçilərin rolunun əhəmiyyəti qeyd olunmalıdır. Onlar media contentin yayılması üçün alternativ və tamamlayıcı kanallar təklif edir və beləliklə də medianın ictimaiyyətə çıxışını genişləndirir və məqsədlər və vəzifələrə dair medianın nailiyyətlərinin səmərəliliyini artırır. Vasitəçilər və yardımçılar arasında ciddi rəqabət mühitində onlar dövlət orqanları tərəfindən müdaxilə riskini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin, yeni ekosistemdə medianın onlardan asılılıq dərəcəsini nəzərə alaraq, demək olar ki, vasitəçilər və yardımçılar vasitəsilə media fəaliyyətinə senzura riski mövcuddur. Bəzi hallarda özəl senzura riski də ola bilər (vasitəçilər və yardımçılar tərəfindən xidmət göstərdiyi mediaya münasibətdə).

64. Rəqəmsal mühitdə mediaya qarşı “xidmətdən imtina” hücumlarına dair artan narahatlıq var. Pluralistik və müxtəlif media landşaftın əsas komponenti olan kiçik media operatorları ən həssas durumdadır. Nəticədə, onlar həm də hostinq xidmətlərindən imtina edilə bilər. Maliyyə tədbirləri vasitəsilə mediaya dolayı təzyiq edilə bilər; vergi və ya rəqabət prosedurları da oxşar şəkildə sui-istifadə oluna bilər.

65. Yeni ekosistemində bütün media siyasi motivli və ya iqtisadi maraqlarından irəli gələn müdacilə də daxil olmaqla, bütün növ təzyiqdən qorunmalıdır. Media senzuradan  və özünü senzuradan qorunmalıdır. Redaksiya müstəqilliyi tələb edir ki, məzmunla bağlı qərarların qəbulu və media üxırində mülkiyyət və ya nəzarət arasında səmərəli və açıq-aydın fərq mövcud olsun. Bu medianın yetişmə prosesində mühüm bir amildir. Siyasi hakimiyyət və ya təsirə malik insanlar medianın redaksiya proseslərində qərarlar verməkdən uzaq olmalıdır. Bu rəy formalaşmasında və seçicilərin siyasi qərarlar məlumat bilən məzmun keçirmək yeni ekosistemi media ilə bağlı xüsusilə aktualdır. Bu mülahizələr content yaradıcıları və distribyutor bərabər tətbiq edilir.

66. Böhtan və diffamasiya qanunlarından mediaya müdaxilə və ya mediaya qarşı repressiya məqsədilə sui istifadə edilə bilər. Onlar güclü mənfi təsir göstərə bilər.  İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən naratan edən, sarsıntı yaradan və hətta təhqir edən ifadələrə (və məzmuna) tolerant yanaşmaq lazımdır. Müvafiq əqli mülkiyyət hüquqlarına hörmət nəzərə alınmaqla media heç bir risk olmadan öncə digər media resurslarında yayımlanan və ya dərc edilən materiallara istinad edə bilər. Lakin, yeni ekosistemdə ümumi təsir və zərər vurulduğu halda məsuliyyətin bölüşdürülməsi imkanına fikir verilməlidir (məsələn birinci media resursu tərəfindən yayılan məlumat digər media resursunda təkrarən yayıla bilər və bunun nəticəsində təsir qat-qat arta bilər)

67. Yeni ekosistemdə bütün media məlumatların düzgünlüyü, vicdan və ya ictimai maraq konsepsiyalarına istinad edə bilər (xüsusilə də ictimai və ya siyasi xadimlər və dövlət işçilərinin davranışına nəzarət kontekstində və dövlət sirri və ya korporativ məxfilik qaydaları ilə əhatə edilən məsələlərlə bağlı). Media əmin olmalıdır ki, məzmun qiymətləndirilərkən, faktlara rəydən fərqli yanaşılacaq. kt (sonuncu daha çox azadlıq nəzərdə tutur) Media satira azadlığı və məlumatı şişirtmə hüququna malikdir.

68. Məzmunla əlaqədar mediaya qarşı atılan  istənilən hərəkət qanunlara: yuxarıda qeyd olunan bütün beynəlxalq insan hüquqları konvensiyalarına, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarına və prosessual təminatlara uyğun olmalıdır. İfadə və məlumat azadlığı və media azadlığı lehinə prezumpsiya mövcud olmalıdır. İstifadəçilərin rolu və istifadəçi tərəfindən yaradılan məzmun nəzərə alınmalıdır.

69. Bu hüquqları, imtiyazları və üstünlükləri təmin edilməsi sahəsində öhdəlik daşıyıcısı hər bir halda dövlətdir; bu həm mənfi öhdəliklərə (müdaxilə etməmək), həm də müsbət öhdəliklərə (sərhədlərdən asılı olmayaraq ifadə azadlığını və məlumat vermək və almaq hüququnun həyata keçirilməsini asanlaşdırmaq, və o cümlədən digər subyektlərin müdaxiləsi hallarında səmərəli vasitələrin əlçatımlılığının təmin edilməsi) aiddir. Bu öhdəliklər hər bir halda işin halları və dövlətin zəruri profilaktik və ya qabaqlayıcı tədbirlərin görülməsi üçün real imkanlarından asılı olaraq fərqləndirilməlidir. Dövlətin məsuliyyəti heç bir halda, dövlət sərhədlərindən asılı olmayaraq məlumat yaymaq və almaq hüququnun və ya ifadə azadlığının qanuni şəkildə həyata keçirilməsinə maneə olan hər hansı bir nəzarət, yoxlama və ya müdaxilə, və ya hər hansı digər fəaliyyətin mümkünlüyi kimi tövsif edilməməlidir. 

Göstəricilər

Araşdırmaq hüququ

Jurnalistlər və jurnalist mənbələrinin qorunması

70. Medianın araşdırma aparmaq hüququ demokratiya üçün vacibdir; buna görə də o, yeni media ekosistemində tanınmalı, qorunmalı və təbliğ edilməlidir. Jurnalistlərin araşdırma aparmaq hüququ akkreditasiya vasitəsi ilə dəstəklənə bilər; lazım gəldikdə yeni ekosistemdə bütün media işçiləri ayrı-seçkilik və əsassız gecikmə və ya maneə olmadan akkreditasiya edilməlidir. Hərəkət azadlığı və informasiya çıxış hüquqları (məsələn münaqişə zonalarına daxil olma) bütün media peşəkarları üçün önəmlidir. Zəruri hallarda, onlar ayrı-seçkilik olmadan müdafiə olunmalıdır.

71. Yuxarıdakı müddəalara əsasən müəyyən hallarda bu Qoşmaının1-ci hissədində əks olunan müəyyən meyar və indikatorlara cavab verən lakin media hesab edilməyən subyektlər (məsələn bloqqerlərə) də müdafiə oluna bilər və ya müəyyən formada dəstəklənə bilər (məsələn həyatlarını riskə qoymamaq üçün onlara təlimin keçirilməsi). Bu subyektlərin media ekosistemində rollarından və demokratik cəmiyyətdə  media vəzifələrinə verdikləri tövhədən  asılı olaraq, yanaşma fərqli ola bilər.

72. Araşdırma aparmaq hüququnun digər əsas komponentləri kommunikasiyaların məxfiliyi və peşə materialların həbsindən müdafiə olunmaqdır. Media peşəkarları üzərində istənilən

 nəzarət o cümlədən elektron vasitələrlə onların hərəkətlərin izlənilməsi çox məhdud hallarda tətbiq edilməlidir və güclü təminatlarla müşahidə edilməlidir.


      

73. Mənbələrinin qorunması getdikcə formal hüquqi mövzuya çevirilir. Mediaya məlumat verələrin güclü şəkildə müdafiəsinə böyük ehtiyac var. Yeni media ekosistemdə mənbələrinin qorunması interaktiv kütləvi rabitəni (və ya məcmu kütləvi kommunikasiya) asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur kollektiv onlayn paylaşılan platformalarda ictimai marağa səbəb olan məzmun yerləşdirən istifadəçiləri də əhatə edir; bura məzmun paylaşma platformaları və sosial şəbəkə xidmətləri də daxildir. Şəxsiyyətin açıqlanması təqiblə nəticələnə biləcəyi hallarda (məsələn siyasi aktivlik və ya insan hüquqları sahəsində işin nəticəsində) təxəllüsdən istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi lazım ola bilər (misal üçün sosial şəbəkələrdə). 

Göstəricilər

Yayım kanallarına ədalətli çıxış

Vasitəçilər və yardımçılar

74. Media (hosting xidmətləri də daxil olmaqla) elektron kommunikasiya şəbəkələrinə ədalətli çıxış imkanına malik olmalıdır və xalis tərəfsizlik prinsipinə istinad edə bilməlidir. Qarşılıqlı əlaqə və açıq standartlar media məzmununun yayılması sahəsində texniki maneələri aradan qaldırılmaq üçün faydalı alət ola bilər. Yeni media ekosistemi "nəzərdə tutmalıdır" qaydasının yenidən tövsif edilməsinə diqqət etməlidir.

75. Yeni ekosistemdə vasitəçilərin və yardımçıların hərəkətləri mediaya müəyyən dərəcədə təsir edə bilər, və bu təsir dərəcəsi nəzərə alınmaqla, medianın müstəqilliyi və ya redaksiyanın qərarlarına  müdaxilə etmək məqsədilə bu subyektlərə edilən təzyiq və təsir qəbulolunmazdır. Bu tələbi həyata keçirmək üçün müvafiq qanunverici tədbirlər tələb oluna bilər.

76. Vasitəçilər və ya yardımçılar və ya medianın fəaliyyəti şərtlərinə aididiyyətı olan  digər subyektlər qanuna uyğun hərəkət etdiyi halda (məsələn anlaşılan kommersya qərarların qəbul edilməsi) medianın fəaliyyətinin davam edilməsi üçün müvafiq tədbirlərin görülməsi (ictimai maraq naminə plüralismin və müxtəlifliyin qorunması üçün) arzuolunan hesab edilə  bilər. Bu əlavə təminatların mövudluğunu tələb edə bilər (misal üçün məhkəmə prosesi kontekstində) və ya arzuolunmaz nəticənin qarşısının alınması və ya yumşaldılması məqsədilə müvafiq qurumlar tərəfindən mümkün üsulların nəzərdən keçirilməsi kimi addımları nəzərdə tuta bilər. Bu həmçinin mutatis mutandis dövlət tərəfindən atılan addımlara da aid edilə bilər (məsələn vergi qanunvericiliyin tətbiqi), əgər bu cür tədbirlər demokratik cəmiyyətdə media azadlığı və plüralizmə icazə verilən həddən artıq mənfi təsir göstərə bilər.

B. Media plüralizmi və məzmun müxtəlifliyi

Göstəricilər

Məhdud resurslarının idarə edilməsi

Mülkiyyətin şəffaflığı

İctimai media

77. Artıq qeyd edildiyi kimi, yeni ekosistemdə subyektlər əsassız çətinlik olmadan media fəaliyyətinə başlamaq imkanına malik olmalıdır. Xüsusilə də, bu sahədə əvvəlcədən icazə almaq  tələbi olmalıdır. Yeni media ekosistemində bir çox subyekt, vasitə və məzmun paylanması üçün platformalar mövcuddur; buna baxmayaraq, məhdud resursları (məsələn elektromaqnit dalğaspektri)  idarə etmək ehtiyacı müstəsna hallarda lisenziyalaşdırma tələbinə haqq qazandıra bilər.

78. Bu kimi müstəsna hallarda tətbiq edilən, lisenziya və ya icazə ictimai marağa: bir çox müstəqil və müxtəlif media resursların mövcudluğunu təmin etmək məqsədinə uyğun olmalıdır. Lisenziyalaşdırma və icazə tədbirləri zəruri tələbata cavab verməlidir, və bu cür tədbirlər üçün ehtiyac bu sahədəki yeniliklər nəzərə alınmaqla yenidən təhlil edilməlidir.

C. Media vəzifələri

Göstəricilər

Redaksiya məsuliyyət

Ləyaqət və məxfiliyə hörmət

Təqsirsizlik prezumpsiyası və ədalətli məhkəmə araşdırmasına hörmət

Mülkiyyət hüququna hörmət

Üçüncü tərəflər üçün müdafiə vasitələri

79. Plüralizm insanlar üçün əlçatımlı olan bir çox kütləvi informasiya vasitələrinin mövcudluğu ilə avtomatik təmin edilə bilməz. Bundan başqa, güclü media monopoliyası mövcud olduğu bir vəziyyətdə, ictimai rəyi formalaşdırmaq və ya ona təsir etmək imkanı bir və ya bir neçə subyektə məxsus ola bilər. Bu hakimiyyətdən sui-istifadə siyasi plüralizm və demokratik proseslərə mənfi təsir edə bilər. Yeni media ekosistemində bəzi tərəflər onları qlobal və ya milli səviyyədə dominant vəziyyətə qoyan xidmət və ya proqramlar artıq inkişaf etmişdir. Hətta sui-istifadəyə dair heç bir dəlil olmasa da, belə bir dominant mövqe potensial risk yarada bilər.

80. Media ekosistemində inkişafın və monopoliyanın monitorinqi səlahiyyətli orqanlara riskləri qiymətləndirmək imkanı verir. Media mülkiyyətinin tam şəffaflığın təmin edilməsi məqsədilə tənzimlənmə tədbirləri tələb oluna bilər. Bu hər media bazarının xüsusiyyətləri nəzərə alınaraq, demokratiya və ya demokratik proseslərdə medianın roluna risk yarada bilən media monopoliyasının qarşısını almaq məqsədi ilə, uyğun profilaktik və ya qabaqlayıcı tədbirlərin müəyyən edilməsinə kömək edəcək.

81. İctimai medianın rolu Avropa modelində vacib hesab edilir- bu model ictimai xidmət, kommersiya və ictimai medianın mövcudluğunu nəzərdə tutur. Bu media yüksək professional standartlara riayət etməlidir və ideal olaraq dövlətin idarəetmə strukturlarının işinə toxunmalıdır. Onların məqsədi hər kəsə əlçatımlı olan keyfiyyətli, etibarlı və müxtəlif məzmunun təqdim edilməsi və siyasi plüralizmin təmin edilməsidir. Lazımi səviyyədə təchiz olunan və maliyyələşən və redaksiya və institusional müstəqilliyindən istifadə edən ictimai media güclü media monopoliyası mövcud olduğu bir vəziyyətdə medianın gücündən sui-istifadə riskini azaldır.

82. İctimai media buna görə də yeni media ekosistemində fərqli bir yer tutmalıdır və rəqəmsal mühitdə yüksək keyfiyyətli və inovativ məzmunu və xidmətləri təmin etmək üçün təchiz edilməli və müvafiq alətlərdən istifadə etməyi bacarmalıdır (məsələn qarşılıqlı əlaqəni və ünsiyyəti asanlaşdırmaq üçün).

83. Yeni ekosistem media idarəçiliyinə müxtəlifliyin daxil edilməsi üçün heç vaxt görünməmiş imkan yaradır, bu xüsusilə də istehsal, redaktə və paylanma proseslərində gender balanslaşdırılmış iştiraka aiddir.  Bu həmçinin müxtəlif etnik və dini qruplarına da aiddir. Bu media tərəfindən balanslaşdırılmış təmsil və əhatənin təmin edilməsində və cəmiyyətin bütün  qrupları ilə bağlı stereotiplərlə mübarizədə əsas amil olacaq. Bu insanların fundamental hüquqları ilə bir araya sığmayan bir şəkildə insanların şəxsi və ailə həyatına dair məlyumatların yayılmasına yönəlmiş jurnalist təcrübələrindən fərqləndirilməlidir. Media xüsusi etnik və ya dini qrupların üzvləri haqqında stereotiplərin və sexist yanaşmaların yayılmasını dəstəklənməməsinə xüsusi diqqət etməlidir. Bütün qrupların nümayəndələrinə öz fikirlərini ifadə etmək və faktları izah etmək imkanı təklif olunmalıdır; media bu baxımdan fəal yanaşma qəbul etməlidir.

84. Medianın nəzarət funksiyası- daha dəqiq ictimai-siyasi məsələlər və ya ictimai maraqa səbəb olan özəl və ya kommersiya məsələləri üzərində nəzarət mediaya verilən geniş azadlığa haqq qazandırır; lakin, faktiki məlumatları yayımı ilə bağlı mediadan daha daha diqqətli olmaq tələb olunur. Nəzarət dəqiq, dərin və tənqidi yanaçma tələb edir.Bu insanların şəxsi və ailə həyatlarına yersizmüdazilə və məlumatların yayılması və bununla da insanların hüquqlarıın pozulması ən ilə nəticələnurnalist təcrübələrindən fərqləndirmək lazımdır.Media xüsusi etnik və ya dini qrupların üzvləri haqqında stereotiplərin və seksist stereotipləri qatqı təmin etmək deyil, xüsusi qayğı həyata olmalıdır.bütün qrupların nümayəndələri öz fikirlərini ifadə və faktlar onların anlaşma izah kontentə töhfə vermək imkanı təklif olunmalıdır; media bu baxımdan fəal yanaşma qəbul hesab etməlidir

85. Məlumatın dəqiqliyini nəzərə almaq şərtilə şərəf və nüfuza hörmət hüququ ictimai maraqla məhdudlaşır.Peşəkarlıq məlumatın yoxlanılmasını və etibarlılığın qiymətləndirilməsini tələb edir, lakin məlumatın yayılmasından əvvəl onu yaymaq niyyəti barədə müvafiq şəxsə məlumat vermək tələb edilmir.Lakin, media faktiki məlumatları ifadənin bu formalarından ayırmağı bacarmalıdır.

86. Yuxarıda göstərilən tələblər, əlaqədar media tərəfindən qəbul edilmiş redaksiya siyasəti və prosesləri və onların potensial təbliğat və təsiri, və həmçinin ictimai gözləntilər nəzərə alınmaqla diferensiya edilməlidir (uyğunlaşdırılmalıdır). Media məzmunun yaradıcıları, redaktorlar və distribyutor ayrı-seçkilik və stereotiplərlə mübarizə və gender bərabərliyinin təşviq edilməsi üçün müvafiq professional standartlara riayət etməlidir. Onlar azlıqların və qadınların məsələlərini etik şəkildə təsvir edilməsinə xüsusi qayğı göstərməlidir və məzmunun yaradılması, redaktəsi və yayımlanması proseslərinə azlıqları və qadınları cəlb etməlidir.

87. Cinayət prosesi barədə ictimaiyyətin məlumatlandırılmasında həm yeni həm də ənənəvi medianın rolu demokratik cəmiyyətdə vacibdir. Media redaksiya nəzarəti vasitəsilə təmin etməlidir ki, ədalət mühakiməsinə və ya məhkəmələrin fəaliyyətinə maneə olmur və proses iştirakçılarının məxfliyi və təhlükəsizliyini, xüsusilə də şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyasını pozmur. Həssas qruplar, şahid və cinayət prosesində iştirak edən şəxslərin yaxınlarının ləyaqətinin qorunmasına xüsusi diqqət yetirilməlidir. Bu ictimai maraq naminə məlumatın verməsini istisna etmir.

88. İnteraktiv kütləvi rabitəni (və ya məcmu kütləvi kommunikasiyanı) asanlaşdırmaq üçün nəzərdə tutulmuş onlayn paylaşılan platformalar da olmaqla yeni media ekosistemdə olduqca çox şəxsi məlumat yer alıb. Bu cür məlumatın idarə olunması, toplanılması və istifadəsi İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinə ilə qorunan şəxsi və ailə həyatına hğrmət hüququna və Şəxsi məlumatların avtomatik idarə oluması ilə əlaqədar şəxslərin müdaiəsi haqqında Konvensiyanın (ETS No. 108) müddəalarına uyğun olmalıdır. Rəqəmsal mühitlərdə məzmunun olması və onun geniş yayılması potensialı və yenidən istifadəsi

xüsusi qayğı və zərərin azaldılması məqsədilə tələb olduğu halda cəlb hərəkət tələb edir.

Yeni ekosistemdə fəaliyyət göstərən media profilləmə ilə bağlı insan hüquqları standartlarına diqqət yetirməlidir.

89. Yeni ekosistemdə, məzmunun əhəmiyyətli hissəsi yenidən istifadə olunur və ya yenidən ötürülür. Bununla əlaqədar olaraq, media digər şəxslərin əqli mülkiyyət hüquqlarına hörmət etməlidir.Onlayn paylaşılan məkanlar da daxil olmaqla məzmunun fərdi və kollektiv formada istifadə və istifadənin digər icazə verilən formalarına xələl gətirmədən, istifadəçilər tərəfindən yaradılan və ya dərc olunan məzmun kontekstində bu hüquqlara hörmət üsullarına diqqət yetirilməlidir.

90. Yeni ekosistemin subyektləri adekvat şikayət mexanizmlərini inkişaf etdirməli və media fəaliyyəti və ya xidmətləri nəticəsində zərər çəkdiyini iddia edən üçüncü şəxslərə hüquqlarıın bərpası üçün vasitələr təqdim etməyə çalışmalıdır (məsələn cavab vermək hüququ, düzəliş, üzr istəmə).

Göstəricilər

Nifrətli danışıq

Uşaq hüquqları

Qadın hüquqları

Azlıqların hüquqları

91. Media nifrətli çıxış və hər hansı səbəbdən zorakılıq və ya ayrı-seçkiliyə dair edilən şağırıçları öçündə əks etdirən kontenti yaymamalıdır. İnteraktiv kütləvi rabitə (və ya məcmu Kütləvi Kommunikasiya) asanlaşdırmaq üçün nəzərdə tutulan kollektiv onlayn paylaşılan məkanı idarə edən tərəflərdən xüsusi diqqət tələb olunur. Onlar irqçi, ksenofobiya, anti-semit, misogynist, sexist (o cümlədən LGBT –lərə qarşı) və ya digər qərəz nəticəsində edilən ifadələrə və onların  redaktəsi məsələlərində xüsusi diqqət nümayiş etdirməlidir. Yeni media ekosisteminin iştirakçılarından  (qanunla) tələb oluna bilər ki, onlar nəzərlərinə çarpan irqi, etnik, dini, cinsi və ya digər əsasla cinayət hesab edilənzorakı təhdidlər barədə səlahiyyətli orqanlara məlumat versinlər. 

92. Digər tərəfdən, media cəmiyyəti təşkil edən və tolerantlıq və dialoq mədəniyyətinə təbliğ edən müxtəlif qrupların balanslaşdırılmış (və ya müsbət) imicii təbliğ edə  bilər. İnsan Hüquqnları üzrə Avropa Konvensiyasının müddəalarına hörmət etməklə və qanunla müəyyən edilmiş hallar istisna olmaqla, cəmiyyətdə heç bir qrup biləşmək hüququnun həyata keçirilməsində ayrı-seçkiliyə məruz qalmamalıdır- yeni media ekosistemində  bu həmçinin onlayn birliklərin yaradılmasını nəərdə tutur.

93. Uşaqların ləyaqətinin, təhlükəsizlik və həyatların  məfiliklərinin qorunmasına xüsusi diqqət yetirilməlidir. Onlara aid məzmun haxırki zaman və ya  gələcəkdə qərəin yaranmasına səbəb ola bilər. Nəticədə, onların ləyaqətini, təhlükəsizlik və ya gizliliklərinə maneə olan və ya başqa yolla indi və ya həyatlarınən sonrakı mərhələsində onlararə h\ssas duruma qoya biləək  heç bir məzmun uzunmüddətli və ya daimi şəkildə saxlanılmamalıdır (bu uşaqlar barədə olan və ya uşaqların yaratdığı kontentə aiddir).

94. Bir çox məzmun və davranış təhlükə yarada bilər. Böyüklər üçün nəzərdə tutulan məzmun aydın şəkildə müəyyən edilməlidir ki, həmin məzmun uşaqlar üçün əlçatılmaz edilsin.Uşaqların müdafiəsi onların ifadə azadlıqlarını və məlumat axtarmaq və əldə etmək hüquqlarını pozmamalıdır.Media təhlükəsiz məkanların (qorunan bağlar) və uçaqların onlara uyğun vebsaytlara və məzmuna çıxıçını asanlaşdıran digər vasitələr yarada bilər, könüllü işarələr yaradavə istifadə edə bilər və təhlükə daşıyan məzmun və davranışın iza edilməsi məqəsdilə uşaqlar, valideynlər və müəllimlər arasında bacarıqlarının inkişaf edilməsində iştirak edə bilər.

95. Yeni media ekosistemində qısnama, sataşma, hədə-qorxu və təqib etmə kollektiv onlayn paylaşılan məkanlar, izleme proqramları və ya hətta axtarış proqramları və profilləşmə texnologiyası vasitəsilə asanlaça bilər. Bir çox hallarda bu cür davranıça qadınlar məruz qalır və bu  bərabərsizliyin qəbuledilməz ifadəsi nolan fizikisui-istifadə (cinsi sui-istifadə də daxil olmaqla) və xorakılıqla nəticələnə bilər. Texnologiyalardan azlıqlara nqarşı sui-istifadə məsələsinə də  diqqətlə yanaşılmalıdır.

96. Yuxarıda göstərilən hallarda cavab işin hallarından o cümlədən fəaliyyət və ya xidmətin mahiyyəti və miqyasından eləcə də tərəfin öz redaktə proseslərindən asılı olacaq. Müvafiq riskləri aradan qaldırmaq və ya azaltmaq məqsədilə fərdi yanaşma əlaqədar aktyorın imkanlarını nəzərə almalıdır (məsələn kollektiv onlayn paylaşılan boşluq məkanınidarə edən və ya actarış proqramları təklif edən, istifadiçiləri iləyən və ya profillərin yaradılmasıı tələbedən proqramlar və tenoloiyalar).Müvafiq maraqlı tərəflər, fundamental hüquq olan ifadə axadlığının poxulmaması şərtilə ınmüvafiq hallarda aölabatan qısa müddəəd məzmun və onun izlərinin (loqlar, qeydlər və emalı), silinməsi məsələsini birgə araçdırmağa həvəsləndirilə bilərm. Texniki imkanlar nə qədər yüksək olarsa, onların üzərinə düşən məsuliyyət o qədər də böyük olacaq.Özü-tənzimləmə səmərəli şəkildə potensialın gücləndirilməsi (məsələn mədəniyyətlərarası münasibət sahəsində biliyin artırılması) və yeni media ekosisteminin fəaliyyət sektorlarında inkişaf edən  ən yaxşı təcrübələr və ya vəxiyyətin düzəlməsinə yönəlmişnaddımlar barədə məlumatın bölüşdürülməsi ilə tamamlana bilər.

İndikatorlar

Reklam

97. İfadəazadlığıhəmçininkommersiyavəsiyasi reklam, tele-alış-verişvəsponsorluğu daəhatəedir. Bu baxımdanməhdudiyyətləryalnızİnsanHüquqlarıüzrəAvropaKonvensiyasının 10-cu maddəsindəmüəyyənedilənşərtlərdaxilindəməqbulhesabediləbilər.Beləməhdudiyyətləristehlakçıların,yetkinlikyaşınaçatmayanlar, ictimaisağlamlıqınvəyademokratikproseslərinqorunmasıməqsədləriiləqoyulabilər.

98. Yeni media ekosistemi təhqiramiz, müdaxilə edən və ya gizli reklam üçün əvələr olmadığı drəcədə böyül imkalar yaradır. Bu media aktyorlar tərəfindən daha məsuliyyətli yanaşma tələb edir.Bu özünü-tənzimləmə, birgə tənzimlənmə və müəyyən hallarda tənzimlənmə tələb edə bilər.

D. İstinad edilən sənədlər

Media sahəsində Konvensiya və Avropa Şurasının müqavilələri

- İnformasiya və "İnformasiya Cəmiyyəti Xidmətləri" ilə bağlı hüquqi əməkdaşlıq haqqında Konvensiya (ETS No. 180, 2001)

- Məlumata şərti çıxışdan ibarət və ona əsaslanan Xidmətlərin hüquqi müdafiəsi haqqında Avropa Konvensiyası (ETS No. 178, 2000)

- Trans-sərhəd Televiziya üzrə Avropa Konvensiyası (ETS No. 132, 1989) və Trans-sərhəd Televiziya üzrə Avropa Konvensiyasına dəyişikliklər edən Protokol (ETS No. 171, 1998-ci il)

- Peyk tərəfindən Trans-sərhəd Yayım çərçivəsində müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı məsələlərə dair Avropa Konvensiyası (ETS No. 153, 1994)

-Televiziya filmlərinin vasitəsi ilə proqram Mübadiləsinə dair Avropa Sazişi (1958 ETS No. 27)

- Televiziya verilişlərinin qorunması haqqında Avropa Sazişi (ETS No. 34, 1960)

- Milli ərazilərindən kənarda yerləşən stansiyalardan ötürülən yayımın qarşısının alınması üzrə Avropa Sazişi (ETS No. 53, 1965)

Mediaya tətbiq edilən digər konvensiyalar

-Kibercinəyatkarlığa dair Konvensiya (ETS No. 185, 2001) Kibercinəyatkarlığa dair Konvensiyanın Əlavə Protokolu (kompüter sistemlıri vasitəsilə törədilən irqçi və ksenofobiya mahiyyətli hərəkətlərin kriminalaçdılırmasına dair)(ETS No. 189, 2003)

- Şəxsi Məlumatın Avtomatlaşdırılmış toplaması ilə bağlı Fərdlərin Müdafiəsinə dair Konvensiya (ETS No. 108, 1981) və Şəxsi Məlumatın Avtomatlaşdırılmış toplaması ilə bağlı Fərdlərin Müdafiəsinə dair Konvensiyaya nəzarət qurumları və məlumatın transsərhəd axımına dair Əlavə protocol (ETS No. 181, 2001)

- Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası (ETS No. 157, 1995)

- Regional və ya Azlıqların Dillərinə dair Avropa Xartiyası (1992-ci il ETS No. 148)

Nazirlər Komitəsi

2010

- Profilləmə kontekstində şəxsi məlumatların avtomatik toplanması  ilə bağlı şəxslərin qorunması haqqında Tövsiyə CM / Rec (2010) 13

- Ictimai maraq naminə  Internet protokol ünvan resurslarının idarə olunması üzrə Bəyannamə (29 sentyabr 2010)

- Şəbəkə neytrallığı haqqında Bəyannamə (29 sentyabr 2010)

- Avropa üçün rəqəmsal məsələləri haqqında Bəyannamə

- Internet idarəetmə məsələlərində üzv ölkələrin daha artıq  iştirakı haqqında bəyannamə - seçilmiş Adlar və Nömrələrə dair İnternet Korporasiyasının (ICANN) Dövlət Məsləhət Komitəsi (DMK) (26 May 2010)

- İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə hörməti təşviq edən tədbirlər haqqında Bəyannamə (13 yanvar 2010)

2009

- Zərərli məzmun və davranışdan uşaqların qorunması və yeni informasiya və kommunikasiya mühitində onların fəal iştirakının təşviq edən tədbirlər barədə Tövsiyə CM / Rec (2009) 5

-          Sosial birlik və mədəniyyətlərarası dialoqun təşviqində icma medianın roluna dair bəyannamə - (2009-cı il, 11 fevral )

2008

- Internet filtrelerlə bağlı ifadə və məlumat azadlığına hörməti təşviq edən tədbirlər haqqında Tövsiyə CM / Rec (2008) 6

- Yayım sektorunda tənzimləyici orqanların müstəqilliyi və funksiyaları haqqında Bəyannamə (2008-ci il, 26 mart)

– İnternetdə uşaqların ləyaqətinin, təhlükəsizliyinin və məxfiliyinin qorunması haqqında Bəyannamə (20 fevral 2008-ci il)

- rəqəmsal bölgünün edilməsi və idarə oluması və ictimai maraq barədə Bəyannamə (20 fevral 2008)

2007

- İnternetin ictimai xidmət dəyərini təbliğ edən tədbirlər haqqında Tövsiyə M / Rec (2007) 16

- Seçki kampaniyalarının mediada işıqlandırılmasına dair tədbirlər haqqında CM / Rec (2007) 15

- Yeni informasiya-kommunikasiya mühitində ifadə və məlumat azadlığının təşviqinəndair Tövsiyə CM / Rec (2007) 11

- İnternet ictimai xidmət dəyərini təbliğ tədbirləri haqqında CM / Rec (2007) 16

- Seçki kampaniyalarının mediada dair tədbirlər haqqında CM / Rec (2007) 15

- Yeni informasiya-kommunikasiya mühitində ifadə və məlumat azadlığının təşviq Tövsiyə CM / Rec (2007) 11

- Informasiya cəmiyyətində ictimai KİV-lərin səlahiyyətləri haqqında  TövsiyəRec (2007) 3

- Media plüralizmi və media contentin müxtəlifliyinhaqqında Tövsiyə Rec (2007) 2

- Böhran dövründə ifadə və məlumat azadlığının qorunmasına dair Təlimatlar (26 sentyabr 2007)

- Araşdırıcı jurnalistikanın qorunması və təşviqi haqqında bəyannamə (26 sentyabr 2007)

- media monopoliyası kontekstində demokratiyada medianın rolunun qorunması haqqında Bəyannamə (31 yanvar 2007-ci il)

2006

-Yeni informasiya və kommunikasiya mühitinə uşaqların  hazırlanması haqqında Tövsiyə Rec (2006) 12

- Mədəni ifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə UNESCO Konvensiyasına dair Tövsiyə Rec (2006) 3

- Üzv dövlətlərin ictimai yayım xidmətinin müstəqilliyinin təminatı haqqında bəyannamə (27 Sentyabr 2006)

2005

- İnformasiya Cəmiyyətində insan hüquqları və qanunun aliliyi üzrə Bəyannamə  (13 may 2005)

- Terrorizmlə mübarizə kontekstində mediada ifadə və məlumat azadlığı haqqında Bəyannamə (2  mart 2005-ci il)

2004

- Yeni media mühitində cavab vermək hüququ barədə Nazirlər Komitəsinin Üzv dövlətlərə Tövsiyəsi Rec (2004) 16

- KİV-də siyasi müzakirələr azadlığı haqqında Bəyannamə (2004 il, 12 fevral)

2003

- Cinayət prosesi ilə əlaqədar məlumatın media vasitəsilə verilməsi haqqında Tövsiyə Rec (2003) 13

- Rəqəmsal yayımın demokratik və sosial töhfəsinin təşviqi məqəsdilə edilən tədbirlər haqqında Tövsiyə Rec (2003) 9

- Cinayət prosesi ilə əlaqədar məlumatın media vasitəsilə verilməsi haqqında Bəyannamə (10  iyul, 2003-cü il)

- İnternetdə rabitə azadlığı haqqında Bəyannamə (2003-cü il, 28 May)

- İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinə (WSIS) siyasi mesaj (2003-cü il, 19 iyun)

2002

- Yayım təşkilatlarının əlaqəli  hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair tədbirlər haqqında Tövsiyə Rec (2002) 7

- Rəsmi sənədlərə çıxışa dair TövsiyəRec(2002)2

2001

- kiber contentlə bağlı öz-özünü tənzimləmə haqqında (yeni informasiya və rabitə xidmətlərində qanunsuz və ya zərərli məzmunla bağlı özünü tənzimləmə və istifadəçilərin qorunması) Tövsiyə Rec (2001) 8

- müəllif hüquqları və əlaqəli hüquqların müdafiəsinə və piratçılığa (xüsusilə də rəqəmsal mühitdə) qarşı mübarizəyə yönəlmiş tədbirlər haqqında Rec (2001) 7

2000

- Yayım sektorunda tənzimləyici orqanların müstəqilliyi və funksiyaları haqqındaTövsiyə Rec (2000) 23

- TövsiyəRec(2000)7jurnalistlərin məlumat mənbələrinin açıqlamamaq hüququ barədə

 - Mədəni müxtəliflik barədə bəyannamə (7 dekabr 2000)

1999

- Seçki kampaniyalarının mediada işıqlandırılmasına dair tədbirlər haqqında Rec(99)15

- Yeni rabitə və informasiya xidmətləri ilə bağlı universal icma xidməti haqqında Tövsiyə Rec (99) 14

- İnternetdə məxfiliyin qorunması haqqında Tövsiyə Rec (99) 5

- Media plüralizmi təşviq edən tədbirlər haqqında Tövsiyə Rec (99) 1

- yayım təşkilatlarının arxivlərində saxlanılan və qorunan audio və televiziya veriliçlərdən istifadə haqqında Bəyannamə (1999-ci il 9 sentyabr)

- (1999 May 7)

- yeni informasiya texnologiyalarına dair Avropa siyasəti üzrə Bəyannamə (7 may 1999)

1997

- media və dözümlülük mədəniyyətinin təbliği haqqında Tövsiyə Rec(97)21

- "Nifrətli daışıq" haqqıda Tövsiyə Rec (97) 20

- Elektron KİV-də zorakılığın təsvirinə dair Tövsiyə Rec (97) 19

1996

İctimai yayım xidmətinin müstəqilliyinin təminatı üzrəTövsiyə Rec (96) 10

- Münaqişə və gərginlik şəraitində jurnalistlərin müdafiəsi üzrə Tövsiyə Rec (96) 4

- münaqişə və gərginlik şəraitində jurnalistlərin müdafiəsi ilə bağlı bəyannamə (3 may 1996-şı il)

1995

- Informasiya texnologiyaları ilə bağlı cinayət prosessual hüququn problemləri haqqında Tövsiyə Rec (95) 13 bağlı problemlər

- Səs və audio-vizual piratçılığa qarşı tədbirlər haqqında Tövsiyə Rec (95) 1

1994

- Media şəffaflığının təşviq tədbirləri haqqında Rec (94) 13

- Yaradıcılıqla bağlı müəllif və əlaqəli hüquqlar sahəsində təhsil və maarifləndirmənin təşviqi Tövsiyə Rec (94) 3

- Əlaqəli hüquqlar haqqında Bəyannamə (17 fevral 1994)

1993

- Avropa televiziya bazarlarında məhdud coğrafi və ya dil əhatəlı və ya aşaöı audiovizual çıxışa malik ölkələrdə və ya regionlarda yaradılan audiovizual əsərlərin paylanması və yayım ının təşviqinə yönəlmiş prinsiplərə dair Tövsiyə Rec (93) 5

1992

- Avropa Audiovizual Rəsədxanasının yaradılması haqqında qərar Res (92) 70

-  irqçi tərkibli video oyunlar haqqında Rec (92) 19

- hüquq və informasiya texnologiyaları sahəsində tədris, tədqiqat və təlimə dair Tövsiyə Rec (92) 15

1991

- Şifrelenmiş televiziya xidmətlərinin hüquqi qorunması haqqında Tövsiyə Rec (91) 14

1990

- Reprografiya sahəsində müəlliflik hüququ məsələlərinə dair prinsiplər haqqındaTövsiyə Rec (90) 11

- Uşaq və yeniyetmələr üçün filmlərə dair Tövsiyə Rec (90) 10

1989

- zorakı, qəddar və ya pornoqrafik məzmun olan videoqramların yayımı prinsipləri ilə bağlı Tövsiyə Rec (89) 7

1988

- yaradıcı kinomatoqrafiya və audiovizual əsərlərin birgə istehsalı və yayımı üçün Avropa dəstək fondunun yaradılmasına dair Qıtnamə Res (88) 15 ( "Eurimages")

- Müəllif hüquqları və əlaqəli hüquqlar sahəsində piratçılıqla mübarizə tədbirlərinə dair Rec (88) 2

- Səs və audiovizual əsərlərin fərdi istifadə üçün nüsxələrinin hazırlanması haqqında Tövsiyə Rec (88) 1

1987

- Avropada film yayımına dair Tövsiyə Rec (87) 7

1986

- İtimai rəy yaradan subyektlır və media ilə birgə siqaret, spirt və narkotik maddələrdən asılılığı ilə mübarizə sahəsində strategiyaların hazırlanmasına dair Tövsiyə Rec (86) 14

- Müəllif hüquqları və mədəni siyasətə dair Tövsiyə Rec (86) 9

- Avropada audiovizual istehsalın təşviqi üzrə Tövsiyə Rec (86) 3

- Peyk və kabel televiziya sahəsində müəlliflik hüququ məsələlərə bağlı prinsiplərə dair Tövsiyə Rec (86) 2

1985

- Avropa film irsinin qorunması haqqında Tövsiyə Rec (85) 8

- Bədii yaradıçılığa yardım haqqındaTövsiyə Rec (85) 6

1984

- Televiziya və səsli radio üçün peyk imkanlarının istifadəsi üzrə Tövsiyə Rec (84) 22

- KİV-də qadınlar və kişilər arasında bərabərliyə dair Tövsiyə Rec (84) 17

- Televiziyada reklam prinsipləri üzrə Tövsiyə Rec (84) 3

1982

- İfadə və informasiya azadlığı haqqında Bəyannamə (1982-ci il, 29 aprel)

1981

- dövlət orqanlarında olan məlumatın əldə olunması haqqında qətnamə Rec (81) 19

1980

- Idman və televiziyaya dair Tövsiyə Rec (80) 1

1979

- yetkin şəxslərin istehlakçıların hüquqları səhəsində təhsili və məlumatlandırılması 

1974

- Mətbuat konsentrasiyaları haqqında qərar Res (74) 43

- Cavab vermək hüququ barədə Qərar Res (74) 26 - mətbuata bağlı fərdin mövqeyi

1970

- Avropada radio və televiziyadan təhsil və mədəniyyətdə istifadə və bu sahədə dövlət hakimiyyəti orqanları və yayım təşkilatları arasında münasibətlərinə dair qətnamə Res (70) 19

1967

- Mətbuat və gənclərin müdafiəsinə dair Qətnamə Res (67)13

1961

- Televiziya proqramlarının mübadiləsi haqqında qətnamə Res (61) 23

Avropa Şurası Parlament Assambleyası

- Tövsiyə 1950 (2011) "Jurnalistlər mənbələrinin qorunmasına dair"

- Tövsiyə 1897 (2010) "media azadlığına hörmət"

- Tövsiyə 1882 (2009) "yetkinlik yaşına çatmayan şəxslərə uyğun internet və onlayn media xidmətlərinin təşviqi"

-Tövsiyə 1878 (2009) "ictimai yayım xidmətinin maliyyələşdirilməsi"

- Tövsiyə 1855(2009)  "audiovizual media xidmətlərinin tənzimlənməsi"

- Resolution 1636 və Tövsiyə 1848 (2008) "demokratiyada media göstəriciləri"

- Tövsiyə 1836 (2008) "təhsil və təlim üçün onlayn tədrisin əhəmiyyətinin tanınması"

- Qətnamə 1577 və tövsiyə 1814(2007)  "Diffamasiyanın dekriminallaşdırılmasına doğru"

- Tövsiyə 1805 (2007) "Küfr, dini təhqir və dinə itayət səbəbiylə şəxslərə qarşı nifrətli danışıq"

- Qətnamə 1557 və Tövsiyə 1799 (2007) "reklamda qadınların təsviri"

- Tövsiyə 1789 (2007) "Professional təhsil və jurnalistlərin təlimi"

- Qətnamə 1535 və Tövsiyə 1783 (2007) "Jurnalistlərin həyatı və ifadə azadlıqlarına dair təhlükələr "

- Tövsiyə 1773(2006)  "yayım mediada azlıqların dillərindən istifadə haqqında 2003-cü il qaydaları və Avropa Şurası standartları: ATƏT ilə əməkdaşlığın və sinerjinin artırılması ehtiyacı"

- Tövsiyə 1768(2006)  "Mediada sığınacaq axtaranların,  miqrantların və qaçqınların təsviri"

- Resolution 1510 (2006) " ifadə azadlığı və dini inanclara hörmət"

- Tövsiyə 1706 (2005) "Media və terrorizm"

- Qətnamə 1438 və Tövsiyə 1702 (2005) "münaqişə zonalarında mətbuat azadlığı və jurnalistlərin iş şəraiti"

- Resolution 1387 (2004) " İtaliyada elektron media inhisara və hakimiyyətdan sui-istifadənın mümkünlüyü"

-Tövsiyə 1641 (2004) "İctimai xidmət edən yayım"

- Tövsiyə 1589 (2003) "Avropada mediada ifadə azadlığı"

- Tövsiyə 1543 (2001) " kiberməkanda irqçilik və ksenofobiya"

- Tövsiyə 1506 (2001) "Avropa mediasında ifadə və məlumat azadlığı"

- Tövsiyə 1466 (2000) "Media təhsili"

- Tövsiyə 1407 (1999) "Media və demokratik mədəniyyət"

- Resolution 1191 (1999) "İnformasiya cəmiyyəti və rəqəmsal dünya"

- Resolution 1165 (1998) "şəxsi həyatın məxfiliyi hüququ"

- Resolution 1142 (1997) "Parlamentlər və media"

- Tövsiyə 1332 (1997) "elmi-texniki yeni informasiya aspektləri və rabitə texnologiyaları"

- Qətnamə 1313 (2003) "Avropa və Cənubi Aralıq dənizi ölkələri arasında mədəni əməkdaşlıq"

- Tövsiyə 1586 (2002) "Rəqəmsal bərabərsiclik və təhsil"

- Tövsiyə 1555 (2002) "Mediada qadınların təsviri"

- Tövsiyə 1543 (2001) " kiberməkanda irqçilik və ksenofobiya"

- Tövsiyə 1506 (2001) "Avropada mediada ifadə və məlumat azadlığı"

- Tövsiyə 1466 (2000) "Media təhsili"

- Tövsiyə 1407 (1999) "Media və demokratiya mədəniyyəti"

- Resolution 1191 (1999) "İnformasiya cəmiyyəti və rəqəmsal dünya"

- Resolution 1165 (1998) "şəxsi həyatın məxfiliyi hüququ"

- Resolution 1142 (1997) "Parlamentlər və media"

- Tövsiyə 1332 (1997) " yeni informasiya aspektləri və rabitə texnologiyaları"

-Qətnamə 1120 (1997) "Demokratiya yeni rabitə və informasiya texnologiyalarının təsiri"

- Tövsiyə 1314 (1997) "Yeni texnologiyalar və məşğulluq"

- Tövsiyə 1277 (1995) "Miqrantlar, etnik azlıqlar və media"

- Tövsiyə 1276 (1995) "vizual təsvirin gücü"

- Tövsiyə 1265 (1995) "Genişlənmə və Avropada mədəni əməkdaşlıq"

- Tövsiyə 1228 (1994) "Kabel şəbəkələri və yerli televiziya stansiyaları: Genişlənmiş Avropada onların əhəmiyyəti"

- Tövsiyə 1216 (1993) "Avropa mədəni əməkdaşlıq"

- Resolution 1003 və Tövsiyə 1215 (1993) "jurnalistika etikası"

- Tövsiyə 1147 (1991) "yayımın demokratik islahatında Parlamentin məsuliyyəti"

- Resolution 957 (1991) "Avropada yerli radionun vəziyyəti"

- Resolution 956 (1991) "Mərkəzi və Şərqi Avropa ölkələrinə texnologiya transferi"

- Tövsiyə 1136 (1990) "Alkohol sahəsində  Avropa siyasəti"

- Tövsiyə 1122 (1990) "İnformasiya texnologiyaları vasitəsilə kənd ərazilərin dirçəlişi"

- Qətnamə 937 (1990) "Telekommunikasiyalar: Avropa üçün nəticələri"

- Tövsiyə 1110 (1989) "məsafəli tədris"

- Tövsiyə 1098 (1989) "Şərq və Qərbin audiovizual əməkdaşlığı"

- Tövsiyə 1096 (1989) "Trans-sərhəd Televiziya üzrə Avropa Konvensiyası"

- Tövsiyə 1077 (1988) "seçki kampaniyaları zamanı transsərhəd audiovizual mediadan istifadə"

- Tövsiyə 1067 (1987) "Avropada yayımın mədəni tərəfi"

- Tövsiyə 1059 (1987) "Mədəniyyətin iqtisadi tərəfi"

-Tövsiyə 1047 (1986) "televiziya nümayişinin təhlükələri"

- Tövsiyə 1043 (1986) "Avropanın dil və ədəbi irsi"

- Tövsiyə 1037 (1986) "məlumatın qorunması və informasiya azadlığı"

- Resolution 848 (1985) "səs və musiqi seçiminə dair fərdi azadlığınməxfiliyi"

- (1985) Tövsiyə 1011 " Avropada professional rəqsin vəziyyəti "

- (1984) Tövsiyə 996 "Avropa Şurasının media ilə bağlı işi"

- Resolution 820 (1984) "media ilə milli parlamentlərin münasibətləri"

- Tövsiyə 963 (1983), " zorakılığın azaldılması sahəsində təhsil və mədəni vasitələr"

- (1982) Tövsiyə 952 " ticarət reklamının tənzimlənməsi yolu ilə ifadə azadlığını müdafiə edən beynəlxalq vasitələr"

- Tövsiyə 926 (1981) "kabel və televiziya və birbaşa peyk yayımınıdan irəli gələn məsələlər"

- Tövsiyə 862 (1979) "Kino və dövlət"

- Tövsiyə 834 (1978) "Mətbuat və televiziya azadlığına təhdidlər"

- Tövsiyə 815 (1977) "İfadə azadlığı və Avropada yazıçıların rolu"

- Tövsiyə 749 (1975) "Avropada yayım"

- Tövsiyə 748 (1975) " milli yayımın rolu və idarə olunması"

- Tövsiyə 747 (1975) "Mətbuat konsentrasiyaları"

- Tövsiyə 582 (1970) "Kütləvi kommunikasiya vasitələri və insan hüquqları"

- Resolution 428 (1970) "Kütləvi informasiya vasitələri və insan hüquqları haqqında Bəyannamə"

Avropa Şurası İxtisaslaşdırılmış Nazirlərin Konfransları

Media və Yeni Rabitə Xidmətləri sahəsidə Avropa Şurası səlaiyyətli nazirlərin 1-ci Konfransı

(28 və 29 May 2009, Reykyavik, Islandiya)

Yeni media anlayışı?

TövsiyəRec(99)15seçki kampaniyaların mediada Kütləvi informasiya vasitələri siyasətinə dair 7-ci Avropa Nazirlər Konfransı (Kyiv, Ukrayna, 10 və 11 mart 2005-I il)

İnteqrasiyavə müxtəliflik: Avropada media və komunikasiya siyasətini yeni sərhədləri

Kütləvi informasiya vasitələri siyasətinə dair 6-cı Avropa Nazirlər Konfransı (Krakov, Polşa, 15 və 16 iyun 2000-ci il)

Gələcək üçün media siyasəti

Kütləvi informasiya vasitələri siyasətinə dair 5-ci Avropa Nazirlər Konfransı (Tesaloniki, Yunanıstan, 11 və 12 dekabr 1997-ci il)

Məlumat Cəmiyyəti: Avropa üçün çağırış

Kütləvi informasiya vasitələri siyasətinə dair 4-cü Avropa Nazirlər Konfransı (Praqa, Çex Respublikası, 7 və 8 dekabr 1994-cü il)

Demokratik cəmiyyətdə kütləvi informasiya vasitələri

Kütləvi informasiya vasitələri siyasətinə dair 3-cü Avropa Nazirlər Konfransı  (Nikosia, Kiprıs, 9 və 10 oktyabr 1991-ci il)

Acropa mediası 1990-cı illərədə necə inkişaf edib?

Kütləvi informasiya vasitələri siyasətinə dair 2-ci Avropa Nazirlər Konfransı  (Stokholm, İsveç, 23 və 24 noyabr 1988-ci il)

Avropa Kütləvi informasiya vasitələri siyasəti beynəlxalq kontekstə

Kütləvi informasiya vasitələri siyasətinə dair 4-cü Avropa Nazirlər Konfransı  (Vyana, Avstriya, 9 və 10 dekabr 1986-cı il)

Avropada televiziyanın gələcəyi dair tədbirlər barədə