APMŞ (2014)4 Yekun
Strasburq, 17 d ekabr 2014
AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI
(APMŞ)
Avropa Prokurorlarının Məşvərətçi Şurasının
Prokurorlarla bağlı Avropanın norma və prinsipləri haqqında
9 (2014) saylı Rəyi
Bu rəyə daxildir: - Nizamnamə (“Roma nizamnaməsi”); - Həmin nizamnamədə əksini tapan prinsiplərin izahedici qeydi. |
ROMA NİZAMNAMƏSİ
Avropa Şurası Nazirlər Komitəsi Avropa Prokurorlarının Məşvərətçi Şurasından (APMŞ) prokurorlar ilə bağlı aşağıda razılaşdırılan qaydada Avropa normaları və prinsipləri haqqında sənəd hazırlamağı tələb etmişdir:
I. Bütün hüquq sistemlərində prokurorlar (bundan sonra “prokurorlar”) bütün işlərdə və proseslərin bütün mərhələlərində öz səlahiyyətləri çərçivəsində ədalət mühakiməsinin ədalətli, qərəzsiz və səmərəli idarə edilməsi yolu ilə qanunun aliliyinin təmin edilməsinə səy göstərirlər.
II. Prokurorlar xüsusilə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququnda müəyyən edilən qaydada insan hüquqları və azadlıqlarına hörmət etmək və onları qorumaq üçün cəmiyyətin adından və onun maraqları naminə hərəkət edirlər.
III. Prokurorların cinayət ədalət mühakiməsi daxilində və ondan kənar vəzifələri ən yüksək səviyyədə qanunla müəyyən edilməli və Avropa Şurasının demokratik prinsipləri və dəyərlərinə ciddi şəkildə əməl edilməklə yerinə yetirilməlidir.
IV. Prokurorluq xidmətlərinin müstəqilliyi və avtonomluğu mühakimə sisteminin müstəqilliyinin labüd nəticəsini təşkil edir. Bu səbəbdən, prokurorluq xidmətlərinin müstəqilliyi və avtonomiyasının artırılması yolunda ümumi tendensiya irəli sürülməlidir.
V. Prokurorlar qərarvermə zamanı müstəqil olmalı və səlahiyyətlərin ayrılması və hesabatlılıq prinsipləri ilə bağlı xarici təzyiq və ya müdaxilərdən azad şəkildə öz vəzifə öhdəliklərini yerinə yetirməlidirlər.
VI. Prokurorlar hər zaman qərəzsiz və obyektiv davranmaqla, yüksək etik və peşə standartlarına əməl etməlidirlər. Onlar müstəqil və qərəzsiz olmalı, qərəzsizlik prinsipinə uyğun gəlməyən siyasi fəaliyyətlərdən çəkinməli, həmçinin şəxsi maraqları və ya işlə əlaqəli olan şəxslərlə münasibətləri onların tam qərəzsizliyinə xələl yetirə biləcək işlərdə iştirak etməkdən çəkinməlidirlər.
VII. Prokurorların işinin şəffaflığı müasir demokratiya üçün mühüm əhəmiyyət kəsb edir. Peşə və davranış etikası beynəlxalq standartlara uyğun olaraq qəbul edilməli və ictimailəşdirilməlidir.
VIII. Öz vəzifələrini icra edərkən prokurorlar təqsirsizlik prezumpsiyası, ədalətli məhkəmə araşdırması, tərəflərin və qüvvələrin bərabərliyi, məhkəmələrin müstəqilliyi və məhkəmənin yekun qərarlarının icbari qüvvəsinə əməl etməli, cəmiyyətə xidmət göstərilməsi və uşaqlar və zərərçəkənlərə xüsusi diqqət ayırmalıdır.
IX. Prokurorlar ifadə azadlığı və sərbəst toplaşmaq hüququna malikdirlər. Prokurorlar və media arasında münasibətlərdə aşağıdakı prinsiplərə əməl edilməlidir: təqsirsizlik prezumpsiyası, şəxsi həyat və ləyaqət hüququ, məlumat və mətbuat azadlığı hüququ, ədalətli məhkəmə araşdırması, müdafiə hüququ, istintaqların toxunulmazlığı, effektivliyi və məxfiliyi, eləcə də şəffaflıq prinsipi.
X. Öz vəzifələrini icra edərkən prokurorlar vicdanla yerinə yetirilmiş hərəkətlər üzrə ümumi toxunulmazlıqdan deyil, funksional toxunulmazlıqdan yararlanmalıdırlar.
XI. Prokurorlar və lazım olan yerlərdə onların ailə üzvləri vəzifələrinin icrası nəticəsində onların şəxsi təhlükəsizliyinə hər hansı təhlükə yarandığı təqdirdə dövlət tərəfindən qorunmaq hüququna malikdir.
XII. Prokurorların işə qəbulu və fəaliyyəti, eləcə də onların vəzifədə irəli çəkilməsi, ixtisasartırma, intizam tədbirləri və işdən çıxarılması qanunla tənzimlənməli və hər hansı ayrı-seçkilik və qərəzsiz baxış ehtimalına imkan verilməsi istisna olmaqla, qərəzsiz prosedurlara uyğun olaraq şəffaf və obyektiv meyarlarla idarə edilməlidir.
XIII. Yüksək səviyyədə peşə bacarıqları və toxunulmazlıq prokurorluq xidmətinin effektiv icrası və həmin xidmətə cəmiyyətin etibarının qazanılması üçün ilkin şərtdir. Bu səbəbdən, prokurorlar öz ixtisasları üzrə müvafiq təhsil almalı və təlimlər keçməlidirlər.
XIV. Bir çox prokurorluq xidmətlərinin təşkil edilməsi iyerarxik struktura əsaslanır. İyerarxiyanın müxtəlif səviyələri arasında münasibətlər, aydın, birmənalı və ölçülmüş qaydalarla tənzimlənməlidir. İşlərin təyini və yenidən təyin edilməsi qərəzsizlik tələblərinə cavab verməlidir.
XV. Prokurorlar yalnız etibarlı və məqbul olduğu hesab edilən əsaslı sübutlar əsasında cinayət təqibi ilə bağlı qərarlar verməli və insan hüquqlarını ciddi şəkildə pozan və qeyri-qanuni yollarla əldə edildiyi hesab edilən sübutlardan istifadə etməməlidirlər. Onlar belə üsullardan istifadə üzrə məsuliyyət daşıyan və digər qanun pozuntularına yol verənlərə qarşı müvafiq sanksiyaların aparılmasını təmin etməlidirlər.
XVI. İttihamlar qəti şəkildə və ədalətlə aparılmalıdır. Prokurorlar məhkəmələrin ədalətli hökmlər çıxarmasına və ədalət mühakimə sisteminin effektiv, operativ və səmərəli icrasına şərait yaratmalıdırlar.
XVII. İttiham prosesi zamanı və məhkəmədə müstəqil qərarlar verərkən onların məntiqi və ədalətli olmasını təmin etmək üçün cinayət təqibinin başlanıb-başlanmaması haqqında qərarlarla bağlı aydın təlimatlar dərc edilməlidir. Müvafiq olduğu təqdirdə qanuna uyğun olaraq, prokurorlar ittihamın alternativ yollarını nəzərdən keçirməlidirlər.
XVIII. Prokurorlar qanunun aliliyinin əsasını təşkil edən missiyalarının effektiv icrası üçün müasir texnologiyalar kimi zəruri və müvafiq vasitələrdən istifadə etməlidirlər.
XIX. Məqsədlərinə daha operativ və keyfiyyətli yolla nail olmaq üçün prokurorluq xidmətləri elə yolla həyata keçirilməlidir ki, onların ehtiyaclarının qiymətləndirilməsi, büdcələrinin müzakirə edilməsi və bölüşdürülmüş vəsaitlərinin şəffaf qaydada istifadəsi ilə bağlı qərarın verilməsinə imkan yaratsın. Prokurorluq xidmətinə ehtiyatların idarə edilməsi həvalə edildiyi təqdirdə, bununla bağlı prokurorlara müvafiq təlim keçilməli və onlar müasir idarəetmə üsullarından effektiv və şəffaf qaydada istifadə etməlidir.
XX. Müxtəlif prokurorluq idarələri, eləcə də eyni idarədə çalışan prokurorlar arasında ölkədaxili və beynəlxalq səviyyədə prokurorluq xidmətinin effektivliyinin təmin olunması üçün qarşılıqlı və ədalətli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Prokurorlar yardım üzrə beynəlxalq çağırışlara ölkədaxili səviyyədə öz işlərinə yanaşdıqları ciddiyyətlə yanaşmalı və həqiqi və effektiv beynəlxalq hüquqi əməkdaşlığın təşviq edilməsi və qorunub saxlanılması üzrə bütün zəruri vasitələr, eləcə də təlimlər onların sərəncamında olmalıdır.
Romada APMŞ tərəfindən 17 Dekabr 2014-cü il tarixində təsdiq edilmişdir
İZAHEDİCİ QEYD
Giriş
1. Avropa Şurası Nazirlər Kabinetinin cinayət ədalət mühakiməsi sistemində prokurorluğunun rolu ilə bağlı (2000)19 saylı Tövsiyəsi 14 ildən sonra da mühüm dönüş nöqtəsi kimi qalmağa davam edir. Eyni zamanda 2000-ci ildən etibarən Avropa səviyyəsində prokurorluq xidmətinin fəaliyyətlərinin digər tərəfləri də ön plana çıxarılmışdır və yenilik və müvafiq prinsiplərin sintezinə olan zərurət aşkar edilmişdir.
2. Bu mənada 2005-ci ildə Nazirlər Komitəsi tərəfindən yaradılmış Avropa Prokurorlarının Məşvərətçi Şurası (APMŞ) prokurorluğunun status, vəzifələri və əməliyyatları ilə bağlı ən əlamətdar tendensiyaları müəyyən etməyi qət etmişdir. Bu çərçivədə Nazirlər Komitəsi 2014-cü ilin Yanvar ayında APMŞ-ə prokurorlarla bağlı Avropanın normaları və prinsipləri üzrə sənədi qəbul etmək tapşırığı vermiş, bu öhdəliyin yerinə yetirilməsi üçün APMŞ bu qeydə edilən Əlavədə siyahısı göstərilən sənədləri nəzərə almışdır.
3. Üzv dövlətlərin hüquqi sistemləri prokurorların vəzifə və tapşırıqları ilə bağlı məsələlərdə böyük fərqlərlə xarakterizə olunur. Bununla belə, onlar hər zaman “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya” və AİHM-nin presedent hüququnda müəyyən edildiyi kimi insan hüquqları və əsas azadlıqlara hörmət etmək öhdəliyinə sadiq qalmalıdırlar.
4. Bu sənəd dövlət müəssisələr və məhkəmə, icraedici və qanunverici orqanlar, eləcə də təcrübəçilər və tədqiqatçılar üçün nəzərdə tutulub.
5. Prokurorlar fərdlərin hüquqları və cinayət ədalət mühakiməsi sisteminin etibarlılıq qüvvəsini nəzərə alaraq cəmiyyətin adından və onun maraqları naminə qanun pozuntusunun cinayət məsuliyyətinə səbəb olduğu yerlərdə qanunun icrasını təmin edən dövlət səlahiyyətli şəxslərdir. Prokurorların missiyasına yerli hüquqi sistemlə tələb olunan təqdirdə, cinayət ədalət mühakiməsindən kənar səlahiyyətlər də daxil edilir.
2. Prokurorların rolu
6. Bütün işlərdə və hüquqi proseslərin bütün mərhələlərində prokurorlar qanunun aliliyi və ictimai asayişin ədalətli, qərəzsiz yolla və ədliyyənin səmərəli idarəsi yolu ilə təmin edilməsini təmin etməlidir.
7. Prokurorların müstəqilliyi və səmərəli avtonomluğunu təmin etmək və zəruri əmniyyəti yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Onların vəzifəsi ədalətlə, qərəzsiz və obyektiv hərəkət etməkdir. Cinayət məsələlərində prokurorlar bəraətlə nəticələnənlər də daxil olmaqla, məhkəmə araşdırmasının ciddi nəticələrini də nəzərə almalı, eyni zamanda ədalət mühakiməsi sisteminin mümkün qədər operativ və səmərəli fəaliyyət göstərməsini təmin etməli və məhkəmələrin ədalətli hökmlər çıxarmasına yardım etməlidir.
8. Prokuror və hakimin yüksək qərəzsizlik və toxunulmazlıq standartları ilə hərəkət etdiyi bir sistem sadəcə hakimdən asılı olan sistemlə müqayisədə insan hüquqlarının qorunmasına daha çox imkan verir.
2.1 Cinayət təqibinin başlanması
9. Prokurorlar cinayət ədalət mühakiməsi sistemlərinin düzgün şəkildə aparılması və qanunun aliliyinin təmin olunmasında əhəmiyyətli rol oynayırlar.
10. Prokurorlar təqibin başlanması və ya davam etdirilməsi, qanunla müəyyən edilmiş müstəqil və qərəzsiz məhkəməöncəsi təqibin aparılması və məhkəmə tərəfindən verilən qərarlardan şikayətin irəli sürülməsi ilə bağlı qərarlar verirlər.
11. Bir sıra cinayət ədalət mühakiməsi sistemlərində prokurorlar həmçinin yerli cinayət siyasətini işləyib hazırlamaq və həyata keçirmək (lazım olduqda, regional və yerli şəraitə uyğunlaşdıraraq), istintaqı aparmaq, istiqamətləndirmək və ya ona nəzarət etmək, zərərçəkənlərə müvafiq qaydada kömək edilməsini təmin etmək, cinayət təqibinin alternativləri ilə bağlı qərarlar vermək və ya məhkəmə qərarlarının icrasına nəzarət etmək kimi vəzifələr da daşıyırlar.
2.1.1 Cinayət təqibini tənzimləyən prinsiplər
12. Bəzi üzv dövlətlərin hüquqi sistemləri cinayət təqibinin əsası kimi “qanunilik” prinsipini tələb edir. Digər üzv dövlətlərin hüquqi sistemləri “müstəqillik (diskresionluq)” və ya “imkan prinsipi”ni tələb edir.
13İttiham prosesi zamanı və məhkəmədə müstəqil qərarlar verərkən onların məntiqi və ədalətli olmasını təmin etmək üçün cinayət təqibinin başlanıb-başlanılmaması haqqında qərarlarla bağlı aydın təlimatlar dərc edilməlidir. Sistemdə prokurorların sərbəst qərarlar qəbul edə biləcəyi nəzərdə tutula bilmədikdə belə, onların qəbul etdiyi qərarlar ümumi qaydalarla tənzimlənəcək.
14. Prokurorlar cinayət təqibi ilə bağlı qərar qəbul etməzdən əvvəl bütün zəruri və məntiqi araşdırma və istintaqların aparılmasını təmin etməli və yalnız əsaslı sübutun irəli sürülməsindən sonra iş məntiqi və məqbul hesab edildiyi təqdirdə təqibə davam etməlidir. İttihamlar qəti və ədalətli şəkildə aparılmalı və sübutlarda göstərilənlərdən kənara çıxmamalıdır.
15. Cinayət istintaqı və polis və ya digər istintaq orqanlarının nəzarətində iştirak prokurorların səlahiyyəti çərçivəsində olduqda, onlar bunu obyektiv, qərəzsiz və peşəkarcasına həyata keçirməli və istintaq orqanlarının hüquqi prinsiplər və fundamental insan azadlıqlarına əməl etməsini təmin etməlidir.
16. Prokurorlar şahidlərin maraqlarını nəzərə almalı və öz səlahiyyətləri çərçivəsində olduğu təqdirdə, onların həyatı, təhlükəsizliyi və məxfiliyini qorumaq üçün tədbirlər görməli və belə tədbirlərin icra edilməsini təmin etməlidir.
17. Zərərçəkənlərin maraqlarına xələl gəldiyi təqdirdə, prokurorlar onların fikirləri və narahatlıqlarını nəzərə almalı və onların öz hüquqları və prosedurun gedişatı ilə bağlı məlumatlandırılması üçün tədbirlər görməlidir.
18. Prokurorlar cinayət təqibin başlanması məsələsində xüsusilə diqqətli davranmalı, zərərçəkənlər, şahidlər və şübhəlilərin hüquqlarına hörmət etməli və onların qərarlarından zərər çəkən insanlara baxış keçirmək hüququndan istifadə etməlidirlər.
19. Prokurorlar ittiham və müdafiə tərəfi arasında tərəflərin bərabərliyi prinsipi, təqsirsizlik prezumpsiyası, ədalətli məhkəmə araşdırması hüququ, məhkəmənin müstəqilliyi, qüvvələrin ayrılması prinsipi və yekun məhkəmə qərarlarının icbari qüvvəsinə hörmət etməlidirlər.
20. Prokuror məhkəməyə bütün məntiqi sübutları təqdim etməli və təqsirləndirilən şəxsə bütün müvafiq sübutları açıqlamalıdır. İttihamların dayandırılması zəruri olan hallar da ola bilər.
21. Prokurorlar ciddi şəkildə insan hüquqlarını pozan və qeyri-qanuni mənbələrdən alındığı ehtimal edilən sübutlardan istifadə etməməlidir. Onlar belə üsullardan istifadə üzrə məsuliyyət daşıyan və digər qanun pozuntularına yol verənlərə qarşı müvafiq sanksiyaların aparılmasını təmin etməlidirlər. Bəzi sistemlərdə insan hüquqlarının pozulması ciddilik dərəcəsindən asılı olmadan ehtiyac olmadan sübutdan imtina üçün kifayət edir.
2.2 Cinayət təqibindən kənar funksiyalar
22. Bir çox dövlətlərdə prokurorlar cinayət hüququ sahəsindən kənar da səlahiyyətlərə malikdir (məsələn, ailə, əmək, inzibati, seçki hüququ, ətraf mühit, sosial hüquqlar və azyaşlılar, fiziki qüsurlu və aztəminatlı insanların hüquqlarının qorunması).
23. Belə səlahiyyətlərə malik prokurorların missiyası ümumi və ya ictimai maraqları təmsil etmək, insan hüquqları və əsas azadlıqları qorumaq və qanunun aliliyini dəstəkləməkdən ibarət olmalıdır. Onlar qətiyyətlə Avropa Şurasının dəyərləri və demokratik prinsiplərinə əməl etməlidirlər.
24. Belə səlahiyyətlər aşağıda verilənləri gözləməklə icra olunmalıdır:
· dövlətin səlahiyyətlərinin səmərəli ayrılmasına hörmət etmək;
· məhkəmələrin müstəqilliyi və onların insan hüquqlarının qorunması, tərəflərin bərabərliyi və ayrı-seçkiliyin olmamasının təmin edilməsindəki rollarına hörmət etmək;
· hər hansı qarışıqlığın aradan qaldırılması üçün mümkün qədər yüksək dəqiqliklə qanunla tənzimlənmək, ciddi şəkildə məhdudlaşdırılmaq, aydın şərh olunmaq və aydın dərc edilmiş təlimatlara əməl etmək;
· prokurorluq xidmətlərinin fəaliyyətinə hər hansı lazımsız müdaxilənin olmamasını təmin etmək;
· prokurorun tərəf olduğu və ya olmağı planlaşdırdığı məhkəmə işlərində belə hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarına hörmət etmək və müstəqil və qərəzsiz tribunal qarşısında müdafiəçi qismində onun maraqlarını müdafiə etmək;
· Məhkəmənin presedent hüququ da daxil olmaqla, beynəlxalq öhdəliklərə uyğun olaraq müəyyən edilən bəzi istisnalar olmaqla, məhkəmənin yekun qərarlarının icbariliyi prinsipini pozmamaq;
· işə cəlb olunan şəxslər və ya müəssisələrin prokurorların hərəkətlərinə baxış keçirmək imkanlarının aydın şəkildə nəzərdə tutulmasını təmin etmək;
· mülki işlərə cəlb olunan və ya ona maraqlı olan şəxslər və ya müəssisələrin tədbirlər və ya ittihamların defoltuna qarşı iddia qaldırmaq hüququndan istifadəni təmin etmək.
25. İnsan hüquqları və azadlıqlarına mənfi təsir göstərən hər hansı prokuroru fəaliyyəti səlahiyyətli məhkəmələrin nəzarəti altında olmalıdır.
26. Prokurorlar məhkəmə və ya dövlət idarəetməsinin qərarını sorğulamaq hüququna malik olduqda, onlar bunu apelyasiya və ya qərara baxış keçirilməsini tələb etmək yolu ilə həyata keçirməlidirlər. Tərəflər arasında məxfi çəkişmələr olduqda və ictimai maraqlar məhkəmə qarşısında qorunmalı və ya təmin edilməli olduqda, yekun söz məhkəməyə verilir.
27. Cinayət ədalət mühakiməsindən kənarda məhkəməyə müdaxilə edən prokuror xüsusilə yerli qanunlara uyğun olaraq:
· prosesin digər tərəfləri ilə bərabər hüquq və öhdəliklərə malik olmalı;
· mübahisənin predmeti olan məsələlərlə bağlı sübutları geri çəkməməli;
· məhkəmənin müzakirələrində çıxış etməməli və ya bununla bağlı fikirlərini irəli sürməməli;
· məhkəmə qərarından apelyasiya şikayəti vermək hüququna malik olduqda, digər tərəflər kimi bərabər hüquqlara malik olmalı və heç zaman apelyasiya hüquqlarını əvəz etməməli;
· öz səlahiyyətlərini müstəqil və şəffaf şəkildə və qanunun aliliyinə tam uyğun həyata keçirməli;
· hüquqi şəxslərin öz hüquqi öhdəlikləri, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq sazişlərin tətbiq edilməsindən yaranan öhdəlikləri pozmasına dair əsaslı səbəblər olduqda, həmin şəxslərə qarşı məhkəmə işlərinə müdaxilə etməlidir;
Cinayət ədalət mühakiməsindən kənar prokurorların verdiyi müvafiq qərarlar işə cəlb olunan və ya ona maraqlı olan şəxslər və ya müəssisələr üçün açıq olan səbəblərlə müşayiət edilməlidir.
2.3 Cinayət təqibinin alternativ üsulları və cərimələr
28. Prokurorlar müvafiq olduğu təqdirdə və qanuna uyğun olaraq cinayət təqibinin alternativ üsullarına diqqət yetirməlidirlər. Bu alternativləri tətbiq edərkən, onlar şübhəlilər və qurbanların hüquqları və qanuni maraqlarına hörmət etməli və zərərçəkmiş ilə təqsirləndirilən arasında vasitəçilik qurmaqla barışığa nail olma ehtimalını da təklif etməlidir. Təqsirin təbiəti və ciddiliyi, cəmiyyətin qorunması və təqsirləndirilən şəxsin xarakteri və keçmişinə xüsusi diqqət ayrılmalıdır.
29. Prokurorların ədalətli, ardıcıl və səmərəli fəaliyyətini təşviq etməklə, müvafiq dövlət orqanları cinayət təqibin alternativləri ilə bağlı cinayət siyasətinin effektiv və ədalətli icrası üzrə aydın qaydalar, ümumi təlimatlar və meyarların dərc edilməsinə təşviq edilir.
30. Günahsız olan və ya ittiham üzrə vaxt məhdudiyyətləri kimi prosessual maneələrlə bağlı ittiham edilə bilməyən şəxslə bağlı tədbirlər görməklə və ya müəyyən edilən təqsirləndirilən şəxsin məsuliyyəti və ya qanun pozuntusunun səbəb olduğu zərərin dərəcəsi ilə bağlı şübhə olduqda, ədalətli məhkəmə araşdırması qaydalarının qarşısını almaq üçün heç zaman alternativ tədbirlər görülməməlidir.
31. Cinayət və digər proseslərin azyaşlıların gələcək inkişafına verə biləcəyi zərəri nəzərə alaraq, prokurorlar qanuna uyğun şəkildə azyaşlıların ittiham edilməsi üçün alternative yollar axtarmalı və bu alternativ hüquq pozuntusunun dərəcəsinə uyğun müəyyən edilməli, eləcə də zərərçəkənlər və ümumi cəmiyyətin maraqları nəzərə alınmaqla, azyaşlılar üzrə ədalət mühakiməsinin məqsədlərinə uyğun gəlməlidir.
32. Prokurorlar mümkün qədər ciddi şəkildə azyaşlıların ittiham edilməsi üçün bütün cəhdlərini səfərbər etməlidirlər.
3. Prokurorların status və vəzifələrinin icrası üçün onların təhlükəsizliyinin təmin edilməsi
3.1 Prokurorların müstəqilliyi
33. Qanunun aliliyi üçün mühüm əhəmiyyət kəsb edən amil – prokurorların müstəqilliyi qanunla hakimlərə bənzər qaydada təmin edilməlidir. Prokurorluğun hökumətdən asılı olmadığı ölkələrdə prokurorların müstəqilliyinin təbiəti və həcminin qanunla təmin edilməsi üçün bütün cəhdlərini səfərbər etməlidir. Prokurorluğun hökumətə tabe və ya onun bir hissəsi olduğu və ya yuxarıda qeyd ediləndən fərqli statusa malik olduğu ölkələrdə, dövlət sonuncunun prokurorluq ilə bağlı səlahiyyətlərinin təbiəti və həcminin qanunla təmin edilməsini və hökumətin öz səlahiyyətlərini şəffaf yolla beynəlxalq sazişlər, yerli qanunvericilik və qanunun ümumi prinsiplərinə uyğun həyata keçirməsini təmin etməlidir.
34. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra “Məhkəmə” adlanacaq) demokratik cəmiyyətdə məhkəmə və istintaq orqanlarının siyasi təzyiqlərə məruz qalmamasının zəruriliyini vurğulamışdır. Belə ki, prokurorlar qərarvermə prosesində avtonom olmalı və digər müəssisələrlə əməkdaşlıq edərkən səlahiyyətlərin ayrılması və cavabdehlik prinsipi ilə bağlı olaraq icraedici hakimiyyət və ya parlamentin müdaxilələri və ya xarici təsirlər olmadan öz müvafiq vəzifələrini yerinə yetirməlidirlər. Məhkəmə həmçinin prokurorların iyerarxiyasından funksional müstəqilliyi və prokurorluq xidmətinin aktlarına məhkəmə nəzarətinin təmin edilməsi çərçivəsində prokurorların müstəqillik məsələsinə istinad etmişdir.
35. Prokurorların müstəqilliyi onnların xeyrinə verilən imtiyaz deyil, əlaqədar şəxslərin ictimai və fərdi maraqlarını qoruyan ədalətli, qərəzsiz və effektiv ədalət mühakiməsinin təminatıdır.
36. Dövlətlər hər hansı təhdid, maneə, təzyiq, müdaxilə və ya mülki, cərimə və ya digər məsuliyyətə ədalətsiz məruzqalmalar olmadan prokurorların öz vəzifə öhdəliklərini yerinə yetirməsini təmin etməlidir.
37. Prokurorlar hər bir halda heç bir maneə olmadan korrupsiya, səlahiyyətdən qanunsuz istifadə və insan hüquqlarına edilən ciddi pozuntular kimi qanun pozuntuları ilə bağlı dövlət rəsmilərini təqib etməlidir.
38. Prokurorlar icraedici və qanunverici hakimiyyət, eləcə də iqtisadiyyat, maliyyə və media sahəsində fəaliyyət göstərən digər aktorlar və müəssisələrdən azad fəaliyyət göstərməlidirlər.
39. Prokurorlar həmçinin hüquq-mühafizə orqanları, məhkəmələr və digər qurumlarla əməkdaşlıq məsələsində də müstəqildirlər.
3.2 İyerarxiya
40. İyerarxik struktur icra etdikləri vəzifələrin xarakterini nəzərə alaraq, bir çox prokurorluq xidmətlərinin ümumi cəhətidir. İyerarxiyanın müxtəlif səviyyələri arasında münasibətlər aydın, birmənalı və ölçülmüş qaydalarla tənzimlənməli və onlar üçün müvafiq yoxlama və balanslaşdırma sistemi təmin edilməlidir.
41. Qanunun aliliyi ilə tənzimlənən dövlətdə prokurorluq xidmətinin strukturu iyerarxik olduqda, prokurorları ilə bağlı prokurorluq xidmətinin effektivliyi güclü şəkildə şəffaf səlahiyyətlilik, cavabdehlik və məsuliyyətlilik ilə bağlı olur.
42. Prokurorların xidmətinə müdaxilələrin edilməməsini təmin etmək zəruridr. Müdaxilələrin olmaması dedikdə prokurorların fəaliyyəti, xüsusilə də ədalət mühakiməsi araşdırması üzrə prosedurların xarici təzyiqlər, eləcə də prokurorluq sistemi daxilində lazımsız və ya qanunsuz daxili təzyiqlərdən azad olmasını təmin etmək nəzərdə tutulur. İyerarxik sistemdə ali prokurorlar fərdi prokurorların hüquqlarının təmin edilməsinə uyğun olaraq idarənin qərarları üzərində müvafiq nəzarəti həyata keçirməlidir.
3.2.1 Cinayət işlərinin tapşırılması və yenidən tapşırılması
43. Prokurorluğun təşkil edilməsi və daxili idarəsi, xüsusilə cinayət işlərinin tapşırılması və yenidən tapşırılması ilə bağlı olaraq, prokurorluq xidmətlərinin strukturu, məsuliyyətləri və qərarvermə səlahiyyətləri ilə bağlı qərəzsizliyin tələbləri ödənilməlidir.
44. İşlərin tapşırılması və yenidən tapşırılması prokurorluq xidmətinin iyerarxik və iyerarxik olmayan strukturuna uyğun şəffaf qaydalarla müəyyən edilməlidir.
3.2.2 Göstərişlər
45. Cinayətlə bağlı siyasətin icrası üzrə ümumi qaydalar prokurorların ədalətli, ardıcıl və səmərəli fəaliyyətinin təmin edilməsi üçün şəffaf olmalıdır.
46. Ümumi xarakterli göstərişlər yazılı şəkildə olmalı və mümkün olduqda dərc edilməli və şəffaf olmalıdır. Belə göstərişlər ciddi şəkildə ədalət və bərabərliyə hörmətlə yanaşmalıdır.
47. Spesifik hallarla bağlı iyerarxiyanın icraedici və ya üst səviyyəsi tərəfindən verilən göstərişlər bəzi hüquqi sistemlərdə məqbul hesab olunmur. Prokurorluq sisteminə daha çox müstəqilliyin verilməsi üzrə APMŞ tərəfindən irəli sürülən ümumi bir tendensiyanın olmasına baxmayaraq, bununla bağlı ümumi standartlar yoxdur. Qanunvericilik belə göstərişlərə imkan verdiyi təqdirdə onlar yazılı formada və məhdud olmalı və qanunla tənzimlənməlidir.
48. Qeyri-qanuni, uyğunsuz və qeyri-etik hərəkət etməsi tələb olunan prokuror qanuna uyğun olaraq buna qarşı cavab tədbiri görməlidir.
49. Prokuror ona ünvanlanan göstərişlərin yazılı qaydada edilməsini tələb etmək hüququna malikdir. Göstərişlərin qeyri-qanuni və ya onun iradəsinə zidd olduğunu düşündüyü zaman onun əvəz edilməsi üçün müvafiq daxili prosedurlar təşkil edilməlidir.
50. Qeyd edilməlidir ki, belə prosedurlar fərdi prokurorların və cəmiyyətin maraqlarına uyğun müəyyən edilir.
3.3 Prokurorların təyin edilməsi və işi
3.3.1 Ümumi prinsiplər
51. Üzv dövlətlər aşağıda verilənləri təmin etmək üçün tədbirlər görməlidir:
a) prokurorların işə götürülməsi, vəzifədə irəli çəkilməsi və başqa yerə keçirilməsi ədalətli və qərəzsiz prosedurlara uyğun və cins, irq, rəng, dil, din, siyasi və ya digər ideyalar, milli və ya sosial mənşə, milli azlıqlarla bağlılıq, mülkiyyət, doğum və ya digər status kimi ayrı-seçkilik yaradan əsasları nəzərə almadan həyata keçirilməlidir;
b) prokurorların fəaliyyəti, onların peşəkar cəhətdən qiymətləndirilməsi və vəzifədə irəli çəkilməsi, eləcə də mobilliyi kimi məsələlər, bacarıq və təcrübə kimi şəffaf və obyektiv meyarlarla tənzimlənməlidir; işəgötürən orqanlar bacarıq və səriştə əsasında seçilməli və onlar öz vəzifələrini qərəzsiz və obyektiv meyarlar əsasında həyata keçirməlidir;
c) prokurorların mobilliyi xidmətin tələbləri ilə tənzimlənir.
52. Prokurorların təyin edilməsi və xidmətlərinə xitam verilməsi ən yüksək səviyyədə qanunla və aydın və başa düşülmüş proses və prosedurlarla tənzimlənməlidir.
53. Hakimlər və prokurorların missiyalarının tamamlayıcı xarakteri onların işə götürülməsi, təlim, fəaliyyətlərinin artan istiqamətdə inkişafı, əmək haqları, intizamı və başqa yerə keçirilməsi (yalnız qanuna uyğun olaraq və ya onların razılığı ilə edilməlidir) kimi məsələəlr, onların status və xidmət şərtləri ilə bağlı oxşar tələblər və təminatlar yaradır. Bu səbəblərdən prokurorların vəzifədə çəkilməsi, intizamı və işdən çıxarılması üzrə müvafiq və imtiyaz tədbirlərinin təmin edilməsi zəruridir.
54. Prokurorların işə götürülməsi və fəaliyyət perspektivləri ilə bağlı qərəzsizliyin təmin edilməsinə qoyulan cəhdlər peşəyə rəqabətcil daxilolma siyasəti üzrə tədbirlər və ümumilikdə məhkəmə üçün Ali Şuralar və ya prokurorlar üçün ədalətin bərqərar edilməsi ilə nəticələnə bilər.
55. Baş Prokurorun təyin edildiyi və vəzifədən uzaqlaşdırıldığı qayda prokurorun öz işini düzgün şəkildə aparmasının təmin edilməsi sistemində mühüm rol oynayır.
56. Hökumətlər Baş Prokurorun təyin edilməsinə nəzarət hüququna malik olduqda, elə üsul seçilməlidir ki, məhkəmə və prokurorluq sistemi və hüquqi peşənin üzvləri, eləcə də cəmiyyətin inamı və hörməti qazanılsın. Baş Prokuror ya müvafiq uzun müddətə və ya onun mandatını təmin etmək və onun siyasi dəyişikliklərdən azad olmasını təmin etmək üçün daimi müddət təyin edilməlidir.
3.3.2 Təlim
57. Yüksək səviyyədə peşə bacarıqları və toxunulmazlıq prokurorluq xidmətinin effektiv icrası və həmin xidmətə cəmiyyətin güvənin qazanılması üçün ilkin şərtdir. Bu səbəbdən, prokurorlar öz ixtisasları üzrə müvafiq təhsil və təlimlər keçməlidirlər.
58. Avropanın müxtəlif hüquqi sistemləri fərqli modellərə uyğun olaraq hakim və prokurorlar üçün təlim təşkil edir və belə təlim müəyyən qurumlara həvalə edilir. Bütün hallarda belə təlimin təşkil edilməsi üçün məsul olan müəssisənin avtonom xarakterini təmin etmək zəruridir; çünki belə avtonomluq mədəni pluralism və müstəqilliyin təminatçısı rolunu oynayır.
59. Belə təlimlər qərəzsiz və müntəzəm şəkildə təşkil edilməli, effektivliyi obyektiv şəkildə qiymətləndirilməlidir. Müvafiq olduğu təqdirdə, ümumi maraq mövzusunda hakimlər, prokurorlar və hüquqşünaslar üçün keçirilən birgə təlimlər ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına istiqamətlənməlidir.
60. Təlimə inzibati heyət və rəsmilər, eləcə də hüquq mühafizə agentləri də cəlb edilməlidir.
61. Təlim, eləcə də rəhbərliyin təlimi daimi şəkildə vəzifələrinin icrasına başlamazdan əvvəl prokurorların həm hüququ, həm də vəzifəsidir.
62. Prokurorlar cinayət ədalət mühakiməsi sistemi daxilində və ondan kənarda, büdcə ehtiyatlarının idarə edilməsi ilə bağlı və kommunikasiya sahəsində öz məsuliyyətlərinin icrası məqsədilə müvafiq ixtisaslaşma təlimlərindən keçməlidirlər.
63. Bu səbəbdən dövlətlər prokurorların təyin edilməsindən əvvəl və sonra prokurorların müvafiq təhsil alması və təlim keçməsi üçün bütün effektiv tədbirləri həyata keçirməlidir. Prokurorlar xüsusilə aşağıdakılarla bağlı məlumatlandırılmaldır:
a) onların vəzifələrinin prinsipləri və etik qaydalar;
b) hüquqi prosedurlara cəlb olunan şəxslərin konstitusional və digər hüquqi müdafiəsi;
c) İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya (xüsusilə 5 və 6-cı maddələr) və AİHM-nin presedent hüququnda müəyyən edilən insan hüquqları və azadlıqları;
d) işin təşkili, idarəetmə və insan resursları üzrə prinsip və təcrübələr;
e) fəaliyyətlərinin effektiv və ardıcıl olmasına təkan verən mexanizmlər və materiallar.
64. Yeni cinayət problemləri, eləcə də cinayətkarlığın bəzi növlərinin artan mürəkkəbliyinə səbəb yeni texnologiyaların sürətli inkişafı, qloballaşma və beynəlxalq ticarət və məlumat axınının genişlənməsidir. Prokurorlara yuxarıda verilən halların səbəb olduğu təhlükələrlə üzləşməyə imkan verən xüsusi təlimlərin keçirilməsi tələb olunur.
3.3.3 Peşə bacarıqlarının qiymətləndirilməsi
65. Prokurorların işi müntəzəm şəkildə, məntiqi, adekvat, obyektiv əsaslarla, konkret meyarlarla və müvafiq və ədalətli prosedurla qiymətləndirilməlidir.
66. Prokurorlar onlarla bağlı aparılan qiymətləndirmələrin nəticələrini əldə etmək imkanına və lazım gəldikdə müşahidə və hüquqi vasitələri təqdim etmək hüququna malik olmalıdırlar.
67. Prokurorların vəzifədə irəli çəkilməsi obyektiv faktorlar, eləcə də onların peşə bacarıqları, qabiliyyəti, toxunulmazlığı və təcrübəsinə əsaslanmalı və ədalətli və qərəzsiz prosedurlara uyğun olaraq qərarlaşdırılmalıdır.
3.3.4 Başqa idarəyə keçirilmə və mobillik
68. Prokurora edilən qeyri-münasib təsirlərdən biri onu icazəsi olmadan onun başqa bir prokurorun idarəsinə keçirilməkdir.
69. Prokurorun iradəsinə uyğun olaraq ölkə daxilində və ya xaricdə onun başqa idarəyə keçirilməsi və ya ona başqa vəzifənin verilməsi zamanı potensial risklər qanunla müəyyən edilən qaydada balanslaşdırılmalıdır (məsələn, intizam prosedurunu gizli saxlamaqla, prokurorun başqa idarəyə keçirilməsi).
70. Prokurorun icazəsi olmadan onun başqa yerə keçirilməsi qanunla tənzimlənməli və xidmətə ehtiyac (iş yüklərinin bərabərləşdirilməsi və s.) və ya xüsusi ciddilik təşkil edən intizam tədbirləri kimi istisna şərtlərlə məhdudlaşdırılmalı, ancaq prokurorun fikirləri, məqsədləri və ixtisaslaşması və ailə vəziyyətinəzərə alınmalıdır.
71. Müstəqil quruma müraciət də mümkün olmalıdır.
3.3.5 Prokurorların vəzifədən azad edilməsi
72. Vacib vəzifə və funksiyalarını nəzərə alaraq, prokurorlar ciddi şərtlərə uyğun olaraq vəzifədən uzaqlaşdırılmalı və bu, onların fəaliyyətlərini müstəqil və qərəzsiz icra etməsinə mane olmamalıdır. İntizam prosedurlarına əlavə edilən bütün təminatlar tətbiq edilməlidir.
73. Prokurorların müstəqilliyi onların arbitraj və ya siyasi səbəblərdən işdən azadetmələrdən qorunmasıdır. Bu, xüsusilə Baş Prokurorla bağlı həyata keçirilir və qanunlar onların vaxtından əvvəl vəzifədən uzaqlaşdırılma şərtlərini aydın şəkildə müəyyən etməldir.
3.4 Xidmət şərtləri
3.4.1 Ümumi prinsiplər
74. Öz missiyalarını həyata keçirməsi üçün prokurorlar qanunun aliliyinin əsasını təşkil edən zəruri və müvafiq vasitələrə malik olmalıdır.
75. Dövlətlər prokurorların vəzifələri, eləcə də təqaüd yaşına uyğun olaraq mükafat, əmək haqqı və pensiya ilə təmin olunması üçün müvafiq tədbirlər təşkil etməlidir.
76. Xidmətin şərtlərində vəzifənin zəruriliyi və ləyaqəti və eləcə də ona hörməti əks etdirməlidir. Prokurorların müvafiq mükafatı həmçinin onların vəzifə və borclarının tanınmasını nəzərdə tutur və korrupsiya riskini də azalda bilər. Mövcud olduğu təqdirdə, premiyalar tamamilə obyektiv və şəffaf olan meyarlara əsaslanmalıdır.
3.4.2 Uyğunsuzluqlar və maraqların toqquşması
77. Prokurorlar hər zaman ən yüksək etik və peşə standartlarına sadiq qalmalı, onların şəxsi maraqları və ya işə cəlb olunan şəxslərlə münasibətləri onların tam qərəzsizliyinə xələl gətirən işlərdə iştirak etməməlidirlər. Prokurorlar ödənişli və ya ödənişsiz, öz vəzifələrinin icrasına uyğun gəlməyən və ya onu pozan hər hansı vəzifə və ya işlə məşğul olmamalıdırlar.
78. Dövlətlər bir şəxsin eyni zamanda prokuror və məhkəmə hakimi kimi fəaliyyət göstərməməsini təmin etməlidir. Bununla belə dövlətlər eyni şəxsin prokuror və hakim vəzifələrini ardıcıl olaraq icra etməsini mümkün edən tədbirlər də görə bilərlər. Vəzifələrə edilən belə dəyişikliklər yalnız əlaqədar şəxsin müraciəti əsasında və onların təhlükəsizliyinə hörmət etməklə həyata keçirilə bilər.
79. Məhkəmə funksiyalarının prokurorlara hər hansı qaydada həvalə edilməsi xüsusilə kiçik sanksiyaların cəlb olunduğu işlərlə məhdudlaşdırılmalı, eyni işdə cinayət təqibi başlamaq səlahiyyəti ilə birlikdə icra edilməməli və belə işlərdə məhkəmə funksiyalarını icra edən müstəqil və qərəzsiz orqan tərəfindən həmin işlərlə bağlı verilən qərarı üzrə müdafiəçilərin hüquqlarına xələl gətirməməlidir.
80. Prokurorlar hər zaman peşəkar davranmalı və müstəqil və qərəzsiz görünməyə çalışmalıdsırlar.
81. Prokurorlar qərəzsizlik prinsipinə uyğun gəlməyən siyasi fəaliyyətlərdən çəkinməlidir.
82. Prokurorlar öz vəzifələrinə uyğun gələn və məhkəmə və prokurorluğun müstəqilliyi və qərəzsizliyinə təsir göstərməyən ifadə azadlığı və sərbəst toplaşmaq hüququnu icra etməlidirlər. Hüquqi subyektlər, məhkəmə və ya ədalət mühakiməsinin idarə edilməsinə aid məsələlərdə ictimai debatda iştirakda sərbəst olduqda, prokurorlar gözləmədə olan məsələlərə fikir bildirməməli və məhkəmənin toxunulmazlığı və mövqeyinə xələl yetirə bilən fikirlərin ifadə edilməsindən çəkinməlidir.
83. Qanuna uyğun olaraq, müvafiq vaxt müddəti ərzində prokuror ictimai xidmət üçün fəaliyyət göstərdiyi və ya məsləhət verdiyi və hər hansı şəxs və ya quruma fayda verə bilən hər hansı məsələ ilə bağlı həmin şəxs və ya qurum üçün fəaliyyət göstərməməlidir.
84. Hakim qismində prokuror şəxsi marağı olan məsələdə iştirak edə bilməz və bu zaman onun toxunulmazlığı və qərəzsizliyinə yönələn bir sıra məhdudiyyətlərə məruz qala bilər.
3.5. Məhkəmə proseslərində zəmanətlər
85. İnsan hüquqları üzrə standartlar və prinsiplərə əsasən prokurorlar öz vəzifələrinin icrası üçün məsuliyyət daşıyır və intizam prosedurlarına tabe olur.
86. Demokratik sistemdə qanunun aliliyinə əsasən şəxsə bəraət verilməsi məhkəmə işi üçün məsul olan prokurora qarşı intizam prosedurları ilə nəticələnməməldiir.
87. Dövlətlər prokurorlara qarşı tətbiq edilən intizam tədbirlərinin qanunla tənzimlənməsini, ədalətli və obyektiv qiymətləndirməni, müstəqil və qərəzsiz baxışdan sonra qərarların qəbul edilməsini təmin etmək üçün tədbirlər görməlidir.
88. Prokurorlar törətdikləri və məhkəmə qarşısında cavab verməli olduqları cinayətlər üzrə cinayət təqibindən qorunmaq üçün ümumi toxunulmazlıqdan yararlana bilməzlər, çünki, bu, cəmiyyətin inamımının itməsi və ya korrupsiya hallarına gətirib çıxara bilər. Dövlətlər prokurorların müstəqilliyi və qərəzsizliyinin təminatı kimi onların ədalətə təslim edilməsi məqsədilə xüsusi prosedurlar müəyyən edə bilərlər.
89. Ümumi standartlara uyğun olaraq, vəzifələrinin icrası məqsədilə prokurorların vicdanla edilmiş hərəkətlər üzrə mülki iddialardan qorunması zəruri ola bilər.
3.6 Prokurorlar və onların ailə üzvlərinin qorunması
91. Prokurorlar və ya onların ailə üzvləri zorakılıq və ya təhdid, hər hansı cür təzyiq və ya lazımsız nəzarət altında olduqda, belə halların müfəssəl istintaqı aparılmalı və onların gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görülməlidir; lazım olduqda, prokurorlar və onların ailə üzvləri psixoloji yardım və ya məsləhətlərlə təmin edilməlidir.
4. Prokurorların vəzifələri və hüquqları
4.1 Prokurorların davranışı ilə bağlı vəzifələr
4.1.1 Əsaslı qərəzsizlik, obyektivlik və ədalətlilik öhdəliyi
92. Prokurorlar öz vəzifə öhdəliklərini qərəzsiz yerinə yetirməli və obyektiv davranmalıdırlar. Onlar insanlara qanun qarşısında bərabər davranmalı və onlar arasında ayrı-seçkilik salmamalıdırlar.
93. Prokurorlar korrupsiyanın təhlükələrindən xəbərdar olmalı və öz vəzifələrinin icrası zamanı hər hansı əlavə gəlir və ya imtiyazlar tələb və ya qəbul etməməlidirlər. Qərəzsizliyinə baxmayaraq, prokurorlar prokurorluq xidmətlərinə cəmiyyətin inamını təmin etməlidir. Prokurorlar ikinci dərəcəli peşələr və onların qərəzsizliyinə xələl gətirə biləcək digər işlərlə məşğul olmamalıdırlar. Onlar maraqların toqquşmasına təhlükə yarada bilən halları müəyyən etməli və belə hallardan uzaq durmalıdırlar.
4.1.2 Prokurorların cavabdehliyi
94. Prokurorlar ictimai cavabdehlik prinsipi əsasında fəaliyyət göstərirlər. Onların qərarları qanun və digər qaydalara əsaslanır və onların səlahiyyəti çərçivəsində qalır. Prokurorlar xüsusilə insan hüquqlarına hörmət etməli və onların qorunmasını təmin etməlidirlər.
95. Prokurorlar qanunvericiliklə onların hərəkətləri və ya hazırladıqları sənədlərin aşkarlığı məhdudlaşdırılmayıbsa, şəffaf qaydada fəaliyyət göstərirlər. Onlar xüsusilə cəmiyyət və media ilə əlaqə qurarkən əlaqədar tərəflərə öz qərarlarını aydın şəkildə bildirməyə çalışmalıdırlar.
96. Beynəlxalq səviyyədə idarəetmə, kommunikasiya və əməkdaşlıqla bağlı prokurorların peşə bilikləri və bacarıqları yüksək səviyyədə olmalı və təlim vasitəsilə qorunub saxlanılmalıdır. Prokurorlar məsuliyyət daşıdıqları işləri operativ və keyfiyyətli şəkildə yerinə yetirməli və əllərində olan vasitələrin istifadəsi üzrə məsuliyyət daşımalıdırlar.
4.1.3 Peşə ləyaqətini qoruyub saxlamaq öhdəliyi
97. Prokurorlar bütün hallarda nümunəvi davranış sərgiləməklə cəmiyyətin inamını qazanmalıdırlar. Onlar ədalətlə, bərabər şəkildə, hörmətlə və nəzakətlə davranmalı və hər zaman ən yüksək peşə standartlarına sadiq qalaraq və diqqətlə davranaraq özlərinin toxunulmazlığı və şərəf və peşə ləyaqətlərini qoruyub saxlamalıdırlar.
4.1.4 Etik davranış kodeksi
98. Prosesə cəlb olunan prokurorların ortaq hüquqi prinsiplər və etik dəyərləri paylaşması ədalət mühakimə sisteminin düzgün idarə edilməsi və yüksək peşə standartlarına əməl olunması üçün mühüm əhəmiyyət kəsb edir. Prokurorlar işlərində olan etik problemləri müəyyən etməli və onları həll etmək üçün aydın prinsiplərə istinad etməlidirlər.
99. BMT tərəfindən işlənib hazırlanan standartlar, eləcə də 31 May 2005-ci il tarixində Avropa Baş Prokurorlarının Konfransında qəbul edilmiş (Budapeşt təlimatları) prokurorların etik davranışı haqqında Avropa Qaydalarında müəyyən edilən standartlar əsasında Peşə Etik Davranışı Kodeksi qəbul edilməli, ictimailəşdirilməlidir.
4.2 Prokurorların əsas azadlıqları
100. Prokurorlar cəmiyyətin digər üzvləri kimi fikir və söz azadlığı və sərbəst toplaşmaq azadlığından istifadə edə bilərlər. Bu hüquqlarından istifadə edərkən, onlar müstəqil vəzifələrini nəzərə almalı və prokurorun hər zaman əməl etməli olduğu müstəqillik, qərəzsizlik və ədalətliliyin ictimai imicinə təhlükə yaratmamalıdırlar.
101. Prokurorların təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlər yerinə yetirilməlidir. Bununla belə, onlar öz vəzifələrini icra etmək qabiliyyəti və ya peşə ləyaqətini şübhə altına qoyan məsələlərdən qaçınmaqla ehtiyatla davranmalıdırlar.
5. Digər subyektlər və müəssisələrlə münasibətlər
5.1 Zərərçəkənlər, şahidlər, şübhəlilər, müdafiəçilər, zərərçəkən şəxslər və cəmiyyətlə münasibətlər
102. Prokurorlar ədalətli məhkəmə araşdırması hüququna malik olmalı və onların öz hüquqları və prosedurun gedişatı barəsində məlumatlandırılmasını təmin etməklə, şahidlər, zərərçəkənlər, şübhəlilər və ya təqsirləndirilən şəxslərin legitim maraqlarını nəzərə almalıdırlar.
5.2 Məhkəmələr (hakimlər və məhkəmə heyəti) və hüquqşünaslarla əlaqələr
103. Prokurorluq xidməti məhkəmə institutunun bir hissəsi olduqda, prokurorlar və məhkəmə hakimləri arasında aydın bir fərq yaratmaq vacibdir. Üzv dövlətlər prokurorların hüquqi statusu, bacarıqları və prosessual rolunu qanunla elə yolla aydınlaşdırmalıdır ki, prokurorlar və məhkəmə hakimlərinin qarşılıqlı müstəqilliyi və qərəzsizliyiinə heç bir şübhə yeri qalmasın.
104. Ədalətli, qərəzsiz və effektiv ədalət mühakiməsi yalnız hakimlər və prokurorların tamamlayıcı hərəkətləri ilə təmin edilə bilər.
105. Məhkəmə fəaliyyətinin effektivliyi üçün prokurorlar bütün məhkəmə heyəti və vəkillərlə nəzakətli əlaqələr saxlamalıdırlar.
5.3 İstintaqçılarla əlaqələr
106. Prokurorlar və istintaqçılar istintaqların gedişi ərzində müvafiq və effektiv qaydada əməkdaşlıq edirlər.
107. Öz səlahiyyətləri çərçivəsində olduğu təqdirdə, istintaqçıların hüquqi şəkildə hərəkət etməsini təmin etmək, müdafiə hüquqlarına hörmət etmək və bütün şübhəliləri ən qısa müddətdə və onlara anlaşıqlı olan dildə təfsilatları ilə onlara qarşı istifadə edilə bilən faktlar haqqında məlumatlandırmaq prokurorların üzərinə düşür.
5.4 Həbsxana rəhbərliyi ilə əlaqələr
108. Prokuror öz səlahiyyətləri çərçivəsində tutulmanın aparılmasının qanuniliyinin təsdiq edilməsi üçün məsuliyyət daşıyır. O, tutulanlar və məhbusların hüquqlarının tam və effektiv qorunmasını təmin etməli, onların həyat şəraitini yaxşılaşdırmalı və cəmiyyətə yenidən inteqrasiya edilməsini asanlaşdırmalıdır.
5.5 Media ilə əlaqələr
109. Prokurorlar cəmiyyəti müntəzəm qaydada fəaliyyətləri və onun nəticələri haqqında məlumatlandırmağa təşviq olunur. Prokurorların hərəkətləri xidmət zamanı şəffaflıq və ictimai inamın təşviq edilməsi və qorunub saxlanılmasına yönəlməldir.
110. Prokurorlar münasibətlərində hər hansı yolla hakimlərə təzyiq göstərmədən və onları şəxsi tənqidlərə məruz qoymadan qərəzsizlik nümayiş etdirməlidirlər.
111. Fərdi prokuror media vasitəsilə ədalətsiz təzyiqlərə məruz qaldıqda, o, ziddiyyətlə məlumatların düzəldilməsi və ya yerli qanuna uyğun olaraq digər hüquqi vasitələrdən istifadə hüququna malikdir. Bununla belə, belə hallarda, eləcə də onun məşğul olduğu prosedurlara cəlb olunan şəxslər və ya hadisələr haqqında yanlış məlumatlar yayıldıqda, prokurorluğun rəhbərliyi və ya sözçüsü, daha böyük məsələlərdə isə Baş prokuror və ya daha yüksək dövlət orqanı tərəfindən məsələyə reaksiya bildirilə bilər. Belə bir institusional reaksiya prokurorun hər bir şəxsə verilən cavab hüququndan istifadəyə olan zərurət və münaqişənin həddən artıq şəxsiləşdirilmə riskini azaldır.
5.6 İctimai xidmətlər və digər müəssisələrlə əlaqələr
112. Prokurorlar qanunvericilik və ya icraedici qurumların işinə qarışmamalıdır. Bununla belə, onlar dövlət müəssisələri və müxtəlif xidmətlərlə əməkdaşlıq etməlidir.
113. Prokurorlar hər hansı maneə ilə üzləşmədən istintaq əmri vermək və cinayət törətdiyi şübhə edilən mülki xidmətçilər və seçilmiş rəsmiləri təqib etmək səlahiyyətinə malik olur.
6. Prokurorluq idarəsinin təşkili
6.1 Struktur
114. Prokurorluğun əsas məsuliyyəti fəaliyyətinin effektivliyini təmin etməkdir. Qanunla müəyyən edilən tapşırıqlarını operativ şəkildə və yüksək keyfiyyətlə bütün bacarıqlarını səfərbər edərək yerinə yetirmək üçün təşkilatçılıq və struktur olmalıdır.
6.2 İşçi heyəti
115. Prokurorluq idarəsi hər hansı bürokratik sapmalardan qaçınmaq üçün effektiv şəkildə idarə edilməlidir. Bunu etmək üçün prokurorlar yüksək səviyyəli və ixtisaslı və sahə üzrə müvafiq təlim keçmiş inzibati işçi heyətinə malik olmalıdır. Cinayətin zərərçəkənlərinin qəbul edilməsi üçün spesifik sahə üzrə ekspertlər məlumatların emal edilmiş və statistik məlumatlarla təmin edilməlidir.
6.3 Resursların idarə edilməsi
116. Müvafiq təşkilati, maliyyə, maddi və insan resurslarının təmin edilməsi müstəqilliyin təmin edilməsinə imkan verir. Xüsusilə iqtisadi çətinliklər zamanı, keyfiyyət səviyyəsinin təmin olunması üçün kafi ehtiyatlar təmin edilməlidir.
117. Resursların idarə edilməsi prokurorluq xidmətinə tapşırıldıqda, o, bütün səylərini səfərbər etməklə şəffaf qaydada öz vəzifəsini icra etməlidir. Bu məqsədlə, həmçinin verilən vasitələrlə vəsaitləri artırmaq üçün müvafiq tədbirlər də görülməlidir; prokurorlar həmçinin müvafiq təlim almalı və ixtisaslı mütəxəssislərlə təchiz olunmalıdır.
118. Prokurorluq xidmətlərinin idarəetmə avtonomluğuna malik olduğu və ya olmadığı hər bir halda operativ və keyfiyyətli ədalət mühakiməsinin məqsədlərinə nail olmaq üçün onlara öz ehtiyaclarını hesablamaq, büdcələrini müzakirə etmək və bölüşdürülmüş vəsaitlərin şəffaf qaydada istifadə qaydası ilə bağlı qərar vermək imkanına verilməlidir.
6.4 İxtisaslaşma
119. Prokurorun cinayət hüququ sahəsindən kənar səlahiyyətlərə malik olduğu sahələr də daxil olmaqla, cinayətkarlığın yeni formalarına qarşı daha effektiv həll yolları tapmaq üçün prokurorlar, eləcə də prokurorların təşkilati struktur daxilində ixtisaslaşmasına olan zərurətə prioritet kimi yanaşılmalıdır. Bununla beynəlxalq əməkdaşlığı gücləndirmək və asanlaşdırmaq olar. İxtisaslaşma effektivliyin artırılması, eləcə də prokurorların öz vəzifələrini icra edərkən müasir cəmiyyətin mürəkkəbliyindən qaynaqlanan problemlərlə mübarizə aparması üçün mühüm əhəmiyyət kəsb edir.
6.5 Daxili əməkdaşlıq
120. Qarşılıqlı və ədalətli əməkdaşlıq müxtəlif prokurorluq idarələri, eləcə də eyni idarəyə məxsus olan prokurorlar arasında prokurorluq xidmətinin effektivliyinin artırılması üçün zəruri əhəmiyyət kəsb edir.
7. Beynəlxalq əməkdaşlıq
121. Prokurorlar yardım üzrə beynəlxalq çağırışlara ölkədaxili səviyyədə öz işlərinə yanaşdıqları ciddiyyətlə yanaşmalıdırlar. Öz yurisdiksiyalarında onlar lazım gələn yerlərdə kənar qərarların icrasına da təkan verməlidirlər.
122. Prokurorlar əsas hüquqi sistemləri tənzimləyən beynəlxalq instrumentlər və əsas prinsiplərin tətbiqi ilə bağlı təlimdən keçməlidirlər. Onlar mümkün olduğu qədər öz vəzifələrinin icrası və ən yaxşı təcrübələrin toplanması üçün mübadilələr və beynəlxalq forumlarda iştirak edə bilərlər.
123. Daha çox səmərə verdiyi təqdirdə, prokurorlar Eurojust, Avropa Ədliyyə Şəbəkəsi və vasitəçi prokurorlar da daxil olmaqla digər müvafiq şəbəkələr kimi əməkdaşlıq vasitələrindən istifadə etməlidirlər.