AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (APMŞ) 2011 YEKUN
Strasburq, 24 noyabr 2011-ci il
AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI
(APMŞ)
6-cı plenar iclasda APMŞ tərəfindən qəbul edilmiş
prokurorlar və həbs yerlərinin müdriyyəti arasındakı
əlaqələrə dair 6 nömrəli rəy
(Strasburq, 24-25 noyabr 2011-ci il)
I GİRİŞ
1. AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI (APMŞ) 2005-ci ildə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı rəylərin qəbul edilməsi və Nazirlər Komitəsinin üzv dövlətlərinə yönəlmiş prokurorluq orqanlarının cinayət mühakimə sistemindəki rolu barəsində Rec(2000)19 nömrəli Təklifin effektiv tətbiqinin təşviqi tapşırığını həyata keçirmək məqsədilə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən yaradılmışdır.
2. Nazirlər Komitəsi 2011-ci ildə Avropada Həbsxana Qaydaları ilə bağlı Komitənin üzv dövlətlərinə yönəlmiş Rec(2000)19 nömrəli Təklifə əsaslanaraq həbs yerlərinin müdriyyəti ilə prokurorlar arasındakı əlaqələrə dair məsələlərə baxılması haqqında APMŞ[1]-a göstəriş vermişdi.
3. APMŞ bu rəyi üzv dövlətlərdən daxil olmuş sorğuya[2] verilmiş 25 cavab əsasında tərtib etmişdir. Buradan aydın görünür ki, prokurorlarla həbs yerlərinin rəhbərliyi arasında əlaqələr əsasən, obyektinə, məzmun və formasına görə fərqlənir, onlar arasında heç bir əlaqə olmadığı hallarla yanaşı, bəzən prokurorluq orqanları tərəfindən nəzarət olunan, daha geniş və sistematik əlaqələr mövcud olur. Hüquq tarixi, milli mədəniyyət və müxtəlif ədliyyə təsisatları daxilində inkişaf hal-hazırki müxtəlifliyi izah edir.
Rəyin əhatə dairəsi
4. Bu rəyin bütün müddəaları prokurorların həbsxana məsələləri ilə bağlı xüsusi rola malik olduğu ölkələrə aiddir. Prokurorların belə səlahiyyətə malik olmadıqları ölkələrdə isə başqa bir orqan azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarını müdafiə etmək qabiliyyətində olmalıdır.
5. Bu rəy REC (2006)2 nömrəli Təklifdə müəyyən olunduğu kimi məhkəmə orqanı tərəfindən barəsində həbs qətimkan tədbiri seçmiş və ya hökm elan olunduqdan sonra azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı məsul müəssisələrlə prokurorlar arasındakı əlaqələrlə bağlıdır.
Rəyin məqsədi
6. Tutulmuş şəxslərin qapalı yerlərdə həbsdə saxlanılması hər zaman onların bir çox əsas insan hüquqlarının pozulması riskini yaradır.
7. APMŞ prokurorların azadlıqdan məhrum edilmiş şəxslərlə əlaqəli və-zifələrini yerinə yetirməsi ilə bağlı normalar tərtib etmək , xüsusilə ilə -
· qanun və insan hüquqlarına hörmətlə yanaşılmasını təmin etməklə, eləcə də bütün mümkün şərtlərdə məhbusların inkişafı və cəmiyyətə yenidən inteqrasiyasını təşviq etməklə həbsdə saxlanılma şəraitinə nəzarəti əhatə edən fəaliyyət sahələrinin müəyyən olunması,
· prokurorluq orqanlarının əməkdaşları də daxil olmaqla, müvafiq orqanların sözügedən məsələ ilə bağlı milli qanunvericiliklə onların üzərinə qoyulmuş vəzifələri səmərəli şəkildə yerinə yetirmələri məqsədilə həbs edilmiş şəxslərin saxlanılma şəraiti ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması,
· Məlumatlılıq səviyyəsinin artırılması, bütün aidiyyəti orqanlar tərəfindən REC(2006)2 nömrəli Təklifdə müəyyən olunmuş prinsiplərə riayət olunmasının sürətləndirilməsi məqsədilə bu prinsiplərə və bəzi konkret tədbirlərə xüsusi diqqətin ayrılmasına nail olmaq niyyətindədir .
Ümumi prinsiplər
8. Qanunun aliliyi prinsipinə əsaslanaraq idarə olunan bütün dövlətlərdə dövlət tərəfindən həyata keçirilən azadlıqdan məhrumetmə cəzası ilə bağlı məqsədəuyğun şəkildə əlaqələndirilmiş yoxlama və uyğunlaşdırma, icra və nəzarət mexanizmlərinin yaradılması vacibdir. Bu o deməkdir ki, istər həbs, istərsə də hökmlərin qüvvəyə minməsi kontekstində məqsədəmüvafiq monitorinq və nəzarət mexanizmi mövcud olmalıdır.
9. Bu mənada, bütün üzv dövlətlər azadlıqdan məhrumetmə cəzasının tətbiqinin vaxtaşırı və sistemli şəkildə monitorinqi və ona nəzarət üçün bitərəf, obyektiv və peşəkar orqan yaratmalıdırlar. Bəzi üzv dövlətlərdə belə bir vəzifə bu məsələlərin ən səmərəli şəkildə həyata keçirilməsi üçün lazım olan bütün səlahiyyətlərin prokurorlara verilməsi ilə həyata keçirilə bilər. Digər dövlətlərdə bu məsələlər həbs yerlərinin müdriyyətindən başqa, məhkəmə instasiyasıları və ya müstəqil orqanlar tərəfindən həll oluna bilər.
10. 10.Ona görə də cəzaçəkmə müəssisələrinin qarşısında duran məqsəd və həlli vacib məsələlərə, eləcə də həbs edilmiş və ya cəza çəkən şəxslərin əsas hüquq və azadlıqlarının qorunması və cəzaların icrasının qanuniliyi ilə bağlı rola malik olduqları hallarda, prokurorluq orqanlarının vəzifə və səlahiyyətlərinə xüsusi diqqət ayrılmalıdır.
11. Prokurorlar hökmün və ya səlahiyyətli orqanın qəbul etdiyi həbs qətimkan tədbirinin icrası zamanı və ya icrasını tələb etdiyi zaman şəxsin azadlıqdan məhrum edilməsi prosesi ilə birbaşa əlaqəli olurlar. Bu fəaliyyətlər çərçivəsində prokurorlar qanunilik, bitərəflik və qeyri-müvafiq təsirə məruz qoymama prinsiplərini ali tutmalıdırlar. Öz vəzifələrini yerinə yetirərkən prokurorlar şəxsləri cinsi, irqi, dini, dəri rəngi, dilinə, cinsi azlıq olması, siyasi və digər görüşlərinə, milli və ya sosial mənsubiyyəti, milli azlığa mənsubluğuna, əmlakına, doğum və ya digər statusuna görə ayrıseçkiliyə məruz qoymaqdan qaçmalıdırlar (ayrıseçkilik qoymama prinsipi).
İstinad Sənədləri
12. Həbsdə saxlanılma şəraiti ilə bağlı APMŞ Əsas İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Konvensiyasına (bundan sonra AİHK), eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra Məhkəmə) məhkəmə təcrübəsinə istinad etməyin vacibliyini qeyd edir. Başqa sözlə, APMŞ AİHK-in işgəncə[3], qeyri-insani və ləyaqəti alçaldan rəftarın[4]qadağan olunmasını ehtiva edən 3-cü maddəsinə Jailov v Almaniya, 8-ci maddəsinə (şəxsi həyata və ailə həyatına hörmət hüququ)[5]və 13-cü maddəsinə (səmərəli hüquqi müdafiə vasitələri hüququ)[6]hörmətlə yanaşılmasının önəmini vurğulayır.
13. APMŞ prokurorların cinayət mühakimə sistemindəki rolu ilə bağlı REC(2000)19 və üzv dövlətlərdə şəxs həbs olunduqda tətbiq edilməli qaydaların(əsas prinsiplər, həbs şərtləri, sağlamlıq, asayiş, idarəçilik və əməkdaşlar, yoxlama və monitorinq, təqsirləndirilən şəxslər və ya barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olan məhkumlar) sadalandığı,Avropada Həbsxana qaydalarından bəhs edən REC(2006)2, eləcə də Avropa Şurasının digər sənədlərinə[7]xüsusi diqqət ayırmışdır.
14. BMT[8]tərəfindən qəbul edilmiş müvafiq sənədlər[9], eləcə də digər beynəlxalq hüquqi sənədlər APMŞ tərəfindənnəzərə alınmışdır.
II Prokurorların rolu
A. Həbs-qətimkan tədbiri
15. Cinayət işləri üzrə həbs-qətimkan tədbiri qanunvericiliyə, AİHK-ın, eləcə də Məhkəmə təcrübəsinə uyğun olaraq ağlabatan əsaslarla seçilməlidir.
16. Prokurorların həbs yerləri ilə əlaqədar rola malik olduğu ölkələrdə onlar;
- tutulmuş şəxslərin milli qanunvericilikdə, eləcə də AİHK-də nəzərdə tutulmuş hüquqlarını (məsələn, tutulmasının səbəbini öyrənmək hüququ, tutulması barəsində qohumlarına məlumat vermə hüququ, vəkil tutmaq hüququ da daxil olmaqla, müdafiə hüququ və s.) qoruyan istintaq orqanlarına nəzarət etmək, bu hüquqların pozulmasının qarşısının alınması naminə tədbirlər görmək və bu cür hüquq pozuntularında məsuliyyət daşıyan şəxslərin tutulması;
- şəxsin tutulması şərtlərinə riayət olunmadığı hallarda tutulmuş şəxsin dərhal azad olunması istiqamətində müvafiq addımlar atmaq (məsələn, şəxsin tutulması məhkəmə qərarı olmadan həyata keçirilmişdirsə və ya az miqdarda müdaxilə tədbirləri kifayət hesab olunarsa)
- hakim tərəfindən çıxarılmış həbs-qətimkan tədbiri ilə bağlı qərarın qanuniliyinə nəzarət etmək səlahiyyətinə sahib olmalıdırlar.
B. Hökmlərin icrası
17. Şəxsin həbs olunması ilə bağlı çıxarılmış hökm insanın əsas hüququnun- azadlıq hüququnun məhdudlaşdırılması ilə nəticələnir.
18. Bu nəticə belə bir rola malik olduğu hallarda prokurorlar da daxil olmaqla, digərləri tərəfindən müvafiq tədbirlər görülməsinə o zaman bəraət qazandırır ki,
- bitərəf və müstəqil ədliyyə orqanı tərəfindən yekun ittiham hökmündən sonra hələ ki, sənəd üzrə müəyyən olunmamış müddətdə hökm icra olunsun.
- hökmün müddəti və məzmunu eynilə qəbul edilmiş qərar üzrə müəyyən edilsin.
- hökmdə çıxarılmasına səbəb olmuş əsaslar və şərtlər məhkumun diqqətinə çatdırılsın.
19. Hökmün icrasından öncə həbs yerləri müdriyyətindən asılı olmayan müvafiq orqanın icranın qanuniliyinə təminat verməsi önəmlidir.
20. Hökmün icrasına səlahiyyətli orqanlar:
- Hökmün icrası üçün qanuni şərtlərin həyata keçirilməsinin, eləcə də insan şərəfinin qorunması şərtilə hökmün icrasını xüsusi olaraq tənzimləməlidirlər. Fövqəladə hallar istisna olmaqla(təqibdən qaçıb gizlənmə təhlükəsi və ya digər təhlükəsizlik məsələləri), məhkumun, onun müdafiəçisi və ya həbs yerləri müdriyyətinin hökmün icrası ilə əlaqədar bütün suallarına qısa müddətdə təcili cavab verməli və öz mövqeyini əsaslandırmaq üçün sualı ünvanlayanı istənilən sənədlə təmin etməlidir.
- gecikdirmədən hökmün icrasına təsir edə biləcək hər hansı iddia ilə bağlı müvafiq hərəkətləri etməli və onu müvafiq orqana göndərməlidir(məsələn, əfv üçün ərizə, həbsdən azad olunma ilə bağlı xahiş məktubu).
21. Milli hüquq sistemlərindən asılı olaraq, prokurorlar cinayət əməli törətmiş şəxslərin şərti azad olunması prosesində və ya onların cəmiyyətə yenidən inteqrasiyasında mühüm rol oynaya bilərlər.
C. Həbsdə saxlanılma rejimi
22. Avropada Həbsxana Qaydaları həbsdə saxlanılma məsələsi ilə əlaqədar nə prokurorların, nə də digər nəzarət orqanlarının rol və ya mövqeyini müəyyən etməsə də, belə bir rola malik olduğu halda prokurorlar ciddi şəkildə bu qaydaların həyata keçirilməsi zamanı milli qanunvericiliyə riayət olunmasına nəzarət etməlidirlər. Səlahiyyətləri daxilində, həbsxanalarda tutulmuş şəxslərin insan hüquq və azadlıqlarının daimi tətbiqi naminə onların insan hüquq və azadlıqlarının tam və effektiv şəkildə müdafiəsinin məhz prokurorlar tərəfindən təmin edilməsi xüsusilə önəmlidir.
23. Həbs zamanı azadlıqdan məhrum edilmiş şəxslərin şərəfinə hörmətlə yanaşılmalı və cəmiyyəti qoruyarkən həbsin mənfi effektinin qarşısının alınması təmin edilməlidir.
24. Əgər prokurorların cəzaçəkmə müəssisələrində qanunların düzgün icrasına nəzarət etmək vəzifələri varsa, onlara;
- istənilən vaxt həbs yerlərinə müntəzəm olaraq baxış keçirmək;
- sənədlər, fayllar, həbs yerləri müdriyyətinin yazılı əmrləri və qərarlarına çıxışı olmaq və onları əldə edə bilmək;
- başqa şəxslərin iştirakı olmadan azadlıqdan məhrum edilmiş şəxslərlə sərbəst şəkildə görüşmək;
- müvafiq cəzaçəkmə müəssisəsinin əməkdaşlarından müvafiq izahat almaqla bağlı müraciət etmək;
- stasionar yardım və ya ilkin yardım təlimi haqqında elmi tədris orqanlarının qəbul etdiyi prosedur və qərarların və ya Penitensiar Xidmətin həbs və ya hökmə dair qəbul etdiyi əmr və qərarlarının qanuna müvafiqliyini təsdiq etmək;
- müvafiq həbs növü üzrə normativ hüquqi aktların icrasına göstəriş vermək;
- şəxsin tutulması məhkəmə qərarı olmadan həyata keçirilərsə, onun dərhal azad olunması istiqamətində lazımi addımlar atmaq səlahiyyətləri verilməlidir
25. Həbs prosesində qanunların pozulması halları müşahidə olunarsa, prokurorlar səlahiyyətləri çərçivəsində bu prosesin əlavə xərclərə səbəb olacağını bilsələr də, müvafiq qanunlara ciddi şəkildə riayət olunmasını tələb etməklə reaksiya bildirməlidirlər. Lazım olarsa, prokurorlar həbs yerlərinin əməkdaşları arasında buna şərait yaradan şəxslərə qarşı intizam və ya cinayət məsuliyyətinə cəlb etmə prosesi başlaya bilərlər.
D. Həbsxanada törədilmiş qeyri-qanuni əməllərə reaksiya (cinayət və intizam məsələləri)
26. APMŞ xatırladır ki, prokurorlar cəmiyyət və ya ictimai maraqlardan çıxış edərək, eləcə də fərdi hüquqları, həmçinin cinayət mühakimə sisteminin müvafiq səmərəliliyini nəzərə alaraq cəzalandırılan qanun pozuntuları zamanı qanunun tətbiqini təmin edən hakimiyyət nümayəndələridir[10]. Ona görə də dövlətlər həbs yerlərinin hər biri üzrə prokurorların öz vəzifələrini həyata keçirmələri üçün müvafiq tədbirlər görməlidirlər.
27. Azadlıqdan məhrum edilmiş şəxslər həbsdə olduqları müddətdə tabeçilik şəra-itində psixoloji həssas bir dövrdən keçirlər. Bununla əlaqədar olaraq, həbs yerlərində cinayət hüququ və insan hüquq və azadlıqları ilə bağlı əsas qaydaların pozulmasına yol ve- rilməməsi xüsusi əhəmiyyətə malikdir.
28. Cəzaçəkmə müəssisələrində cinayətlərin qarşısının alınması üçün vasitə kimi bu cür yerlərdə törədilmiş cinayətlərə xüsusi diqqət ayrılmalıdır.
29. Korrupsiya, həbs edilmiş şəxsə qeyri-qanuni təzyiq göstərilməsi və ya həbs yerlərinin əməkdaşları tərəfindən insan hüquqlarının pozulması hallarında prokurorların öz səlahiyyətləri çərçivəsində müvafiq araşdırma başlatması ictimai maraqlara xidmət edir .
30. Cəzaçəkmə müəssisələrində qanun pozuntusu hallarında üzv dövlətlər cinayət təqibinin başlanması və ya onun məhkəmə qarşısında davam etdirilməsi ilə bağlı qərar qəbul edə bilməsi məqsədilə istintaq orqanlarının araşdırmanı həyata keçirməsi, yönləndirməsi və ya ona nəzarət etməsi üçün bütün müvafiq məlumatları əldə etməsini təmin etmək istiqamətində müvafiq addımlar atmalıdır.
Həbsdə yerlərinin müdriyyəti
31. Prokurorların cəzaçəkmə müəssisələri ilə bağlı hər hansı rola malik olduğu ölkələrdə onlar:
· Avropa Komitəsinin işgəncə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar və ya cəza ilə, xüsusilə həbsdə saxlanılma şəraiti ilə bağlı təkliflər də daxil olmaqla, Avropa Şurasının qəbul etdiyi sənədləri nəzərə almalıdırlar. Prokurorlar bu təkliflərdəki hər hansı müddəaların yerinə yetirilmədiyini müəyyən etdikləri zaman bu məsələ ilə bağlı müvafiq orqanlara müraciət edə bilərlər. Məqsədə müvafiq olduğu zaman, məsələn, Baş prokuror parlament qarşısında illik məruzə ilə çıxış edərkən və ya buna bənzər hallarda, bu təkliflərə riayət olunmasının təmin edilməsinə dair müvafiq tədbirlərlə bağlı təkliflər irəli sürə bilər.
· İki cəhətdən qanunun aliyini təmin etməlidirlər. Bir tərəfdən, prokurorlar tutulmuş şəxslərə mövcud vəziyyətdə dəyə biləcək ziyanın qanunda nəzərdə tutulmuş həddən artıq olmaması şərtilə onların hüquqlarını təmin etməlidirlər; digər tərəfdən, onlar hökmlərin tamamilə qanunauyğun şəkildə icra olunması vasitəsilə cəmiyyəti qorumalıdırlar.
· Həbs yerlərinə giriş-çıxışları mümkün olduğu üçün onları səmərəli mühafizə ilə təmin etməlidirlər. Müntəzəm şəkildə onlara baş çəkə bilər, müvafiq hüquqi vasitə və xüsusi təcrübəyə malik olduqlarından bu məsələlərlə bağlı dərhal reaksiya göstərə bilərlər.
III NƏTİCƏ
32.Avropa Şurasına üzv dövlətlərin qüvvədə olan hüquq sistemindən asılı olmadan qanunların, eləcə də AİHK-də nəzərdə tutulmuş əsas prinsiplərin düzgün tətbiq olunmasına nəzarət edən prokurorlar üçün həbs yerlərində insan hüquqlarının qorunması vacib məsələlərdən biri olmalıdır.
33. APMŞ qeyd edir ki, bir sıra üzv dövlətlərdə prokurorlar hökmlərin icrası, şəxslərin tutulması prosesinin qanuniliyinə və cəzaçəkmə müəssisələrində tutulmuş şəxslərin saxlanılma şəraitinə nəzarət edilməsində xüsusi rola malikdirlər. Lakin bəzi dövlətlərdə penitensiar məsələlərlə bağlı prokurorların heç bir səlahiyyəti yoxdur. Bu səlahiyyət hər zaman azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarını qorumalı olandigər orqanlara həvalə edilmişdir.
34. APMŞ adekvat saxlanılma şəraitinin, eləcə də cinayət əməli törətmiş şəxslərin cəmiyyətə yenidən adaptasiyası naminə müsbət şərtlərin təmin edilməsi üçün penitensiar müəssisələrin ixtiyarında kifayət qədər resursların - maddi və insan resurslarının olmasını vacib hesab edir.
35. Cəzaçəkmə müəssisələri ilə bağlı prokurorların müəyyən rola malik olduğu ölkələrlə bağlı aşağıdakı nəticələr əldə edilmişdir:
a) müvafiq şəkildə vəzifələrini yerinə yetirə bilmələri üçün bu sahədə fəaliyyətlə məşğul olan prokurorların ixtiyarında kifayət qədər maliyyə və insan resursu olmalıdır;
b) iş yükündən asılı olaraq, istintaq orqanlarında təşkilati struktur daxilində həbsdə saxlanılma yerlərinin müdriyyəti ilə əlaqələr üzrə ixtisaslaşmış şöbələrin olması təklif olunur;
c) lazım olarsa, penitensiar müəssisələrin müdriyyətiilə işləyən prokurorların fəaliyyətinə hər bir sistem daxilində ümumi və xüsusi yanaşmaların uzlaşdırılmasına yönəlmiş ən uğurlu təklif və təcrübələrin xülasəsindən ibarət təlimat nəşr edilməlidir;
d) Üzv dövlətlər və ya istintaq orqanları cəzaçəkmə müəssisələrinin müdriyyəti ilə əlaqədar fəaliyyətlə məşğul olan prokurorların xüsusi hazırlığını təkmilləşdirməlidirlər;
e) öz vəzifələrini yerinə yetirərkən, prokurorlar, lazım gəldikdə, ombudsman, insan hüquqlarının müdafiəsi ilə məşğul olan digər orqanlar, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı fəaliyyət göstərən qurumlar, eləcə də, bu məsələdə maraqlı olan vətəndaş cəmiyyəti nümayəndələri, QHT-lərlə əməkdaşlıq əlaqələri qurmalı və bu cür əlaqələri genişləndirməlidirlər.
36. APMŞ belə hesab edir ki, prokurorlar da daxil olmaqla, bütün səlahiyyətli orqanlar həbs olunmuş şəxslərin saxlanılma şəraitinin yaxşılaşdırılması və onların cəmiyyətə reinteqrasiyasının sürətləndirilməsi istiqamətində bütün vacib addımları atmalıdırlar.
37. Üzv Dövlətlər insan ləyaqətinə hörmətlə yanaşılması və həbs edilmiş şəxslərin hüquqları və həbsxana şəraitlərinin daim nəzarətdə saxlanıması şərtilə hökmlərin icrası ilə bağlı səlahiyyətli orqanların icranı bütün hüquqi tələblərə müvafiq qaydada həyata keçirməsini təmin etməlidirlər.
38. Üzv Dövlətlər həbs müddətində qanunların pozulması ilə əlaqədar cinayətlərin törədilməsi ilə bağlı iddiaların müvafiq şəkildə araşdırılmasını təmin etməlidirlər.
ƏLAVƏ
Müxtəlif hüquq sistemlərinin və penitensiar məsələlərlə əlaqəli prokurorların müxtəlif səlahiyyətlərinin təsviri (sorğu cavablarının təhlili)
1. Sözügedən sorğunu cavablandıran 25 ölkənin, demək olar ki, yarısında cəzaçəkmə müəssisələrinə nəzarət funksiyası prokurorluq orqanlarına məxsusdur. Eyni zamanda, ölkələrin əksəriyyətində prokurorlar cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin hüquqlarının qorunmasında məhdud səlahiyyətlərə malikdirlər
2. Prokurorların bu sahə ilə əlaqədar səlahiyyət miqyası ölkələr üzrə bir-birindən kəskin şəkildə fərqlənir: bu, cəzaçəkmə müəssisələrinə genişmiqyaslı nəzarətdən tutmuş, heç bir nəzarət səlahiyyətinin olmamasına qədər dəyişir. Bunları nəzərə alaraq üzv dövlətləri 3 əsas qrupa bölmək olar:1) prokurorluq orqanlarının cəzaçəkmə müəssisələrinə nəzarət etdiyi ölkələr; 2) prokurorların bu cür müəssisələrə məhdud nəzarət səlahiyyətlərinin olduğu ölkələr və 3) prokurorluq orqanlarının yuxarıda qeyd edilmiş sahə üzrə heç bir hüququnun olmadığı ölkələr.
3. Prokurorların cəza və icbari tədbirlərin icrası ilə məşğul olan penitensiar müəssisələrin, həbs yerləri, təcridxana və cəzaçəkmə müəssisələri və digər orqan rəhbərliyi tərəfindən qanunların düzgün tətbiqinə nəzarətlə bağlı geniş səlahiyyətlərə sahib olduğu ölkələrdə onlar tutulmuş, həbs olunmuş, məhkum olunmuş və barəsində icbari tədbirlər seçilmiş şəxslərin hüquq və vəzifələrinin müdafiəsinə də nəzarət edirlər.
4. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək cəzasını çəkən və ya müəyyən müddətə barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslərlə bağlı qanun pozuntularının müəyyən edilməsi və aradan qaldırılması üçün prokurorlar bır sıra ölkələrdə cəzaçəkmə müəssisələrində müstəqil yoxlamaların aparılması, penitensiar müəssisələrin müdriyyətindən tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmiş, barəsində icbari tədbirlər seçilmiş şəxsin hüquqlarının müdafiəsinə zəmanət verəcək şəraitin yaradılmasını xahiş etmək, cəzaçəkmə müəssisələri müdriyyətinin əmrlərinin, qərarlarının, göstərişlərinin milli qanunvericiliyə uyğunluğunu yoxlamaq kimi daha geniş səlahiyyətlərə malikdirlər.
5. Bəzi üzv dövlətlərin qanunvericiliyində prokurorlar tərəfindən cəzaçəkmə müəssisələrində müntəzəm yoxlamaların həyata keçirilməsi tələb olunur. Bu cür yoxlamaların tezliyi gündəlik və ya üç ayda bir dəfə olmaqla müxtəlif ölkələrdə fərqli qaydada həyata keçirilir. Bir sıra dövlətlərdə yoxlamaların sayı müəyyən edilməmişdir və bu cür dövlətlər prokurorlara yalnız vaxtaşırı inspeksiyanın həyata keçirilməsi ilə bağlı təkliflər verməklə kifayətlənir. Bu cür yoxlamalar müəyyən edilmiş qanun pozuntuları ilə bağlı məruzə, qısa rəsmi məruzə(bəyanat) və ya vəsatətin irəli sürülməsi (təqdimat) ilə nəticələnə bilər ki, onlar da araşdırmanın aparıldığı müəssisənin direktoruna və ya lazım gəldikdə, müvafiq səlahiyyətli orqana göndərilməlidir.
6. Bir çox ölkələrdə qanuniliyin təminatı ilə bağlı əsas həll yolu prokurorlara cəzaçəkmə müəssisəsi və ya təcridxanalara istənilən vaxt ziyarət hüququnun verilməsidir. Bu cür ziyarətlərdə prokurorlar sənədlərlə tanış olmaq, şəxslərin həbsdə saxlanılma şəraitini yoxlamaq və məhkumlarla azad və ya məxfi şəkildə ünsiyyət saxlamağa imkan tapırlar.
7. Bəzi ölkələrdə həbsxana şəraitinin yoxlanılması tezliyi qanunla müəyyən olunur və bu, müxtəlif ölkələrdə həftəlik yoxlanışdan başlayaraq il ərzində planlı qaydada 4 ziyarətə qədər dəyişir. Digər ölkələrdə müntəzəm şəkildə məhkumlarla fərdi qaydada görüşlər keçirmək prokurorların vəzifəsidir. Eyni zamanda, məhkum və ya həbs edilmiş şəxslərin həbsxana şəraiti ilə bağlı şikayətləri bir sıra dövlətlərdə müvafiq cəzaçəkmə müəssisəsində birbaşa yoxlamalara başlamaq üçün bir növ əsas hesab edilir. Bəzi üçüncü qrup dövlətlərdə isə yalnız məhkumun iddiası və ya bəyanatı əsasında görüş keçirilə bilər. Məhkumların prokurorlara ünvanlanmış ərizələrinin əsas mövzusunu onların həbs edilmiş şəxs kimi hüquqlarının pozulması ilə bağlı iddialar təşkil edə bilər, lakin müraciətlər bir az fərqli xarakterdə, məsələn, təhlükəsizliklərinin təmin olunması üçün başqa cəzaçəkmə müəssisələrinə köçürülməsi ilə bağlı ola bilər.
8. Prokurorların cəzaçəkmə müəssisələri ilə bağlı məhdud səlahiyyətə malik olduğu ölkələrdə məhkum ilə prokurorlar arasında əməkdaşlıq ehtimalı istisna edilmir. Bu dövlətlərdə belə müraciətin təşəbbüskarı adətən ya məhkum ya da həbs olunmuş şəxslər olur, onlar qəddar davranış və ya insan hüquqlarının pozulması ilə bağlı iddialarını prokurorlara təqdim edir. Bir qayda olaraq, bu cür görüşlərlə bağlı normativ- hüquqi aktların olmaması prokurorların lazım gəldikdə təkbətək ünsiyyət hüququnu istisna etmir.
9. İnsan hüquqlarının pozulması faktları müəyyən olunduğu halda sorğunu cavablandıran və cəzaçəkmə müəssisələri, eləcə də təcridxanalara prokurorluq orqanının nəzarət etdiyi ölkələrin əksəriyyətində prokurorlar vəzifəli şəxslərdən izahatların alınmasını, rəhbərliyin qanunsuz əmr və qərarlarının icrasının dayandırılmasını, qanunsuz olaraq məhbuslara tətbiq olunan cəzaların aradan qaldırılmasını tələb edə bilərlər. Prokurorluq orqanlarına geniş səlahiyyətlərin verildiyi bir çox ölkələrdə prokurorların cəzaçəkmə müəssisələrində qanunsuz cəza çəkən və ya qanunsuz olaraq həbs olunmuş və ya təcridxanada saxlanılan şəxsləri dərhal azad etmək hüququ vardır.
10. Cəza çəkmə müddəti və ya həbs müddəti ərzində insan hüquqlarının pozulması faktları prokurorların buna son qoyulması üçün müdaxiləsinə əsas verir. Cəzaçəkmə müəssisəsi rəhbərliyinin bu cür davranışları nəticəsində prokuror müdaxiləsinin effektivliyi və xarakteri ölkədən ölkəyə fərqlənir. Bir çox dövlətlərdə cəzaçəkmə müəssisələri və ya təcridxanalarda insan hüquqlarının pozulması faktı təqsirli vəzifəli şəxslərin intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı qəbul edilmiş qərarların nəticəsindən asılı olaraq prokurorların müstəqil araşdırma başlamasına səlahiyyət verir. Bunu da qeyd etməliyik ki, cəzaçəkmə müəssisələri və ya təcridxanalar üzərində prokurorların ciddi nəzarətinin olmadığı ölkələrdə də cəzaçəkmə müəssisələrində insan hüquqlarının pozulması halları ilə məşğul olmaq hüququ da prokurorlara verilmişdir.
11.Bir çox üzv dövlətlərdə prokurorların müstəqil şəkildə təqsirli vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb etmək səlahiyyətləri yoxdur. Araşdırma zamanı intizam pozuntusu halları müəyyən edildikdə prokuror cəzaçəkmə müəssisələri və təcridxana işçilərinin müvafiq qaydada cəzalandırılması üçün səlahiyyətli dövlət orqanına müraciət edə bilər. Yalnız bəzi ölkələrdə prokurorların bu cür təqsirli şəxsləri intizam məsuliyyətinə cəlb etmək hüququ vardır.
12.Cəzaçəkmə müəssisələrində cinayət qanunvericiliyi ilə cəzalandırıla biləcək hər hansı hərəkət müəyyən edildikdə prokurorlar xeyli geniş səlahiyyətlərə malik olurlar. Belə bir halda, bir çox ölkələrdə prokurorların cinayət işi başlamaq və müstəqil araşdırma aparmaq hüququ vardır. Qəfil ölüm, məhbusların özlərinə və ya məhbusların digər məhbuslara və ya həbsxana heyətinə qarşı törətmiş olduğu cinayətlər baş verərsə, prokurorlar bu məsələyə müdaxilə etməlidirlər. Bir çox ölkələrdə qanunvericilik prokurorlara müstəqil araşdırma aparmaq və ya cinayət işini istintaqa nəzarət hüququna malik istintaq orqanına göndərmək hüququ verir.
13.Məhkumların və ya təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisənin müdriyyəti tərəfindən hüquqlarının pozulması faktları müəyyən edilərsə bu cür hal bəzi öl-kələrdə prokurorlar üçün vurulmuş ziyana görə kompensasiya almaq məqsədilə məhkəmədə mülki iddia qaldırmağa əsas ola bilər.
14.Cəzaçəkmə müəssisələrinə nəzarət hüququnun prokurorlara verildiyi dövlətlərdə prokurorlar həbsxana şəraitinin beynəlxalq hüquqi standartlara və Avropa Şurasının təkliflərinə uyğunlaşdırılmasına nəzarət sahəsində əhəmiyyətli rola malikdir.
15. Bəzi dövlətlərdə prokurorlara əlavə səlahiyyətlər də verilir. Məsələn, o, hökmdə azadlıqdan məhrumetmə cəzasının müddətinin hesablanması ilə bağlı qərar qəbul edir; məhkumun verilməsi ilə bağlı müzakirələrdə iştirak edir, təhlükəsizliyi təmin etmək məqsədilə məhkumun yaşayış şərtləri ilə bağlı məhdudiyyətlər müəyyən edir, fövqəladə hallarda məhkuma cəzaçəkmə müəssisəsini tərk etmək şəraitinin yaradılıb-yaradılmamasına qərara verir, azadlıqdan məhrum edilmiş və ya həbs edilmiş şəxslərinm tibbi müayinəsinə ehtiyac olarsa, müvafiq ixtisaslı həkimləri dəvət edir. Prokurorlara penitensiar müəssisələrə nəzarət funksiyasının verildiyi bir sıra ölkələrdə isə həbs edilmiş şəxslərin təcridolunma səviyyələri, əlaqə saxladığı şəxslərin, həmçinin rabitə vasitələrindən istifadənin məhdudlaşdırılması da daxil olmaqla, onlarla necə rəftar olunduğunu müəyyən etmək üçün prokurorların bir sıra məsələləri araşdırmaq hüququ vardır.
16.Bəzi ölkələrdə prokurorların penitensiar müəssisələrə nəzarət sahəsindəki səlahiyyətləri yalnız tutulmuş və həbs edilmiş şəxslərin saxlanıldığı yerləri əhatə edir. Bu halda prokurorların həbs-qətimkan tədbirinin qanuniliyini təsdiq edən sənədləri yoxlamaq, yuxarıda göstərilmiş müəssisələri istənilən vaxt ziyarət etmək, həbs edilmiş şəxslərlə azad şəkildə ünsiyyətdə olmaq hüququ vardır. Bundan başqa, bəzi ölkələrdə prokurorlar şəxsin tutulması, həbsinə dair qərar qəbul etmək və cinayətkar icmalardakı rollarından dolayı həbs müddətində risk altında olan şəxslərlə bağlı xüsusi tədbirlərin tətbiq olunmasının məqsədəuyğunluğuna dair qərar qəbul edilməsində iştirak etmək hüququna malikdirlər.
17.Bir çox ölkələrdə şəxslərin həbsinin qanuniliyinə nəzarət etsələr də, prokurorlar digər dövlət orqanlarından asılı olmayıb öz fəaliyyətlərində müstəqildirlər. Amma demək olar ki, bütün üzv dövlətlərdə prokurorluq orqanları öz səlahiyyətlərini həyata keçirən prokurorların birbaşa Baş prokurora tabe olduğu vahid mərkəzləşdirilmiş bir sistemdir.
18.Bəzi prokurorluq orqanları əfvlə bağlı qərar qəbulunda da iştirak edirlər. Bu prosedur zamanı prokurorlar əsasən əfvinin məqsədəuyğunluğu ilə bağlı fikirlərini səsləndirirlər. Bir sıra ölkələrdə isə amnistiya və əfv qərarlarının icrasının qanuniliyinin yoxlanılması da prokurorların səlahiyyətlərinə daxil edilmişdir.
19. Prokurorluq orqanlarının fəaliyyətində həbs yerlərindən məhkumların şərti azadlığa buraxılması barədə qərar qəbulu sahəsindəki xidmətlərinə böyük önəm verilir. Bu cür hallarda prokurorun funkiyası, bir qayda olaraq, şərti azadlığa buraxılma ilə bağlı müraciət (hərəkət) və ya müvafiq şəxsin şərti azad edilməsinin mümkünlüyünə dair təqdimatın hazırlanması ilə məhdudlaşmır. Bir sıra ölkələrdə prokurorlar şərti azadlığa buraxılma ilə əlaqədar xüsusi komissiyanın və ya məhkəmə iclasəfvinin məqsədəuyğunluğu ilə larında iştirak edə və bu cür qərarların qanuniliyinə nəzarət edə bilərlər.
20.Bir çox üzv dövlətlərin prokurorluq orqanları ittiham hökmünün icrası məsələlərinə dair qəbul edilmiş qərarlardan apelyasiya şikayəti vermək hüququna malikdirlər. Bu cür halların yoxlanılması zamanı prokurorlar materiallar təqdim etmək, vəsatətlə çıxış etmək və s. hərəkətlərin edilməsi mümkünlüyü saxlanılmaqla məhkəmə iclaslarında iştirak hüququna malikdirlər.
21. Bəzi ölkələrdə Prokurorluq orqanları cəzaçəkmə müəssisələrində insan hüquqlarının qorunmasına nəzarət edən dövlət qurumları ilə əlaqə saxlayırlar. Bəzi ölkələrdə Prokurorluq orqanları cəzaçəkmə müəssisələrində insan hüquqlarının qorunmasına nəzarət edən dövlət qurumları ilə əlaqədədirlər. Bir sıra ölkələrdə prokurorluq orqanları əməkdaşları ilə insan hüquqları üzrə müvəkkil arasında əməkdaşlıq məsələsi qanunvericiliklə tənzimlənir. Bir çox dövlətlərdə bu cür əməkdaşlığın iki istiqaməti müəyyən olunur: birincisi, ombudsmanın məruzələrində göstərilmiş məlumatlar prokurorluq orqanlarının yoxlama keçirməsinə əsas ola bilir, ikincisi, azadlıqdan məhrum etmə yerlərində insan hüquqlarının pozulması hallarının aradan qaldırılması ilə bağlı prokurorluq orqanları tərəfindən görülmüş işlərin nəticələri ombudsmana təqdim edilir.
[1] Nazir müavinlərinin 1099-cu iclası (23 noyabr 2010-cu il)
[2] Bax: 6-cı rəyə Əlavəyə, eləcə də APMŞ-in Veb saytında (www.coe.int/ccpe) üzv dövlətlərin eyni mövzu ilə bağlı sorğuya verdiyi cavablara
[3]Bax Selmouni Fransaya qarşı(nº25803/94), Aksoy Türkiyəyə qarşı(18 dekabr 1996-cı il) və Aydın Türkiyəyə qarşı (25 sentyabr 1997-ci il)
[4] Bax Jalloh Almaniyaya qarşı(nº54810/00), Olszewski Polşaya qarşı (13 noyabr 2003-cü il), Labita İtaliyaya qarşı(nº26772/95), Kantirev Rusiyaya qarşı (21 iyun 2007-ci il) Orchovski Polşaya qarşı (nº17885/04) və Nazareno Ukraynaya qarşı (29 aprel 2003-cü il)
[5] Bax Vlasov Rusiyaya qarşı (12 hyun 2008-ci il), Ostovar Moldovaya qarşı(13 sentyabr 2005-ci il), Enea İtaliyaya qarşı (17 sentyabr 2009-cu il)
[6] Kaya Türkiyəyə qarşı (19 fevral 1998-ci il) və Melnik Ukraynaya qarşı (28 mart 2006-cı il)
[7] Həmçinin bax İşgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza haqqında Avropa Konvensiyası, həbsxanada təhsil barəsində Təklif N.R(89)12, həbsxana və QİÇS də daxil olmaqla, başqa keçici xəstəliklərə, eləcə də həbsxanada bənzər sağlamlıq problemlərinə nəzarətin kriminoloji aspektlərinə dair R(93)6 N-li Təklif, sanksiya və tədbirlərin həyata keçirilməsinə məsul əməkdaşlar barədə R(97)12 N-li Təklif, həbsxanada sibbe yardımın etik və btəşkilati təəfləri barəsində R (98)7, həbsxanada cəza çəkənlərin sayının artması və onların həddən artıq dolmasına dair R(99)22 N-li Təklif, cəzadan şərti azad olunmaya dair Rec(2003)22 və ömürlük və digər uzun müddətə azadlıqdan məhrum edilmiş şəxslərə həbs yerləri müdriyyəti tərəfindən nəzarətin təşkilinə dairRec(2003)23 nömrəli Təkliflərə
[8] Bax - Mülki və Siyasi Hüquqlara dair Müqavilə(1966), Məhbuslarla rəftara dair minimum standart qaydalar(1955), Prokurorların rolu haqqında Direktiv(1990) BMT- tərəfindən qəbul edilmiş azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş yetkinlik yaşına çatmamış şəxslərin müdafiəsinə dair Qaydalar(1990)
[9] Bax Beynəlxalq Prokurorlar Assosiasiyası tərəfindən 2005-ci ildə qəbul edilmiş Peşə məsuliyyəti standartları və prokurorların əsas hüquq və vəzaifələrinə dair Bəyanata
[10] Bax Cinayət mühakimə sistemində prokurorların rolu barəsində üzv dövlətlərə ünvanlanmış Nazirlər Komitəsinin Rec(2000)19 npmrəli Təklifinin birinci paraqrafı