CCPE(2016)3
Strasburq, 18 noyabr 2016-cı il
AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI
(APMŞ)
APMŞ-nin plenum iclasında qəbul edildiyi
terrorzim, ağır və mütəşəkkil cinayətkarlıqla mübarizə də daxil olmaqla, prokurorların işinin keyfiyyəti və səmərəliliyi haqqında
Avropa Prokurorlarının Məşvərətçi Şurasının
11 (2006) saylı Rəyi
(Strasburq, 17-18 noyabr 2016-cı il)
GİRİŞ
1. Nazirlər Komitəsi tərəfindən həvalə edilən səlahiyyətlərə əsasən Avropa Prokurorlarının Məşvərətçi Şurası (APMŞ), terrorizmlə, ağır və mütəşəkkil cinayətkarlıqla mübarizə də daxil olmaqla, prokurorların işinin keyfiyyəti və səmərəliliyi haqqında Rəy hazırlayıb. Prokurorluğun cinayət ədliyyəsindən kənar funksiyaları yerinə yetirdiyi üzv dövlətlərdə bu Rəyin prinsipləri və tövsiyələri həmin funksiyalara aid edilir.
2. Avropa Şurasına üzv dövlətlərin sayının artması ilə ümumilikdə dövlət idarəetmə orqanları, xüsusilə də prokurorluq da daxil olmaqla cinayət ədliyyəsi sahəsində fəaliyyət göstərən müəssisələrə ictimaiyyət, siyasətçilər və media tərəfindən diqqət getdikcə artır. Bu səbəbdən, prokurorluq öhdəliklərini ən yüksək və müasir peşəkarlıqla yerinə yetirdiyini nümayiş etdirməlidir.
3. Bu Rəyin məqsədi prokurorluğun öz missiyasını hansı şəkildə ən yüksək keyfiyyət və səmərəliliklə yerinə yetirə biləcəyini müəyyən etməkdir. O, həmçinin onların ən son üsul və vasitələrdən istifadə etməklə öz işini təşkil etməli olduğunu, işlərinin keyfiyyəti və səmərəliliyini hansı şəkildə ölçmək və qiymətləndirməyin mümkün olduğunu araşdırmaqdır.Rəyin ikinci hissəsi prokurorluğun terrorizmə, ciddi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə xüsusi problemlərlə qarşılaşması zamanı keyfiyyət və səmərəliliyə artan tələblərə hansı şəkildə cavab verə biləcəyini nəzərdən keçirir.
4. APMŞ hesab edir ki, prokurorluqlar mürəkkəb dövlət orqanlarıdır. Bu səbəbdən, artan tələblərə tam adekvat şəkildə cavab vermək üçün daha yaxşı ictimai xidmətin çatdırılması üçün sosial problemlər və təzyiq, ümumilikdə hüquqi, təşkilati və texniki çərçivə, eləcə də gərəkli maliyyə və insan qaynaqları mühüm əhəmiyyət kəsb edir.
5. Avropa Şurasına üzv dövlətlər prokurorluq da daxil olmaqla, müxtəlif hüquq sistemlərinə malikdir. APMŞ onların hər birinin müxtəlifliyinə hörmətlə yanaşır. Buna görə də, bu Rəydə müzakirə olunan elementlərin hamısı üzv bütün dövlətlərinə aid olmaya bilər. Bununla belə, onlar əsasən prokurorların qanun və insan haqlarına səmərəli, eyni zamanda yüksək keyfiyyət və ciddi hörmətlə əməl etməkləri ilə bağlı narahatlıq doğuran məsələləri müzakirə edir.
6. Bu Rəy İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya (bundan sonra İHƏAMK), eləcə də Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyası - 1959, Terrorizmin qarşısının alınması haqqında Avropa Konvensiyası – 1977, Kibercinayətkarlıq haqqında Avropa Konvensiyası – 2001, Terrorizmin qarşısının alınması haqqında Konvensiya – 2005 və onun əlavə protokolu – 2015, Cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, axtarışı, üzərinə həbs qoyulması və müsadirəsi və terrorçuluğun maliyyəşdirilməsi haqqında Konvensiya - 2005, İnsan alverinə qarşı mübarizə haqqında Konvensiya – 2005, Nazirlər Kabinetinin cinayət ədliyyə sistemində prokurorluğunun rolu haqqında Rec(2000)19 saylı Tövsiyəsi və Nazirlər Kabinetinin prokurorluğun cinayət ədliyyəsindən kənarda rolu haqqında Rec(2012)11 saylı Tövsiyəsi də daxil olmaqla, Avropa Şurasının sənədləri əsasında hazırlanıb.
7. Bu rəy, həmçinin, Nazirlər Kabinetinin insan haqları və terrorizmə qarşı mübarizə haqqında Təlimatları – 2002, Nazirlər Kabinetinin terrorizm hadisələri də daxil olmaqla, ağır cinayətlərlə əlaqədar “xüsusi istintaq texnikaları” haqqında Rec(2005)10 saylı Tövsiyələri və öncəki APMŞ Rəylərinə, xüsusən də cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması haqqında 1(2007) saylı, prokurorluq vasitələrinin idarə olunması haqqında 7(2012) saylı, “Roma Xartiyası” da daxil olmaqla, prokurorlara aid Avropa normaları və prinsipləri haqqında 9(2014) saylı, prokurorların cinayət işlərinin istintaqında rolu haqqında 10(2015) saylı rəylərinə əsaslanır.
8. Aşağıdakı BMT sənədləri də nəzərə alınıb: Terror bombardmanının qarşısının alınması haqqında Konvensiya – 1977, Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Konvensiyası – 2000, Korrupsiyaya qarşı mübarizə Konvensiyası – 2003.
9. APMŞ həmçinin 1999-cu ildə Beynəlxalq Prokurorlar Assosiasiyası tərəfindən qəbul edilmiş Prokurorların peşəkar məsuliyyətlilik standartları, eləcə də mühüm vəzifələri və hüquqları haqqında Bəyanatı nəzərə alıb.
10. Bu Rəyi hazırlamaq üçün APMŞ Katiblik tərəfindən bu məqsədlə hazırlanmış sorğuya 30 üzvünün cavabını xüsusilə təhlil edib (cavabların toplusu APMŞ-nin saytında əldə oluna bilər: www.coe.int/ccpe).
II. PROKURORLARIN İŞİNİN KEYFİYYƏT VƏ SƏMƏRƏLİLİK AMİLLƏRİ |
A. Xarici mühit
11. Prokurorların işinin keyfiyyəti və səmərəliliyi yalnız onların istedadı və bacarıqlarından asılı deyil, eyni zamanda əsasən prokurorların nəzarəti altında olmayan xarici amillərin: qanunvericilik və məhkəmə qərarları, əlçatan resurslar və ictimaiyyətin gözləntilərinin təsirinə məruz qalır. Nəticə etibarı ilə, bu amilləri xüsusilə onların prokurorluq işlərinin keyfiyyəti və səmərəliliyinə təsiri baxımından diqqətlə nəzərdən keçirilməyə dəyər.
1. Hüquqi çərçivə, milli adət-ənənələr
12. Qanunun aliliyinə hörmət Avropa Şurasına üzv dövlətlərin hamısının öhdəliyidir. Həmçinin, keyfiyyət tələblərinin sayı APMŞ-də qeyd olunub. Beləliklə, Maddə 6 məhkəmə sisteminin müstəqilliyi, məqbul vaxt, əlçatanlıq və ictimailik kimi cinayət ədliyyəsinin keyfiyyətini təmin etmək məqsədi ilə milli hüquqi çərçivə üçün mühüm tələblər irəli sürür. Hər bir prokurorluq öz funksiyalarını hüquqi çərçivədə həyata keçirdiyindən, qanunvericilik onun işinin keyfiyyəti və səmərəliliyi üçün ilkin şərtdir. Qanunlar, əksərən də ümumilikdə qanun sistemləri və məhkəmə qərarları prokurorlar tərəfindən məhkəməyə çıxarılan işlərin növü və həcminə, eləcə də onların aparılma yollarına təsir edir. Bu çərçivəni tətbiq etmək aydın və sadə olmalı, bu zaman milli sistemlərin məhkəmə işləri ilə dolub-daşmasına, məsələn, mübahisələrin həllinin alternativ yollarını yaratmaqla təminat verilməlidir. Digər tərəfdən, qanunvericiliyin və ya yurisprudensiyanın hazırlanmasında nöqsanlara yol verilməsi və ya çox tez-tez dəyişdirilməsinin əsaslandırılmış prokuror qərarlarının qəbul edilməsinə ciddi maneə törədə biləcəyi sübut olunub.
13. Aydın və sadə hüquqi çərçivə ədalətə çıxışa şərait yaradır və onun səmərəli edilməsinə, məsələn, ağır iş yükünü azaltmağa kömək etməklə, xüsusən də cinayət ədliyyə sistemi çərçivəsində, dövlət resurslarından daha səmərəli və məhsuldar istifadə etməklə, eləcə də ictimai nizam-intizamı ciddi şəkildə pozan hüquq pozuntuları, xüsusən də terrorizm, ciddi və mütəşəkkil cinayət pozuntuları üçün daha çox vaxt və maddi resursların ayrılmasına icazə verməklə, töhfə verir. Eləcə də, milli qanunvericilik və ədliyyə sistemləri texniki inkişafı nəzərə almalı, prokurorluğun məlumat bazalarına və digər müvafiq məlumatlara asan çıxışını təbliğ etməli və öz işinin keyfiyyətini yaxşılaşdırmaq üçün bazanı təmin etməlidir.
14. Siyasi sistemlər və hüquqi ənənələr də prokurorların işinə birbaşa təsir edir. Buna prokurorluğun statusu, xüsusən də onların icraçı hakimiyyətdən azad olması daxildir. Bundan başqa, artan terrorizm, ağır və mütəşəkkil cinayətkarlıqla qarşılaşan Avropa ölkələrində cari təhlükəsizlik vəziyyəti prokurorların işinin keyfiyyəti və səmərəliliyini yaxşılaşdırmaq məqsədi daşıyan milli cinayət siyasətlərinin qəbul edilməsi ilə nəticələnməlidir.
15. Beynəlxalq əməkdaşlığın keçən onilliklərdə davamlı olaraq təkmilləşmiş olmasına baxmayaraq, bəzən digər dövlətlərin tələblərinə cavab verilməsində gecikmələr baş verir ki, bu da əsaslanmamış görünə bilir. Buna görə də, dövlətlər cinayət hallarında dərhal qarşılıqlı inama əsaslanan transmilli əməkdaşlığa can atmağa davam etməlidir.
2. Resurslar
16. Üzv dövlətlərdə maddi və digər vəsaitlərin əlçatanlığı prokurorların işinin keyfiyyətinə və səmərəliliyinə birbaşa təsir edir. Bu mənada, APMŞ adekvat insan və texniki resurslar, düzgün və ardıcıl təlim, eləcə də prokurorların missiyasının əhəmiyyəti ilə mütənasib olmalı olan, onlar üçün təmin olunan ictimai təhlükəsizlik paketlərinin əhatə dairəsinə təminat verilməsinə olan ehtiyacı xüsusilə vurğulayır. Bundan başqa, üzv dövlətlərdə vəziyyət idarəetmə ilə əlaqədar əksər sahələrdə prokurorluğun müəyyən avtonomluq səviyyəsinin (xüsusən də, büdcə ilə əlaqədar) səmərəlilliyi artıra biləcəyini göstərir.
17. Bu səbəbdən, bütün müvafiq məsələləri nəzərə ala və yoxlaya bilmək üçün prokurorlar adekvat insan, maddi və material resurslara malik olmalıdır. İxtisaslı heyətin köməyi, adekvat müasir texniki avadanlıq və digər resurslar prokurorları hədsiz gərginlikdən azad edə, beləliklə də onların işinin keyfiyyəti və səmərəliliyini yaxşılaşdıra bilər.
3. İctimaiyyətin təsiri
18. Prokurorlar cəmiyyətin bütün müvafiq iştirakçılarından tez etibarlı və hərtərəfli məlumat əldə edə bilməlidir. Buna görə də, ədliyyə sistemi daxilində və ondan kənarda digər iştirakçılarla (məs. polis və digər dövlət orqanları, hüquqşünaslar, QHT-lər) münasibətlər prokurorların müvafiq məlumatın milli və beynəlxalq səviyyədə səmərəli mübadiləsinə əsaslanan yaxşı əsaslı qərarları tez vermək imkanında həyati əhəmiyyətli rol oynayır. Bu məqsədlə, prokurorların ortaya qoyulan maraqlara mütənasib şəkildə keyfiyyətli qərarlar vermək üçün lazım olan məlumatı toplamağa icazə verən rabitəli və kifayət qədər hüquqi normalar və prosedurlara ehtiyacı var.
19. Üzv dövlətlər APMŞ-da müəyyən olunan hüquqlarla eyni sırada, media tərəfindən artan tələblərə cavab verməklə və beləliklə daha şəffaf işləməklə prokurorluqda ictimai etibarın gücləndirilməsinə kömək edə biləcək tədbirlər görməlidir.
20. Cinayət işlərində həssas məlumatların mediaya sızması yalnız istintaqın səmərəliliyini azaltmır və qurbanların hüquqlarını pozmur, həm də məsumluq ehtimalı və “damğalanmamaq” hüququ üçün risk yarada bilər. Bunun qarşısını almaq üçün səlahiyyətsiz şəxslərin həssas məlumata çıxışı qadağan edilməlidir. İstintaqlar haqqında yanlış və ya qərəzli xəbərlər ictimai etibarı sarsıda, prokurorluq və ya məhkəmələrin müstəqilliyi, qərəzsizliyi və bütövlüyü ilə bağlı şübhələr yarada bilər. Buna görə də, yanlış və qərəzli xəbərlərin nəşrindən yayınmağa, yaxud onların mənfi təsirlərini minimuma endirməyə kömək etmək üçün prokurorluq və media arasında düzgün əlaqə yaradılmalıdır.
21. Hər kəs prokuror tərəfindən görülən tədbirdən şikayət etmək və ya apelyasiyaya müraciət etmək hüququna malik olmalıdır. Prokurorun qərarlarının keyfiyyəti və hesabatlılığını artırmaq üçün səmərəli və qərəzsiz şikayət mexanizmi yaradılmalı, şikayətlərin əsasları və nəticələri yalnız ədalətli məhkəmə işi baxımından deyil, həmçinin prokurorların nöqsanlarının azaldılması və səhvlərinin qarşısının alınması vasitəsi ilə onların işinin keyfiyyətini təbliğ etmək üçün təhlil edilməlidir.
4. Əsaslandırılmamış xarici təsir
22. Prokurorlar öz funksiyalarını hər hansı tərəfdən və ya hər hansı səbəbdən birbaşa və ya dolayı yolla əsaslandırılmamış xarici təsirlər, təşviqlər, təzyiqlər, hədələr və ya müdaxilələrdən azad şəkildə yerinə yetirməlidir.
B. Daxili mühit
1. Strateji baxış
23. Prokurorların işinin keyfiyyəti və səmərəliliyi də daxili amillər tərəfindən əhəmiyyətli təsirə məruz qalır. Prokurorluğun idarə olunması strateji liderliyi təmin etməlidir. Peşəkar məqsədlər, insan və maddi resursların idarə edilməsi də daxil olmaqla, strateji plan prokurorların işini istiqamətləndirməlidir. Bu, insan resursları və işlərin adekvat şəkildə idarə olunması, eləcə də bu məqsədlə hədəfə alınmış fəaliyyətlər vasitəsi ilə keyfiyyətin və səmərəliliyin yaxşılaşdırılması üçün daxili tədbirləri təmin edə bilər.
2. İnsan resurslarının idarə olunması: prokurorların seçilməsi, işə götürülməsi, həvəsləndirilməsi və təlimləndirilməsi
24. Keyfiyyəti təbliğ etmək üçün prokurorların seçilməsi, işə götürülməsi, həvəsləndirilməsi və yerinin dəyişdirilməsinin qanunda və ya daxili təlimatlarda yazılı şəkildə müəyyən olunmuş aydın və əvvəldən bilinən meyarlara əsaslanması mütləqdir.
25. Məhkəmə qərarlarının və ya digər fəaliyyətlərin keyfiyyəti digər amillər arasında cəlb olunmuş prokurorların daimi təlimləndirilməsindən alıdır. APMŞ bu fikirdədir ki, prokurorluqların və/və ya digər səlahiyyətli müəssisələrin rəhbərləri (məs. məhkəmə tədris müəssisələri) öz müəssisələrinin daxilində, öz-özünə təhsil almaq da daxil olmaqla, prokurorların işinin keyfiyyətinin və səmərəliliyinin artırılasını təmin edən fəal təlim siyasətinə görə məsuliyyət daşıyır.
26. Prokurorlar peşəkar bacarıqlarını qoruyub saxlamaq və təkmilləşdirmək üçün karyeralarının hər mərhələsində davamlı təlim proqramı keçməlidir. Belə təlim eyni zamanda informasiya texnologiyaları, kommunikasiya, eləcə də ümumilikdə idarəetmə məsələləri və ayrılıqda işin idarə edilməsini əhatə etməli və prokurorluğun hər bir dərəcəsi üçün əlçatan olmalıdır. Daim dəyişən çağırışlarla (aşağıda təfsilatlı şəkildə təsvir olunduğu kimi, terrorizm kimi) üzləşmək üçün lazı olan peşəkar bacarıqları təkmilləşdirmək üçün xüsusi mövzulara dərindən toxunulmalıdır (eyni zamanda, faydalı olduğu təqdirdə, digər müəssisələrlə ümumi təlimi təmin etməklə).
27. Müxtəlif əvvəlki Rəylərdə, APMŞ, prokurorların xüsusi olaraq müntəzəm təlim sessiyaları, peşəkar tədbirlər və konfranslar vasitəsi ilə ixtisaslaşmasının təşviqinin əhəmiyyətini vurğulayıb. Belə iştirak vasitəsi ilə daha qabaqcıl biliklərin əldə olunası və digər ixtisasların əldə edilməsi prokurorlar üçün həvəsləndirmə, tərəqqi və ya daha yaxşı ödənişlərə səbəb ola bilər.
28. Zamanın idarə olunması, adekvat metodologiya və ya ədliyyə idarəetmə sisteminin digər fəalları ilə artmış əməkdaşlıq kimi məsələlər üzrə prinsiplər və təlimatlar gündəlik işə şərait yaratmaq və beləliklə prokurorların işinin keyfiyyəti və səmərəliliyini artırmaq məqsədi daşımalıdır.
29. Həm peşəkar, həm də şəxsi bütünlük, yaxşı davranış standartları və onların mövcud olduğu üzv dövlətlərdə prokurorlar üçün etik davranış üzrə hüquqi təminatlar və ya məcəllələr onların müntəzəm təliminin bir hissəsi olmalıdır.
3. Prokurorluqların idarə olunması
a. Prokurorluqların işinin təşkili: öhdəliklər, inzibati bölgülər, səlahiyyətlərin bölüşdürülməsi və s.
30. Prokurorların işinin səmərəliliyi və keyfiyyəti ümumiyyətlə aktual cinayət və ya sosial vəziyyətin yurisdiksiyası sahəsində onlara əsasən insan və maddi resursları aydın və adekvat şəkildə idarə etmək üçün təşkilati struktur, məsuliyyətlər və səlahiyyətlər müəyyən etməyə çağırır. Digər tərəfdən, yeni cinayətkarlıq, sosioloji, iqtisadi və beynəlxalq çağırışlarla üzləşdiyi zaman, prokurorluqların strukturu və iş mexanizmləri adekvat, yetərli, sürətli və hüquqi şəkildə cavab vermək üçün kifayət qədər çevik olmalıdır.
31. Xüsusilə də, müvafiq hallarda prokurorluqlar çərçivəsində ixtisaslaşmış vahidlərin yaradılması (məs. terrorizm, narkotik vasitələrin dövriyyəsi, iqtisadi cinayətlərlə, o cümlədən ətraf mühitin mühafizəsi ilə məşğul olan və beynəlxalq əməkdaşlıq sahəsində çalışan prokurorlar) nəzərə alınmalıdır.
32. Bundan başqa, prokurorluqlar prokurorların işinin keyfiyyəti və səmərəliliyinin artırılması baxımından düzgün analitik və metodoloji işi təşkil etməlidir.
33. Üzv dövlətlərdə müəyyən növ cinayətlərlə məşğul olmaq üçün ən yaxşı təcrübələrin yayılması, eləcə də işlərin düzgün paylanması və tək işlərin idarə olunması da daxil olmaqla, informasiya texnologiyasının səmərəli istifadəsi səmərəliliyi artıra və daha yaxşı keyfiyyəti təmin edə bilər. Prokurorluqların və/və ya digər səlahiyyətli müəssisələrin rəhbərləri belə idarəetmə alətlərindən istifadənin təşviqi və ofisləri daxilində ən yaxşı təcrübə biliklərinin paylaşılmasına görə xüsusilə məsuliyyət daşımalıdır.
b. Etik qaydalar
34. Əksər üzv dövlətlərdə keyfiyyəti və səmərəliliyi artırmaq üçün prokurorluqlar orta-müddət və uzun-müddət üzrə prokurorların və digər işçilərin bütövlüyünü qiymətləndirir. Bu, müxtəlif yollarla edilir. Bəzi sistemlər hüquqi və ya ümumi standartlar müəyyən edib, digərləri etik davranış məcəllələri qəbul edib. Digərləri də hələ də yeni təyin olunmuş prokurorların andını alır. Onlar şəxsi və peşəkar keyfiyyətlər, qərəzsizlik və ədalətlilik, bütövlük və etik qüsursuzluq öhdəliyi daşıyır. APMŞ daha əvvəl tövsiyə edib ki, “beynəlxalq standartlara əsaslanan peşə etik davranış məcəllələri qəbul edilməli və ictimailəş irilməlidir”, vurğulayıb ki, “prokurorlar həmişə qərəzsiz və obyektiv davranaraq, ən yüksək etik və peşəkar standartlara sadiq qalmalıdır”.
35. Etik davranış məcəlləsinin əsas məqsədi prokurorların düzgün və müstəqil işi üçün lazım olduğu bilinən standartları təşviq etmək olardı. Prokurorluqlar etik davranış məcəllələrini qəbul etməli olduğu təqdirdə, onlar, yuxarıda qeyd edildiyi kimi, Avropa Şurasının Nazirlər Kabinetinin cinayət ədliyyə sistemində dövlət ittihamının rolu haqqında Rec(2000)19 saylı Tövsiyəsi (budan sonra Rec(2000)19), 2005-ci il 31 may tarixli CPGE-nin prokurorlar üçün etik davranış haqqında Avropa Təlimatları (Budapeşt təlimatları), yuxarıda qeyd edilən prokurorlarla bağlı Avropa normaları və prinsipləri haqqında 9(2014) saylı APMŞ Rəyi (Roma Xartiyası) və digər müvafiq beynəlxalq sənədlərdə müəyyən olunduğu kimi, qəbul edilmiş ümumi beynəlxalq standartlara əsaslanmalıdır.
c. Prokurorluqların işinin qiymətləndirilməsi (kəmiyyət və keyfiyyət üzrə)
36. Üzv dövlətlərin böyük əksəriyyətində iş yükünün kəmiyyətini, prokurorluğun fəaliyyətini və yurisdiksiya sahəsində cinayətkarlığın vəziyyətini ölçmək üçün əlçatan statistika mövcuddur. Üzv dövlətlərin çoxunda prokurorluqların keyfiyyəti və səmərəliliyini artırmaq üçün prokurorların qiymətləndirilməsindən istifadə olunur.
37. Prokurorluqlar ilk növbədə prokurorları yüksək səviyyəli peşəkar işə səy göstərməyə motivasiya etmək üçün göstəriciləri və izləmə mexanizmlərini şəffaf şəkildə müəyyən etməlidir. Prokurorluqlar daxilində daxili izləmə ardıcıl, mütənasib olmalı və qanunun aliliyinə əsaslanmalıdır.
38. APMŞ hesab edir ki, belə kəmiyyət göstəriciləri həm ofisin fəaliyyəti, həm də fərdi prokurorun işində səmərəliliyi qiymətləndirmək üçün yeganə müvafiq meyar olmalıdır. Eyni şəkildə, Avropa Hakimlərinin Məşvərət Şurası (AHMŞ) tərəfində qeyd olunub ki, ədalətin “bu keyfiyyəti” ədliyyə sisteminin həqiqi “məhsuldarlığı”na sinonim kimi başa düşülməməlidir.
39. Buna görədir ki, düzgün və hərtərəfli istintaq kimi keyfiyyət göstəriciləri (prokurorun səlahiyyətində olduğu təqdirdə), dəlilin müvafiq istifadəsi, ittihamın dəqiq konstruksiyası, məhkəmədə peşəkar davranış və s. də kəmiyyət xarakterli göstəriciləri tamamlamağın bir yolu kimi nəzərə alınmalıdır. Sürətli təqibin arzu olunan olması AHMŞ-in 6-cı maddəsinin təmin etdiyi təhlükəsizlik tədbirlərini də nəzərə almalıdır.
40. Bu səbəbdən, hüquq sistemləri real və yekun məqsəd olaraq, hüquq sistemləri AHMŞ və digər beynəlxalq sənədlərə əsaslanan, xüsusi ədalət prinsiplərinə hörmət edən prokurorların işinin kəmiyyət və keyfiyyət göstəricilərini qiymətləndirməyə qabil qiymətləndirmə sistemini təmin etməlidir.
41. Terrorizm, ağır və mütəşəkkil cinayətkarlığın xüsusi xarakteri yuxarıda qeyd olunan yanaşmanı izləməyi və hörmət etməyi daha da gərəkli edir. Həmin işlərdə prokurorların yol verdiyi mühüm insan haqları məhdudiyyətləri riski səbəbinə görə xüsusi istintaq texnikaları istifadə olunan zaman cinayət işlərinin istintaqı zamanı onların rolu haqqında APMŞ-nin 10(2015) saylı Rəyindən irəli gələn təhlükəsizlik tədbirlərinin nəzərə alınması da mühüm olacaq.
d. Fərdi prokurorların işinin qiymətləndirilməsi (kəmiyyət və keyfiyyət üzrə)
42. Prokurorların və onların işinin qiymətləndirilməsi artan keyfiyyət, səmərəlilik və peşəkarlıq tələblərinə qarşı durmaq üçün lazım olan bacarıqları təkmilləşdirmək məqsədi ilə faydalı strateji alət ola bilər. Fərdi qiymətləndirmələr həmçinin prokurorlar üçün bütün səviyyələrdə ən müvafiq təlimi inkişaf etdirmək üçün mühüm girişi (yaxınlaşmanı) təmin edə bilər.
43. APMŞ üzvləri tərəfindən sorğulara cavablar göstərir ki, istifadə olunan iki növ qiymətləndirmə var: rəsmi və qeyri-rəsmi. Rəsmi qiymətləndirmə sabit zaman çərçivəsində aparılır (məs. hər 3 və ya 5 ildən bir). Bu, xüsusi prosedurla idarə olunur və qiymətləndiriləcək xüsusi bacarıqlar üzərində diqqəti cəmləyir. Bəzən o, digər həmkarlarla müqayisəyə və daha sürətli həvəsləndirməyə icazə verən reytinq sisteminə birləşdirilir. Onun nəticələri qiymətləndirilən prokuror tərəfindən qəbul edilmədiyi zaman məhkəmə baxışına açıq olur. Qeyri-rəsmi qiymətləndirmə az-çox prokurorun işinin keyfiyyəti və səmərəliliyini yaxşılaşdırmağın yolları haqqında və ya daha strateji şəkildə, məsələn, prokurorların vəzifələrini yerinə yetirmək üçün bacarıqlarının olub-olmaması haqqında məlumat toplamaq (məs. anlaşılan ittiham hazırlamaq, komanda işi qabiliyyəti, standartların pozulmasından qaçmaq və s.) və vermək üçün müzakirədir. Prokurorların işinin qiymətləndirilməsinin hər iki növünün məqsədi bacarıqların və iş qabiliyyətinin inkişafını yoxlamaq, eləcə də həvəsləndirmələri və bəzi ölkələrdə stimullar və mükafatları nəzərdən keçirmək, yaxud ümumiyyətlə potensial intizam tədbirlərindən yayınmaqla, pozulmanın və səhv davranışın qarşısını almaq olmalıdır.
44. APMŞ tövsiyə edir ki, prokurorların işinin qiymətləndirilməsi şəffaf və əvvəldən bilinən olmalı, həm maddi, həm də prosessual qaydalarla bağlı aydın və daha əvvəl nəşr olunmuş meyarlara əsaslanmalıdır.
45. Şəffaf və əvvəldən bilinən qiymətləndirmə qiymətləndirilən prokuror üçün qiymətləndirmənin nəticələrini müzakirə etmək və ya müvafiq hallarda rəis və ya fərqli olduğu təqdirdə məsuliyyət daşıyan şəxs tərəfindən aparılan özünü-qiymətləndirmənin nəticələrini müqayisə etmək deməkdir. Qiymətləndirmənin nəticələri qiymətləndirilən prokurorun şəxsi bütünlüyü və şərəfinə xələl verəcək şəkildə nəşr olunmamalıdır.
46. Qiymətləndirmə prokurorluğun daxilində eyni səviyyədə bərabər meyar əsasında aparılmalıdır. Prokurorluğun ümumi işinin ölçülməsi halında olduğu kimi, APMŞ hesab edir ki, prokurorun işinin keyfiyyətinin müəyyənləşdirilməsi açılmış və bağlanmış məhkəmə işlərinin sayı, qərarların və nəticələrin növləri, məhkəmə işlərinin gedişatının müddəti, məhkəmə işinin idarə edilməsi bacarıqları, şifahi və yazılı şəkildə aydın mübahisə aparmaq qabiliyyəti, müasir texnologiyalara açıqlıq, müxtəlif dil bilgisi, təşkilatçılıq bacarıqları, prokurorluq daxilində və kənarda digər şəxslərlə əməkdaşlıq etmək qabiliyyəti kimi həm kəmiyyət, həm də keyfiyyət elementlərini əhatə etməlidir.
4. Məhkəmə işlərinin idarə olunması
47. Prokuror tərəfindən yüksək keyfiyyətli qərar və ya digər fəaliyyət həm əlçatan materialı, həm də qanunu əks etdirən, ədalətli, sürətli, mütənasib, aydın və obyektiv şəkildə veriləndir. Bu baxımdan, prokurorun hərəkətlərinin AHMŞ və digər müvafiq beynəlxalq sənədlərə əsasən, qurbanların, onların ailələrinin və şahidlərin hüquqlarına hörmət etməli, müttəhimlərin hüquqları, eləcə də cinayətlərin təqibi zamanı dövlətin marağı ilə balanslaşdırılmalıdır. Bu səbəblə, prokurorlar işlərini prinsiplərə əsasən həyata keçirməyə çalışmalıdır. APMŞ-nin fikrincə, prokurorluqlar prokurorların səlahiyyətləri və vəzifələrinin müxtəlif sahələrində məhkəmə işinin idarə olunması üzrə yaxşı təcrübələri müəyyən etməklə prokurorların işini dəstəkləməlidir. Prokurorların qərarları aşağıdakı elementləri əks etdirməlidir.
a. Obyektivlik və qərəzsizlik
48. Prokurorlar öz funksiyalarını yerinə yetirməkdə müstəqil qalmalı və onları həmişə qanunun aliliyinin, cinayətkarlıq ədliyyə sisteminin bütünlüyü və ədalətli məhkəmə təhqiqatı hüququnu təmin etmək üçün tətbiq etməlidir. Prokurorlar ən yüksək etik və peşəkar standartlara sadiq qalmalı, öz vəzifələrini ədalətlə yerinə yetirməli, həmişə qərəzsiz və obyektiv davranmalıdır.
49. Prokurorlar qanun qarşısında, gender, irq, rəng, milli və sosial mənşə, siyasi və dini inanc, mülkiyyət, sosial status və seksual oriyentasiya əsasları daxil olmaqla, fərdlərin istənilən növ bərabərliyini təmin etməlidir.
b. Hərtərəflilik
50. Prokurorlar tərəfindən verilən bütün qərarlar və fəaliyyətlər onlar tərəfindən diqqətlə nəzərdən keçirilməlidir. Onlar həm günah, həm də məsumluqla bağlı dəlil axtarmalı, ittiham olunan və ya şübhəli bilinən şəxslərin xeyrinə dəlilə aparanlar da daxil olmaqla, sorğunun müvafiq xətlərinin hamısının aparılmasına təminat verməlidir. Beləliklə, onlar istintaq tərəfindən çatdırılan dəlilin aydın və hərtərəfli olub-olmadığını nəzərə almalıdır. Bununla belə, bunlar müstəntiqdən resursların qeyri-mütənasib öhdəliyi ilə məşğul olmağı tələb etmir, məhkəmə işinin hər birinin faktları üzrə əsaslandırılmış və realistik şəkildə izah olunmalıdır. Bu, müdafiə vəkillərinin münasib hesab etdiyi dəlil axtarmaq öhdəliyini azaltmır.
51. Prokurorlar yalnız etibarlı və məqbul olduğuna əsaslı şəkildə inanılan əsaslandırılmış dəlil əsasında tədqiqat aparılmalı, insan haqlarının ciddi şəkildə pozulmasını əhatə edən dəlildən istifadə etməkdən imtina etməlidir.
c. Əsaslandırma
52. Aydın şəkildə əsaslandırma və təhlil prokurorların işinin əsas tələbləridir. Onlar müvafiq dəlillərin hamısını tam şəkildə nəzərə almalı, istintaq və tərəflər tərəfindən aşkarlanan faktiki və digər məsələləri yoxlamalıdır. Prokurorlar tərəfindən verilən bütün qərarlar və ya hərəkətlər belə müvafiq dəlili əks etdirməli, qanuna və predmet üzrə mövcud ola biləcək təlimatlara əsaslanmalıdır. Prokurorların qərarları və hərəkətləri ardıcıl, aydın, birmənalı və ziddiyyətsiz şəkildə əsaslandırılmalıdır.
d. Aydınlıq
53. Bütün müəssisələr və ya direktivlər, eləcə də prokurorlar tərəfindən verilən rəsmi aktlar ünvanlandığı şəxslər tərəfindən aydın şəkildə başa düşülməlidir. Yazılı şəkildə olduğu təqdirdə, belə təlimatlar və direktivlər çox aydın dildə tərtib olunmalıdır. Bundan başqa, prokurorlar yazılı təlimatların və direktivlərin formatına xüsusi diqqət yetirməlidir ki, onlar asanlıqla müəyyən oluna bilsin.
e. Məlumat mübadiləsi və əməkdaşlıq
54. Müxtəlif prokurorluqlar arasında, eləcə də eyni ofisdə işləyən prokurorlar arasında, eləcə də prokurorlar və hüquq mühafizə orqanları/müstəntiqlər arasında əməkdaşlıq həm milli, həm də beynəlxalq səviyyələrdə prokurorluqların səmərəliliyi üçün əhəmiyyətlidir. Prokurorların ixtisaslaşmasının artırılması belə əməkdaşlığın səmərəliliyini yaxşılaşdıra bilər.
55. Prokurorların istintaq funksiyası olduğu təqdirdə, onlar öz aralarında, eləcə də özləri və hüquq mühafizə orqanları/müstəntiqlər arasında lazımlı şəkildə səmərəli məlumat mübadiləsinə təminat verməyə çalışmalıdır. Bu, bir-biri ilə əlaqəli məhkəmə işlərində işin təkrarlanmasından yayınmağa, eləcə də müxtəlif prokurorların və hüquq mühafizə orqanlarının səylərinin tamamlanmasına kömək etməlidir.
56. Prokurorlar belə istintaq funksiyasına malik olmadığı təqdirdə, onlar, müvafiq şəkildə, istintaqlar zamanı müvafiq istintaq orqanları ilə, xüsusilə də müvafiq məsləhət və/və ya təlimatın təmin edilməsində əməkdaşlıq etməlidir.
57. Belə əməkdaşlıq həmin müvafiq dəlillərin prokurora və müvafiq şəkildə müdafiə üçün əlçatan edilməsinə təminat verilməsi baxımından istintaqın sonuna qədər davam etməlidir.
58.
III. TERRORZİM, AĞIR VƏ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA MÜBARİZƏ SAHƏSİNDƏ KEYFİYYƏT VƏ SƏMƏRƏLİLİKLƏ BAĞLI ƏSAS AKTUAL MƏSƏLƏLƏR |
A. Giriş
59. Avropa Şurasına üzv dövlətlərin əksəriyyəti müşahidə edib ki, ağır və mütəşəkkil cinayətlər daha mürəkkəb və beynəlxalq şəkil alıb. Terrorizm bir çox ölkələrə ağır şəkildə zərər vurub və hazırda prokurorluqların işində əsas üstünlük verilən məsələdir. Qeyri-qanuni miqrasiya bu sahədə terrorizm, mütəşəkkil cinayətkarlıq və insan alveri sahələrində bu məzmunda yeni tapşırıqlar qarşıya qoyur.
60. Prokurorlar məhkəmələrdə bu ağır cinayət təqibinin davam etdirilməsində ilk sıralardadır, buna görə də ictimai təhlükəsizliyin mühafizəsi və qanunun aliliyinin qorunmasında xüsusi rol oynayır.
B. Terrorizm, ağır və mütəşəkkil cinayətkarlıqla milli səviyyədə mübarizənin aparılması
1. Terrorizm, ağır və mütəşəkkil cinayətkarlıqla mübarizə strategiyası
61. Terrorizmin beynəlxalq sülh və təhlükəsizliyə səbəb olduğu təhlükələrlə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 1566 (2004) saylı Qətnaməsinə əsasən APMŞ “terror aktlarını və ya ağır və mütəşəkkil cinayətkarlığın maliyyələşdirilməsi, planlaşdırılması, hazırlanması və ya sifariş verilməsini dəstəkləyən, imkan yaradan, iştirak edən və ya cəhd göstərən istənilən şəxsi qaytarmaq və ya təqib etmək prinsipinə əsasən məsuliyyətə cəlb etməyi” prokurorların əsas vəzifəsi hesab edir. Bu vəzifəni keyfiyyətli və səmərəli şəkildə yerinə yetirmək üçün prokurorlar kifayət hüquqi çərçivə daxilində hərəkət etməli, bu sahədə milli və beynəlxalq səviyyədə bütün müvafiq maraqlı tərəflərlə əməkdaşlıq etməli, kifayət qədər insan və maddi resurslara malik olmalıdır. Yeni terror riskləri (ağır və mütəşəkkil cinayətkarlıq tərəfindən maliyyələşmə, internet vasitəsi ilə mübarizə aparanların təbliği, işə götürülməsi və təlimləndirilməsi) yeni cavablar, yeni istintaq üsulları, təqib texnikaları və tədbirləri tələb edir ki, prokurorlar cəmiyyətin artan tələblərinə əsasən səmərəli və keyfiyyətli şəkildə hərəkət edə bilsin.
62. APMŞ hesab edir ki, terrorizm, ağır və mütəşəkkil cinayətkarlıq hallarının tədqiqi və təqibində prokurorların öz öhdəliklərini yerinə yetirmək azadlığına və qərəzsizliyinə xüsusilə təminat verilməlidir.
2. Cinayətkarlığın bu növləri üçün hüquqi çərçivə müəyyən edilməli, prokurorlar üçün təşkilati və maliyyə resursları təmin edilməlidir
63. Pulların yuyulması da daxil olmaqla, terrorizmlə, ağır və mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və onların maliyyələşməsi ilə mübarizə üçün qeyri-adekvat qanunverici və müəssisəvi çərçivə terrorçulara, ağır və mütəşəkkil cinayətkarlıq sahəsində cinayətkarlar və onlara dəstək verənlərə ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərməyə, öz pullarını cinayətkarlıq fəaliyyətini həyata keçirmək və genişləndirmək üçün istifadə etməyə icazə verir. Səmərəli olmaq üçün prokurorlar terrorçuların təbliği və işə götürülməsi və s. də daxil olmaqla, terror aktları, ağır və mütəşəkkil cinayətkarlığa birbaşa və ya dolayı dəstəyi təşkil edən istənilən fəaliyyəti aydın şəkildə kriminallaşdıran qanunvericilikdən asılıdır. Bu, prokurorlara, cinayətkarlığın ağır formaları üçün müəyyən olunmuş hüquqi sənədlərin tətbiqi ilə, terrorizm, ağır və mütəşəkkil cinayətkarlıqla mübarizədə fəaliyyət sahələrini genişləndirməyə icazə verər.
64. Terrorizmə qarşı mübarizə, xüsusilə də potensial terrorçuların işə götürülməsi, təşkilata qəbulu, terrorun təbliği və məlumatların terror məqsədləri ilə paylaşılması, terror aktlarının təlimi və hazırlanması, terror məqsədləri üçün nəqliyyat, erkən mərhələdə terrorizm, ağır və mütəşəkkil cinayətkarlıq haqqında daxili məlumatın əldə edilməsinə ehtiyacı tələb edir. Bununla belə, əsas hüquq və azadlıqların qeyri-mütənasib məhdudiyyətindən qaçılmalıdır. Eyni səbəblə, xüsusilə də məhkəmə tədqiqatından əvvəl önləyici tədbirlər görülməli olan zaman və beləliklə, cinayətkarlıq prosedurunun müntəzəm qanunun predmeti olduğu təqdirdə, qanunların mütənasib tətbiqinə aydın məhdudiyyətlər və meyarlar yaradılmalıdır.
3. İstintaq texnikaları, müasir informasiya texnologiyaları da daxil olmaqla, xüsusi alətlər və vasitələrdən istifadə
65. Üzv dövlətlərin əksəriyyətində elektron müşahidə və gizli əməliyyatlar kimi xüsusi istintaq texnikalarının terrorizmlə, eləcə də ağır və mütəşəkkil cinayətkarlıqla mübarizədə səmərəli alətlər olduğu göstərilib. Bu alətlər ən azından prokurorların istintaq gücünə malik olduğu yurisdiksiyalarda prokurorluqlar üçün əlçatan edilməkdədir. Onlar yalnız şübhəlilərin deyil, həmçinin tədqiq olunan müvafiq cinayətkarlıq vəziyyətinə cəlb olunmamış digər şəxslərin də məxfilik hüququnu pozduğu üçün bu tədbirlərin istifadəsi məhkəmə işinin istənilən mərhələsində prokurorlar tərəfindən hərtərəfli və daimi nəzərə alınmalıdır ki, istintaqın nəticəsi məhkəmələr və geniş ictimaiyyət tərəfindən qəbul edilsin.
66. Özəl müəssisələr və rabitə şirkətləri tərəfindən daşınma və yerləşmənin müvafiq və mütənasib dərəcədə yubadılması və qorunmasına təminat verilməli, bu zaman milli və beynəlxalq yurisdiksiyaya, eləcə də APMŞ və 1981-ci il Şəxsi Məlumatların Avtomatik Emalı ilə bağlı Fərdlərin Qorunması haqqında Avropa Şurasının Konvensiyasına hörmət edilməlidir.
67. Sorğunun cavabları göstərir ki, üzv dövlətlərin hamısı terrorizm, eləcə də ağır və mütəşəkkil cinayətkarlıqda məhkəmə qərarlarının keyfiyyətini və səmərəliliyini artırmaq üçün təşkilati addımlar atıb. Bəziləri prokurorluqlar daxilində ixtisaslaşmış vahidlərə malikdir, bəziləri isə bu öhdəliyi bütün ölkənin bir idarəsinə ötürüb. APMŞ bu cinayətkarlıq hallarının xüsusi vahidlərində istintaq və məhkəmə təqibi üzərində diqqəti cəmləməyin arzu olunan olduğunu hesab edir. Bu, yalnız xüsusi istintaq texnikalarının istifadəsində deyil, həm də bu sahədəki digər maraqlı tərəflərlə ünsiyyətin inkişaf etdirilməsində gərəkli peşəkarlığa təmin edə bilər. Bu, həmçinin iştirak edən prokurorların xüsusi təlimləndirilməsini təmin etməli, onların əlçatan əksər müasir texnikaları, hüquqi və təşkilati vasitələri əldə etməsinə imkan verməlidir. Birbaşa prokurorluq orqanlarına tabe olan və onların ixtiyarında olan ixtisaslaşmış polis vahidləri və ya mütəxəssislər müvafiq hallarda terrorizm, ağır və mütəşəkkil cinayətkarlıqla mübarizə aparan istintaqların keyfiyyətini və səmərəliliyini artıra bilər. Belə təşkilati çərçivə daha sonra prokurorlara öz öhdəliklərini tam müstəqil və qərəzsiz şəkildə, şübhəlilərin insan haqlarına gərəkli hörmətlə və qurbanların, şahidlərin və cinayət proseslərinə cəlb olunmuş digər şəxslərin gərəkli mühafizəsini təmin etməklə, icra etməyinə kömək edəcək.
4. Məhkəmə işinin idarə olunması
68. Ağır cinayətin bir və ya daha artıq fərd tərəfindən, yaxud şəxsiyyəti müəyyən olunmamış şəxs və ya fərdlər qrupu tərəfindən törədilmiş və ya hazırlanmış olmasına və ya hazırlanmasına inanmaq üçün qənaətbəxş səbəb olan zaman məhkəmə işinin düzgün idarə olunması metodologiyası lazımlı məhkəmə nəzarətinin predmeti olan yalnız intruziv xüsusi istintaq texnikalarının istifadə olunmasına təminat verə bilər.
69. APMŞ vurğulayır ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) məhkəmə işlərinə əsasən, xüsusi istintaq texnikaları yalnız proporsionallıq prinsiplinə hörmət etməklə istifadə olunmalıdır və onlar minimum məxfilik, bütövlük və əlçatanlıq tələblərinə cavab verməlidir.
70. Cinayətkarlıqla bağlı işlərin gedişatında fərdlərin hüquqlarının məhdudlaşdırılması üçün terrorizm, ağır və mütəşəkkil cinayətkarlıq haqqında hüquq təmin edilən hallarda, belə məhdudiyyəti tətbiq etməyə qərar verən prokurorlar həmişə mütənasiblik öhdəliyi ilə bağlı əsaslandırılıb-əsaslandırılmamasını nəzərə almaqla və dəlillərin işgəncə yaxud digər qəddar, qeyri-insani və ya digər təhqiramiz rəftar vasitəsi ilə əldə edilməməsinə təminat verməli, AİHM-nin məhkəmə işlərində bu konsepsiyaların təfsirini əsas götürməlidir. Terrorizm, ağır və mütəşəkkil cinayətkarlıq cinayətlərinin ağırlığına baxmayaraq, məhkəmə işlərinin ixtisaslı və səmərəli şəkildə idarə olunması məhkəmə qərarlarının məhdudiyyətlərə hörmət olunmaqla və obyektiv, qərəzsiz və peşəkar şəkildə aparılmasına, məsumluq və müdafiə olunmaq hüququ, eləcə də cinayətkarlıq qurbanlarının hüquqlarının prezumpsiyasına hörmət etməklə alınmasına təminat verir. Prokurorlar hüquq mühafizə orqanlarının məhkəmə işlərinin gedişatı vasitəsi ilə bu əsas prinsiplərə və azadlıqlara hörməti yoxlamalıdır.
71. Qurbanlara və şahidlərə anonimliyi qoruyub saxlamağa icazə verilən təqdirdə, günahlandırılan şəxslərin hüquqları ilə düzgün balans qorunmalıdır.
72. Qurbanlar, şahidlər və prokurorlar və onların ailələri də daxil olmaqla, məhkəmə işlərinə cəlb olunmuş digər şəxslərə istiqamətdə müvafiq qorunma tətbiq olunmalıdır.
5. Təlim
73. Rec(2000)19 göstərir ki, cinayətkarlığın yeni formalarını ortaya çıxarmaqla və cinayətkarlıq məsələlərində beynəlxalq əməkdaşlığın davam etdirilməsinə əhəmiyyət verməklə, prokurorların ardıcıl təlimlər keçməsinə xüsusi diqqət yetirilməlidir. İstintaqı ən səmərəli şəkildə aparmaq üçün prokurorların terrorizm, ağır və mütəşəkkil cinayətkarlığın bütün formalarının tədqiqi və məhkəməyə çıxarılması ilə bağlı aldıqları məlumatlar daimi olaraq yenilənməli və ixtisaslaşmalıdır. Cinayətkarlığın bu sahəsinə xüsusi əhəmiyyətin olmasına gəldikdə, prokurorların təlimləndirilməsi regional, milli və beynəlxalq səviyyələrdə dəlillərin toplanması və istifadəsinə, maraqlı tərəflərin əməkdaşlıq formaları və texnikalarına, ən yaxşı təcrübələrin mübadiləsi, insan haqlarının mümkün pozulmalarının başa düşülməsi, potensial terrorçuların işə qəbulunda sosial medianın roluna və media ilə düzgün ünsiyyətə xüsusilə diqqət yetirməlidir.
74. APMŞ o fikirdədir ki, bu sahədə təlimləndirmə eyni zamanda müvafiq milli və beynəlxalq hüquqi sənədləri və AİHM-nin presedentini əhatə etməlidir.
6. Məlumatın idarə edilməsi (mübadilə, əməkdaşlıq)
75. Dəlil və ya məlumatı müvafiq vahidlərlə paylaşmaq terrorizm, ağır və mütəşəkkil cinayətkarlıqla mübarizənin ən mühüm elementləri arasındadır. Belə məlumat xüsusən də kəşfiyyat və təhlükəsizlik vahidləri, hüquqi şəxslər və müvafiq hallarda terror aktlarının bir çox hallarda hədəfi olmuş müəssisələrlə paylaşılmalıdır. Bundan başqa, gərəkli və faydalı hesab edildiyi təqdirdə, terrorçularla bağlı dəlil və məlumat birbaşa ictimaiyyətə bəyan edilməlidir.
76. İstintaqda ortaya çıxan mümkün zəifliklərdən biri polis, digər hüquq mühafizə və kəşfiyyat idarələri əldə etdikləri müvafiq məlumatı prokurorlarla düzgün vaxtda paylaşmadığı zaman yaranır. Bu problemdən qaçmaq üçün müvafiq istintaq və polis orqanları arasında birgə istintaqı təşviq etmək məsləhətli ola bilər, onlar bu fəaliyyətləri əlaqələndirməli və idarə etməlidir.
77. Daha böyük səmərəlilik əldə etmək məqsədi ilə, əməliyyatlarda əməkdaşlıqdan və müvafiq problemlərin birgə həllindən başqa prokurorların iştirakı ilə çox-intizamlı qrupların üzvləri ilə məşvərət iclasları keçirməyin səmərəli olması sübut olunub.
78. APMŞ terrorizm, ağır və mütəşəkkil cinayətkarlıq sistemlərinin maliyyələşməsinin intensiv, sistematik və ardıcıl yanaşma vasitəsi ilə tədqiq edilməsi və məhkəməyə cəlb edilməsinin səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayır. Hər şeydən əvvəl, milli məlumata əsaslanan məlumat sistemi vasitəsi ilə məlumat mübadiləsinə ehtiyac var. Bundan başqa, hüquq mühafizə orqanları və banklar, eləcə də digər özəl hüquq müəssisələri və şəxslər (sığorta şirkətləri, maklerlər, notariuslar, hüquqşünaslar, icra məmurları və s.) arasında sıx əməkdaşlıq yaratmaq mühümdür. Digər getdikcə artan tədqiqat yanaşması virtual və rəqəmsal pulları izləmək üçün internet xidməti təchizatçıları ilə əməkdaşlıqdır.
C. Terrorizm, ağır və mütəşəkkil cinayətkarlıqla beynəlxalq səviyyədə mübarizə
79. Prokurorlar arasındakı beynəlxalq əməkdaşlıq trans-sərhəd cinayətlərin, xüsusən də terrorizm də daxil olmaqla, ağır, ciddi və mütəşəkkil cinayətkarlığın sayının artmasına görə həyati əhəmiyyətli alətdir. Qloballaşma və müasir kommunikasiya vasitələrinin şərait yaratdığı cinayətkar qruplar və fərdlər arasında əlaqələrin beynəlxalq miqyası o deməkdir ki, həmin cinayətlərin təftişi və izlənməsinə, eləcə də onların qarşısının alınmasına yalnız milli fokuslanma kifayət deyil.
80. APMŞ tərəfindən təsdiq olunduğu kimi, prokurorlar həmişə əməkdaşlıq etmək istəklərini nümayiş etdirməli və “beynəlxalq yardım tələblərinə yurisdiksiya çərçivəsində milli səviyyədə olan işlərinə yanaşdıqları eyni səylə yanaşmalı, əsl və səmərəli beynəlxalq hüquqi əməkdaşlığı təbliğ etmək və saxlamaq üçün təlimlər də daxil olmaqla, gərəkli alətlər onların ixtiyarında olmalıdır.”
81. Bu tələblərin yerinə yetirilməsi terrorizm, eləcə də ağır və mütəşəkkil cinayətin törətdiyi hücumlar və problemlərin səviyyəsini nəzərə almaqla bu gün xüsusilə aktualdır. Səmərəli beynəlxalq əməkdaşlıq yalnız həmin cinayətlərin qarşısını almaq üçün deyil, eyni zamanda onları törədən cinayətkarları təftiş etmək, məhkəməyə cəlb etmək, sübut etmək və qanuni şəkildə cəzalandırmaq, cinayət mühakimələrini müsadirə etmək və bərpa etmək üçün qaçılmazdır. Bu məqsədlər cinayətkar qrupların və fərdlərin maliyyələşməsini, onların logistik və əməliyyat bazalarını, saxta sənədlərin, silahların və partlayıcı maddələrin təchizatını aşkar etmək və məhv etmək üçün maksimum birgə səyi nəzərdə tutur. Müasir cinayətkarlıqların böyük problemi onların müasir kommunikasiya vasitələrindən istifadə etməyindən irəli gəlir (sosial media və internet şəbəkələri də daxil olmaqla) ki, onların monitorinqi və hüquqi şəkildə qarşısının alması qlobal fəaliyyət tələb edir.
82. Milli prokurorluqlar arasında birbaşa əlaqələr yalnız hüquqi yardım tələblərinə cavab verməklə deyil, həm də paralel istintaqlardan ortaya çıxan məlumat mübadiləsini təşviq etməklə, bəzən də birgə istintaq komandaları təyin etməklə, beynəlxalq cinayət işlərinin səmərəliliyini və keyfiyyətini artırmağın səmərəli və adekvat yoludur. APMŞ üzv dövlətləri birbaşa əməkdaşlıq üçün hüquqi bazanı təkmilləşdirməyə, terrorizm və ya ağır və mütəşəkkil cinayətkarlıq kimi müəyyən cinayət növləri üzrə əsas milli məsələlərin təyin edilməsi və/və ya digər ölkələrdə qarşılıqlı əlaqəli magistratların təyin edilməsi vasitəsi ilə sürətli və elastik əməkdaşlığı təşviq etməyə həvəsləndirir.
83. Həm cinayət aktlarının hüquqi klassifikasiyası, həm də gedişatın qanuniliyi ilə bağlı milli qanunvericiliyin beynəlxalq hüquq standartları ilə uyğunlaşdırılması beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Eynisi milli qanunların mümkün sistemləşdirilməsi və uyğunlaşdırılmasına tətbiq olunur. Bunun üçün cinayətkarlıq qanununda muxtariyyəti hər bir milli cinayətkarlıq sisteminin özünəməxsusluğunun əhəmiyyətli tərkib hissəsi hesab edən milli mədəniyyətlərdən irəli gələn maneələrin öhdəsindən gəlmək üçün ciddi səy göstərilməlidir.
84. Beynəlxalq əməkdaşlığı yaxşılaşdırmaq və şərait yaratmaq üçün üç əsas aspekt nəzərə alınmalıdır: hamar və səmərəli əməkdaşlıq üçün hüquqi əsas; iştirakçı dövlətlərin hər birində beynəlxalq hüquqi vasitələrin adekvat icrası; faktiki və operativ vasitələrin yaradılması.
85. Beynəlxalq əməkdaşlığın qarşısında duran maneələr aradan qaldırılmalıdır. Sərhədin o biri tərəfində xidmət yoldaşlarını tanımamaq, eyni dildə danışmamaq, cinayətkarlığa qarşı mübarizə aparan zaman digər mədəniyyətləri anlamamaq birlikdə işləmək üçün təbii tərəddüdə səbəb olur. Bu məqsədlə, beynəlxalq əməkdaşlıq qurumları və şəbəkələri həm müəssisə, həm də qeyri-rəsmi şəkildə təyin olunub. Hüquq-mühafizə səviyyəsində Europol və İnterpol, hüquqi səviyyədə Eurojust və Avropa Ədliyyə Şəbəkəsi kimi rəsmi şəbəkə təşkilatlar hüquq sistemləri, mədəniyyətlər və dillər arasında boşluqları doldurmaqla, beynəlxalq hüquqi əməkdaşlığı inkişaf etdirməyin sürətli və səmərəli yollarıdır. Dövlətlər həmin təşkilatları hamar və uğurlu beynəlxalq yardım üçün lazım olan imkanlarla təmin etməlidir. İttiham funksiyalarının yerinə yetirilməsi ilə bağlı beynəlxalq standartların sistemləşdirilməsi və bütün dünyada olan prokurorların minlərlə əlaqə məntəqəsi vasitəsi əlaqələndirilməsinə töhfə verən Beynəlxalq Prokurorlar Assosiasiyası (məs., 2015-ci ildə yaradılmış terror aktları ilə məşğul olan prokurorlar şəbəkəsi, 2010-cu ildə kibercinayətkarlıqla məşğul olan prokurorlar şəbəkəsi) kimi daha az rəsmi təşkilatlar beynəlxalq cinayətkarlıqla mübarizədə faydalı ola bilər.
***
TÖVSİYƏLƏR
1. İctimai şəffaflıq və hesabatlılıq tələblərinə cavab vermək üçün prokurorluq prokurorların işində mümkün ən yüksək səviyyədə keyfiyyət və səmərəliliyi təmin etmək baxımından strateji hərəkət etməlidir.
2. Hər bir prokurorluq funksiyalarını hüquqi çərçivədə yerinə yetirdiyi üçün onun işinin keyfiyyəti və səmərəliliyi üçün düzgün qanunvericilik ən mühüm şərtdir.
3. Ekstradisiya, hüquqi yardım və cinayət işlərinin bərpası da daxil olmaqla, beynəlxalq əməkdaşlığı yaxşılaşdırmaq və şərait yaratmaq üçün üç əsas aspekt nəzərə alınmalıdır: müntəzəm və səmərəli əməkdaşlıq üçün hüquqi əsas; iştirakçı dövlətlərin hər birində beynəlxalq hüquqi sənədlərin adekvat icrası, praktik və operativ alətlərin yaradılması.
4. Prokurorların qərəzsizliyi insan haqlarının qorunmasının keyfiyyətini yaxşılaşdırmaq üçün mühüm tələbdir. Buna görə də, üzv dövlətlər prokurorların öz funksiyalarını maksimum müstəqil şəkildə, hər hansı bir tərəfdən və ya istənilən səbəblə gələn birbaşa və ya dolayı yersiz təsirlərdən, təşviqlərdən, təzyiqlərdən, hədələrdən və ya müdaxilələrdən azad yerinə yetirməsinə təminat verməlidir.
5. Prokurorların işinin keyfiyyəti həmçinin prokurorların və onların ailələrinin şəxsi təhlükəsizliyi üçün təmin olunan zəmanətlərdən asılıdır.
6. İstintaqlar haqqında yanlış və ya qərəzli xəbərlər ictimaiyyətin ədalətin keyfiyyətinə olan inamını sarsıda və prokurorluq sistemi və məhkəmələrin müstəqilliyi, qərəzsizliyi və bütünlüyünə şübhələr yarada bilər.
7. İctimaiyyətin gözlədiyi səmərəlilik və keyfiyyətlə fəaliyyət göstərmək üçün prokurorlar prokurorluğun çərçivəsində ixtisaslaşmış vahidlər də daxil olmaqla, apardıqları işləri nəzərə alaraq bütün müvafiq məsələlərə müvafiq diqqət yetirmək üçün adekvat insan, maliyyə və maddi resurslara malik olmalıdır. Onların ixtisaslaşmış heyət, ilkin və davamlı təlim, mərkəzləşmiş məlumat bazası sistemləri də daxil olmaqla, adekvat müasir texniki avadanlıq və digər resurslarla təmin olunması prokurorları həddən artıq gərginlikdən azad edə, bununla da onların qərarlarının keyfiyyəti və prokurorluğun səmərəliliyini artıra bilər. Bütün bu tədbirlər orta-müddətli və uzunmüddətli strateji baxış çərçivəsində əhatə olunmalıdır.
8. APMŞ hesab edir ki, prokurorluğun və prokurorların keyfiyyətini müəyyən etmək üçün standartlar açılmış və bağlanmış məhkəmə işlərinin sayı, qərarların və nəticələrin növləri, məhkəmə təqiblərinin müddəti, işi idarə etmək bacarıqları, nitq və yazıda aydın şəkildə mübahisə aparmaq qabiliyyəti, yeni texnologiyalara açıqlıq, dil bilikləri, təşkilati bacarıqlar, prokurorun ofisi daxilində və kənarda digər şəxslərlə əməkdaşlıq etmək qabiliyyəti kimi həm kəmiyyət, həm də keyfiyyəti əhatə etməlidir.
9. Aydın səbəb gətirmə və təhlil prokurorların işinin keyfiyyəti üçün əsas tələblərdir. Buna görə də, onlar bütün müvafiq dəlilləri nəzərə almalı, bütün müvafiq faktiki və istintaq, eləcə də tərəflər tərəfindən aşkar edilən digər məsələləri yoxlamalıdır. Prokurorlar tərəfindən verilən bütün qərarlar və ya fəaliyyətlər belə müvafiq dəlili əks etdirməli, qanun və predmetlə bağlı mövcud ola biləcək ümumi təlimatlara əsaslanmalıdır.
10. Müvafiq hallarda və milli qanunvericiliyə əsasən, prokurorluq prokurorlar üçün təşəbbüsü yönləndirəcək və istintaqları idarə edəcək prinsipləri ümumi şərtlərlə müəyyən edən təlimatları nəşr etdirməlidir. Belə təlimatlar istintaqın müxtəlif mərhələlərində nəzərə alınmalı olan amilləri müəyyən etməlidir ki, səbəbli və ardıcıl siyasət istintaq müdaxiləsini möhkəmləndirsin. Prokurorluq ilk növbədə prokurorları daha yüksək səviyyəli peşəkar işə motivasiya etmək üçün göstəriciləri və izləmə mexanizmlərini şəffaf şəkildə müəyyən etməlidir. Prokurorluq çərçivəsində daxili izləmə mütəmadi olmalı və qanunun aliliyinə əsaslanmalıdır.
11. Prokurorların işinin keyfiyyətini artırmaq üçün müvafiq maraqlı tərəflərlə aparılmış səmərəli və qərəzsiz şikayət sistemi, eləcə də dövri sorğuların sistemdə mümkün çatışmazlıqların müəyyən edilməsi baxımından faydalı olduğunu göstərib. Prokurorların, xüsusən də şikayət və ya qurbansız hüquq pozuntuları ilə bağlı qərarlarını monitorinq edən nəzarət mexanizmi istintaq və ittiham mərhələləri zamanı mümkün səhvləri düzəltməyi mümkün edə bilər.
12. Keyfiyyətli və səmərəli iş idarəsi məhkəmə qərarlarının zaman məhdudiyyəti baxımından verilməsinə, eləcə də məsumluq ehtimalı, müdafiə olunmaq hüququ və qurbanların cinayət hüququna hörmət olunmaqla, obyektiv, qərəzsiz və peşəkar qaydada aparılmasına təminat verir. Prokurorların hüquq mühafizə agentliklərinin prosedurlarının gedişatı vasitəsi ilə bu əsas hüquqlar və azadlıqlara hörməti yoxlamalıdır.
13. Terrorizm, ağır və mütəşəkkil cinayətlər halında üzv dövlətlər prokurorlara xüsusi istintaq texnikalarından istifadə etməsinə icazə verən müvafiq və mütənasib ölçülər götürməlidir.