"Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi" üzrə regional layihə

KURSDA İŞTİRAKA DƏVƏT

Azərbaycanlı təlimçilər üçün ayrı-seçkiliklə mübarizə haqqında onlayn HELP (Hüquqşünaslar üçün İnsan Hüquqları Təhsili üzrə Avropa Proqramı) kursu


Bu sənəd Azərbaycanı təmsil edən təlimçilər üçün ayrı-seçkiliklə mübarizə haqqında təlim barədə rəsmi təklifi əks etdirir. Təklifə daxildir: Yaxşı İdarəçilik üçün Tərəfdaşlığın II mərhələsində Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurasının icra etdiyi “Şərq Tərəfdaşlığı ölkələrində məhkəmədən kənar hüquq müdafiə mexanizmləri vasitəsilə ayrı-seçkilik, nifrət cinayəti və nifrət nitqi qurbanlarının ədalət mühakiməsinə çıxışının gücləndirilməsi” üzrə regional layihə çərçivəsində 2021-ci ildə icra ediləcək "Ayrı-seçkiliyin yolverilməzliyi" və "İrqçilik, Ksenofobia, Homofobia və Transfobia ilə mübarizə" adlı AŞ HELP kursları və təlimçilərin metodoloji bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyan təlimçilər üçün nəzərdə tutulmuş xüsusi təlim seminarı.

Kursun məqsədləri

·         İştirakçıların ayrı-seçkilik, irqçilik, ksenofobia, homofobia və transfobia anlayışları və halları, və onlarla mübarizə yanaşmaları haqqında biliklərinin inkişaf etdirilməsi

·         İştirakçıların ayrı-seçkiliyə görə zərərin ödənməsi, Avropa səviyyəsində mövcud normalar və ölkə səviyyəsindəki mexanizmlər haqqında anlayışlarının artırılması

·         İştirakçıların ayrı-seçkilik qurbanlarına dəstək təklif etmək bacarıqlarının inkişaf etdirilməsi

·         İştirakçıların Azərbaycanda başqaları üçün ayrı-seçkiliklə mübarizə mövzusunda təlimçi kimi çıxış etmək bacarıqlarının inkişaf etdirilməsi

Kursun modulları

Hər bir modulda iştirakçılara tapşırıqlar veriləcək və onlar Avropa Şurasının HELP platformasında kurs materiallarını nəzərdən keçirməli olacaqlar. 1-ci və 5-ci modullar arasında hər bir modula canlı vebinar daxildir. 6-cı modul oflayn seminar formasında təklif edilir.

1.        Ayrı-seçkiliyin yolverilməzliyi

·         Əsas anlayışlar

·         Hüquqi müdafiə vasitələri

·         Konkret qruplar

2.        Giriş və normativ-hüquqi baza

·         Təsəvvürlər və qərəz

·         Əsas anlayışlar

·         Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Sosial Xartiyası və Aİ hüququ

·         Müxtəlif subyektlərin rolu

·         Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Ədalət Məhkəməsinin presedent hüququ

·         Azərbaycanda qanunvericilik və təcrübə

3.        İrqçilik və ksenofobia:

·         Nifrət cinayəti/nifrət nitqi/qısnama/ayrı-seçkilik

·         Azərbaycanda ayrı-seçkilik

4.        Homofobia və transfobia:

·         Nifrət cinayəti/nifrət nitqi/qısnama/şəxsi həyata və ailə həyatına hörmət hüququ

·         LGBTİ fərdlərinə qarşı ayrı-seçkilik

5.        Təlimçilərin bacarıqları (2 günlük oflayn seminar – yanvar 2022, tarixlər və yer müəyyən ediləcək)

·         Böyüklər üçün öyrənmə metodologiyaları

·         Pedaqoji bacarıqlar, təlim proqramının hazırlanması.

Müddət və iştirak üçün tələb olunanlar

Kursun aşağıdakı kimi keçilməsi təklif edilir:

·         Onlayn mərhələ: 15 noyabr 2021 – 15 yanvar 2022

·         Oflayn seminar: 2022-ci il yanvar ayının 2-ci yarısı.

Kurs orta hesabla həftədə 2 saat onlayn iştirak tələb edir. Kursun sertifikatını əldə etmək üçün iştirakçılar kursun 80%-də iştirak etməli, aralıq və yekun imtahanları keçməlidirlər.

Təlimlər və ekspertlər

Kurs müddətində iki təlimçi tərəfindən dəstək göstəriləcək. Kurs müddətində ekspertlər konkret mövzularda söhbət və müzakirələr təklif edəcəklər.

Dillər

Kurs Azərbaycan dilində keçiriləcək.

Texniki tələblər

İştirakçıların internet bağlantısı, kompüter və ya planşeti olmalıdır. Həmçinin mikrofon və kameranın mövcudluğu da faydalıdır.

KURSDA İŞTİRAKA DƏVƏT

Təlimçilərin təlimi 20 iştirakçını əhatə edəcək. İştirakçıların profilləri:

·         Azərbaycan Ombudsmanının bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi və ya hüquqi təhsil, yaxud başqa sahələrdə çalışan işçi heyəti

·         Azərbaycanda ayrı-seçkiliklə mübarizə sahəsində çalışan müvafiq QHT-lərin işçi heyəti

·         Ombudsman və ya ayrı-seçkiliklə mübarizə sahəsində çalışan QHT-lərlə işləyən müstəqil təlimçilər

·         Ayrı-seçkiliklə mübarizə sahəsində çalışan digər dövlət qurumlarının işçi heyəti və ya təlimçilər

İştirakçılar həmçinin:

·         Yeni öyrənilən bilikləri təşkilatları və ya institutları daxilində tətbiq edə bilməlidirlər

·         Həmkarları və ya başqa peşəkarlar və vətəndaşlar üçün təlim kursları keçirmək imkanına malik olmalıdırlar.

·         Azərbaycanda ayrı-seçkiliklə mübarizə sahəsində daha fəal olmağa həvəsli olmalıdırlar.

Avropa Şurası 20 iştirakçı müəyyən etmək niyyətindədir. Profilə uyğun gəlirsinizsə, buradan müraciət edin:

https://forms.gle/ASAtps2iZkg3JcBC7

Ərizələr göndərilməsi üçün son tarix 7 noyabr 2021-ci ildir.

Ərizəçilər noyabr ayının 10-na qədər seçimin nəticələri haqqında məlumatlandırılacaqlar.