Strazburq, 7 dekabr 2016-cı il

                                                          

CEPEJ(2016)5

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası

 (CEPEJ)

Avropa məhkəmə proseslərinin müddətinə doğru

 Rəhbər Qaydalar

CEPEJ-in 7 dekabr 2016-cı il, 28-ci plenar görüşündə qəbul edilmişdir


Bu sənəd Elmi Ekspert Narco FARBİnin (İtaliya) işinə əsalanaraq

hazırlıq işləri əsasında SATURN mərkəzinin rəhbər qrupu tərəfindən hazırlanmışdır

Mündəricat

1. GiriŞ. 3

1.1.      Vaxt çərçivələrini hazırlamaq üçün istifadə olunan metod. 4

1.2.      Əsas məqsədlər və inkişaf perspektivləri 4

1.3.      Tətbiq sahəsi 4

2. Vaxt çərçivələrinin təsviri 5

3. Vaxt çərçivələrini həyata keçirmək metodologiyaları 7

1.1.      1-ci addım: Cari vəziyyətin qiymətləndirilməsi 8

1.2.      2-ci addım: Vaxt çərçivələrinin təyin edilməsi və həyata keçirilməsi 8

1.3.      3-cü addım: Monitorinq. 8

Əlavə : EXCEL səhifəsi CEPEJ internet saytından yükləmək

1. Giriş

Bilindiyi kimi, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində qeyd olunur ki, “hər kəs işinin ağlabatan müddətdə ədalətli və açıq araşdırılması hüququna malikdir”.

Bu məqsəd direktiv orqanlar, məhkəmə heyəti, vəkillər tərəfindən yeni alətlərin, qaydaların, prosedurların və fəaliyyətlərin yaradılması və maraqlı tərəflərin əməkdaşlığı vasitəsilə davam etdirilməlidir.

Vaxt çərçivəsi bu alətlərdən biridir. Vaxt çərçivəsi məhkəmə proseslərinin müddətini azaltmaq üçün panaseya deyil, amma onun məhkəmə fəaliyyəti və qanunlarının qiymətləndirilməsi və daha sonra məhkəmə araşdırmalarının tempini yaxşılaşdırılması üçün faydalı alət olduğu təsdiq olunmuşdur.

Vaxt çərçivələri əməliyyat alətləri hesab oluna bilinər, çünki onlar hər məhkəmənin və ümumiyyətlə, ədalət mühakiməsi administrasiyasının işlərin aparılmasında vaxt parametrlərinə və Avropa İnsan Hüquqları Konvensiyasının qeyd etdiyi ağlabatan vaxt müddətində ədalətli araşdırma prinsipinə nə dərəcədə riayət etdiklərini ölçən konkret hədəflərdir.

Vaxt çərçivəslərinin müəyyənləşdirilməsi işin aparılması fəaliyyətini ölçməyə və müqayisə etməyə başlamaq və “Ləngitmə”ni konseptual baxımdan daha yaxşı xarakterizə etmək üçün fundamental addımdır. “Ləngitmə” dedikdə müəyyən edilmiş və ya planlaşdırılmış vaxt çərçivəsində həll olunmamış işlərin sayı və faizi nəzərdə tutulur.

Zəhmət olmasa diqqət yetirin ki, bu sənəddə aşağıdakı ifadələrin bu mənası var:

İş yükü – məhkəmə və ya hakimin məşğul olduğu bütün işlərdir. Bu, məhkəmə və ya hakim tərəfindən aparılan bütün fəaliyyətlərin toplusudur (məs. işlərin sayı, rəhbərlik səlahiyyətləri, məhkəmə və ya hakimin işinin bir hissəsi olan digər fəaliyyət).

İşlərin sayı – Bu, məhkəmə və ya hakimin məşğul olduğu işlərin miqdarıdır. Bu, adətən müəyyən vaxtda həll olunmamış işlərlə yeni daxil olan işlərin ümumi sayıdır.

Həll olunmamış işlər Bu, məhkəmə və ya hakimin müəyyən vaxtda (məsələn yanvarın 1-nə qədər həll edilməmiş) hələ də məşğul olacağı işlərin sayıdır.

Vaxt çərçivəsi – Bu, həll olunmamış işlərin yaşını nəzərə alaraq, müəyyən sayda və faizdə işlərin həll edilməli olduğu vaxt müddətidir. Vaxt çərçivəsi mərkəzi orqanlar (məsələn  Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Parlament) və ya məhkəmələr tərəfindən təyin edilmiş idarəetmə alətidir. Vaxt çərçivəsi bir işə aid olan prosessual müddət və ya reqlament ilə dəyişik salınmamalıdır. Prosessual müddət və ya reqlament  adətən prosessual hüquq  tərəfindən təyin edilir və fəaliyyətin konkret vaxtda baş verməli olduğunu tələb edir, əks halda bunun hüquqi nəticələri olacağını bildirir.

Ləngimə – Bu, müəyyən edilmiş vaxt müddətində həll olunmamış işlərin sayı və ya faizidir. Məsələn mülki işlər üçün vaxt çərçivəsi 24 ay təyin edilmişdirsə, 24 aydan artıq həll olunmamış işlərin sayı Ləngimə sayılır.

Vaxt çərçivəsi yalnız üç əsas sahə (mülki, cinayət, inzibati) üçün deyil, həm də tədricən məhkəmə tərəfindən baxılan müxtəlif “işlərin kateqoriyalarına” da qoyulmalıdır.  Vaxt çərçivəsi prosessual məsələlərdən, əldə olan resurslardan və  hüquqi mühitdən asılı olaraq hər bir kateqoriya (məsələn ailə, ifıas, əmək məsələləri ə s.)  və yerli şəraitə uyğunlaşdırılmalıdır.

Buna baxmayaraq, Avropa göstəricisi milli və yerli səviyyədə Vaxt Çərçivəsinin yaradılması və bütün Avropada  ortaq gözləntilərə ümumi baxışın formalaşdırılmasına başlamaq üçün əsas mayakdır.

Keyfiyyət göstəriciləri və hədəflər, məhkəmələrin fəaliyyətini və arzuolunan məqsədlərə çatmağı əks etdirən şəkildir. Bu məqsədə çatmaq üçün adekvat məhkəmə resursları, effektiv qanunlar, yaxşı prosessual qaydalar və təcrübələr, öhdəlik və konkret addımlar lazımdır.

Əlavə olaraq, məhkəmə proseslərinin müddəti məhkəmə sistemi üçün məqsədlər “trilogiya”sı adlandırıla bilər ki, o da ədalətli, əlverişliağlabatan vaxt funksiyalarına malik olmalıdır. 


1.1.  Vaxt çərçivələrini hazırlamaq üçün istifadə olunan metod

Burada təklif edilən vaxt çərçivələri aşağıdakı qaydada aparılan prosesin nəticəsidir: a) məhkəmələrin vaxt çərçivələrinə dair ədəbiyyatın analizi; b) Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ; c) CEPEJ-in Milli Əlaqələndiriciləri və Pilot Məhkımələrinə təqdim edilmiş iki sorğunun məlumat toplusu və təhlili; d) CEPEJ-in Pilot Məhkəmələrinin 2014, 2015, 2016-cı il görüşlərində təklif edilmiş vaxt çərçivələrinin və CEPEJ-in 2015-ci ilin dekabr və 2016-cı ilin iyun görüşlərinin müzakirəsi.

Bu prosesin nəticəsidə dörd qrup vaxt çərçivələri (A, B, C, D) təklif edilmişdir ki, bunlar da üzv dövlətlərin geniş sayda situasiyalarını nəzərə almışdır.

Əldə olan məlumata əsasən, biz bəzi ölkələrin təklif edilən vaxt çərçivələrini qarşılaya bilməyəcəklərindən, bəzilərinin isə daha da yaxşı nəticə göstərəcəyindən xəbərdarıq.

Bu dörd vaxt çərçivəsi sadə məlumat mənbəyi kimi istifadə oluna bilər. Hər bir ölkə və ya məhkəmə, hər bir məhkəmə və iş kateqoriyası üzrə öz vaxt çərçivələrini yaratmağa çağırılır.

Eyni və ya müxtəlif vaxt çərçivələri bütöv məhkəmə prosesinin hər bir instansiyasına (birinci, apellyasiya, ali məhkəmə instansiyaları) tətbiq edilməlidir. Məsələn, D vaxt çərçivəsi realistic olub, ən azından başlanğıc üçün birinci instansiya məhkəmələrinə, A vaxt çərçivəsi isə ali məhkəmələrə tətbiq edilə bilər.

1.2.  Əsas məqsədlər və inkişaf perspektivləri

Bizim fikrimizcə, bu vaxt çərçivələri müxtəlif üzv dövlətlərin müxtəlif vəziyyətlərinin və şəraitlərinin praqmatik güzəştləridir. Avropada ədalət mühakiməsi xidmətlərinin təbliğinə və məhkəmə proseslərinin müddətinin oxşar olması üçün təbliğə ehtiyac olduğunu nəzərə almaqla, onlar bütün üzv dövlətlər tərəfindən pillə-pillə tədricən çatacaqları məqsədlər kimi qəbul edilməlidir.

Bu o deməkdir ki, Avropa Şurasının üzv dövlətləri üçün ümumi məqsəd bütün proseslər üçün tədricənA vaxt çərçivəsinə, məsələn B və C vaxt çərçivəsindən keçərək, əməl etməkdir. 

Lakin təklif edilmiş bu vaxt çərçivələri üzv dövlətlər üçün Avropa mayakının xüsusi bir nümunəsi hesab edilməli və daha sonra onlar tərəfindən milli, ərazi və məhkəmə səviyyəsində müxtəlif kontekstə əsaslanan öz vaxt çərçivələri qəbul edilməlidir.  

Bir daha vurğulamaq lazımdır ki, təklif olunmuş vaxt çərçivələri idarəetmə aləti olub məhkəmə və ya məhkəmə sistemi işlərinin toplam sayı ilə məşğul olur. 

Buna görə də onlar, Avropa İnsan Hüquqları Məhkəməsinin ittihamından qaçmaq üçün təminat kimi qəbul edilməməlidir.  

6-cı maddədə qeyd olunmuş ağlabatan vaxtla bağlı bənd fərdi işlərə aiddir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) işin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini pozub pozmadığnı qiymətləndirəcək əsas səlahiyyətə malik olan təşkilatdır.

Bu birinci vaxt çərçivəsi qrupunun işlərin üç geniş “ailə”sinə (mülki, cinayət və inzibati) tətbiq olunması nəzərdə tutulur.  Gələcəkdə, bu geniş ailələr daxilində də müxtəlif işlərin kateqoriyalarına aid vaxt çərçivələrinin də hazırlanması nəzərdə tutulub.  

1.3.  Tətbiq sahəsi

Bu mərhələdə, burada təklif edilən vaxt çərçivələri müxtəlif ölkələrdə mürəkkəb və çeşidli olduğuna görə mühafizə prosedurunu nəzərə almır. Lakin AİHM-in presedent hüququna həddindən artıq uzun çəkən məhkəmə proseslərinin qiymətləndirilməsində mühafizə fazasının daxil edidiyini dəyərləndirmək lazımdır.  

Eyni zamanda, cinayət işlərinə şamil edilən vaxt çərçivəsi istintaq və ya “məhkəmədən əvvəl”ki dövrü nəzərə almır və ancaq iş məhkəməyə daxil olanda ona baxılması ilə məhdudlaşır. Lakin AİHM-in presedent hüququna məhkəmə proseslərinin davametmə müddətinin qiymətləndirilməsi zamanı istintaq dövrünün daxil olduğunu bilmək lazımdır.  

Buna görə də, bu vaxt çərçivələri üçün, hər bir işin başlanğıc tarixi işin məhkəmədə qeydiyyatdan keçdiyi gün olmalıdır, çünki məhkəmə “son qərar”ını verdikdə işlər bitmiş və ya həll edilmiş sayıla bilər və bu da işin ləğv edilməsi deməkdir.

Mülki işlərdə, biz bütün qeyri-münaqişəli (qeyri-mübahisəli ) işləri (məsələn “ödəniş tapşırığı və məhkəmə əmri”, qəyyumluq və s.) hesablamamağı təklif etdik, çünki bunlar adətən müxtəlif dispozisiya vaxtı olan xüsusi prosedura riayət edirlər. Biz başa düşürük ki, bu fərq müxtəlif üzv dövlətlər üçün həməşı aydın olmur. Bu, fərqi qəbul edib etməmək hər bir üzv dövlətin  öz seçiminə buraxılmışdır.

2. Vaxt çərçivələrinin təsviri

Hər bir vaxt çərçivəsi Avropa İnsan Hüquqları Məhkəməsi hüquqşünaslığında təklif edildiyi kimi işin mürəkkəbliyini nəzərə alır.

Prioritet işlər”in mümkün qədər tez həll olunması gözlənilir. Zəhmət olmasa bu “prioritet işləri” müəyyən edən Avropa İnsan Hüquqları Məhkəməsi hüquqşünaslığına baxın.

Normal işlər” məhkəmə tərəfindən baxılan işlərin toplusudur. Sadəlik naminə, bu mərhələdə, prioritet işlərin faizinin hesablanması “Normal işlər”ə daxil edilmişdir. Özü-özlüyündə aydındır ki, hər bir üzv dövlət və məhkəmə bu işlər üçün öz vaxt çərçivələrini qura bilərlər.

Məhkəmələr həmçinin “mürəkkəb işlər”ə də baxır ki, bunlar əlavə vaxt tələb edə bilər.  Bu məqsədlə,  yalnız çox mürəkkəb işlər üçün 5%-10% bufer zonası verilir ki, bu da vaxt çərçivəsinə daxil edilmədiyi üçün vaxt çəçivəsi işlərin sayının 90-95% əhatə edir.  Ancaq bufer zonası daxilindəki işlərə xüsusi diqqət verilməli və onların tezliklə vaxt çərçivəsinə salınmasına çalışmaq lazımdır.

5% və ya 10% buferin yaradılması ilə bağlı qərar hər bir üzv dövlət və ya məhkəmənin öz öhdəliyinə buraxılır. Bu zaman onlar apardıqları mürəkkəb işlərin faizini nəzərə almalıdırlar.

Qeyd olunduğu kimi, məhkəmələrə müxtəlif iş kateqoriyalarına müxtəlif vaxt çərçivələrini tətbiq etmək imkanı verilmişdir. Məsəl üçün, məhkəmə mülki işlər üçün A vaxt çərçivəsi və cinayət işləri üçün B vaxt çərçivəsini və sonra ailə məsələləri üçün A vaxt çərçivəsi, iflasa uğrama işlərinə isə B vaxt çərçivəsini tətbiq edə bilər.

Vaxt çərçivələri dəyişən alətlər olduqlqrından, hər bir şəratə uyğunlaşdırıla bilərlər.

Təklif edilən vaxt çərçivələri məlumat üçün verilmiş və direktiv xarakter daşımır. Onlar əsasən dövlətlərə məhkəmə proseslərinin müddətini təkmilləşdirmək məqsədilə hədəflərin qoyulmasını asanlaşdırmaq üçün  faydalı alət təklif edir. Vaxt çərçivələri milli məhkəmə kontekstinə uyğunlaşdırılmalı və qəbul edilməlidir.

A vaxt çərçivəsi

Mülki mübahisəli və inzibat işlər üçün A vaxt çərçivəsi  

Mülki mübahisəli və inzibat işlərin 90% və ya 95% qeydiyyata alındıqları gündən 18 ay ərzində bitməlidir.

Bufer

Çox mürəkkəb həll olunmamış mülki və inzibati işlərin 5% və ya 10% qeydiyyata alındıqları gündən 18 ay sonra da davam edə bilərlər.

Cinayət işləri üçün A vaxt çərçivəsi 

Cinayət işlərinin 90% və ya 95% qeydiyyata alındıqları gündən 12 ay ərzində bitməlidir.

Bufer

Çox mürəkkəb həll olunmamış cinayət işlərin 5% və ya 10% qeydiyyata alındıqları gündən 12 ay sonra da davam edə bilərlər.

B vaxt çərçivəsi

Mülki mübahisəli və inzibat işlər üçün B vaxt çərçivəsi 

Mülki mübahisəli və inzibat işlərin90% və ya 95% qeydiyyata alındıqları gündən 24 ay ərzində bitməlidir.

Bufer

Çox mürəkkəb həll olunmamış mübahisəli mülki və inzibati işlərin 5% və ya 10% qeydiyyata alındıqları gündən 24 ay sonra da davam edə bilər.

Cinayət işləri üçün B vaxt çərçivəsi 

Cinayət işlərinin 90% və ya 95% qeydiyyata alındıqları gündən 18 ay ərzində bitməlidir.

Bufer

Çox mürəkkəb həll olunmamış cinayət işlərin 5% və ya 10% qeydiyyata alındıqları gündən 18 ay sonra da davam edə bilər.

C vaxt çərçivəsi

Mülki mübahisəli və inzibat işlər üçün C vaxt çərçivəsi 

Mülki mübahisəli və inzibat işlərin 90% və ya 95% qeydiyyata alındıqları gündən 30 ay ərzində bitməlidir.

Bufer

Çox mürəkkəb həll olunmamış mübahisəli mülki və inzibati işlərin 5% və ya 10% qeydiyyata alındıqları gündən 30 ay sonra da davam edə bilər.

Cinayət işləri üçün C vaxt çərçivəsi 

Cinayət işlərinin 90% və ya 95% qeydiyyata alındıqları gündən 24 ay ərzində bitməlidir.

Bufer

Çox mürəkkəb həll olunmamış cinayət işlərin 5% və ya 10% qeydiyyata alındıqları gündən 24 ay sonra da davam edə bilər.

D vaxt çərçivəsi

Timeframe  D  for civil contentious cases and administrative cases

Mülki mübahisəli və inzibat işlərin 90% və ya 95% qeydiyyata alındıqları gündən 36 ay ərzində bitməlidir.

Bufer

Çox mürəkkəb həll olunmamış mübahisəli mülki və inzibati işlərin 5% və ya 10% qeydiyyata alındıqları gündən 36 ay sonra da davam edə bilər.

Cinayət işləri üçün D vaxt çərçivəsi 

Cinayət işlərinin 90% və ya 95% qeydiyyata alındıqları gündən 30 ay ərzində bitməlidir.

Bufer

Çox mürəkkəb həll olunmamış cinayət işlərin 5% və ya 10% qeydiyyata alındıqları gündən 30 ay sonra da davam edə bilər.

TIMEFRAMES SUMMARY TABLE

3. Vaxt çərçivələrini həyata keçirmək metodologiyaları

Aşağıda, məhkəmədə vaxt çərçivələrinin həyata keçirilməsinin konkret prosesinin qisa təsviri verilmişdir.

O, üç əsas addımdan ibarətdir: 1) Cari vəziyyətin qiymətləndirilməsi 2) Məhkəmələr üçün vaxt çərçivələrinin təyin edilməsi 3) Vaxt çərçivələrinin monitorinqi.

Sonra monitorinq əsasında, məhkəmə gələcək üçün (məsələn qarşıdakı il üçün) vaxt çərçivəsini müəyyən edə və bütün işlər üçün A çərçivəsinə doğru təkmilləşməyə doğru çalışa bilər.

1.1.         1-ci addım: Cari vəziyyətin qiymətləndirilməsi

İlk əvvəl məhkəmə, müxtəlif növ işlərin (mülki, inzibati və cinayət) aparılma müddədiniə və mümkün olarsa, məhkəmə işlərinin sayını (məsələn ailə, əmək, müqavilələr, qanun pozuntusu və s.) təmsil edən müxtəlif iş kateqoriyalarına dair vəziyyəti bilməlidir.

Məhkəmə işlərinin axını haqqında aydın mənzərə eldə etmək üçün, bu qiymətləndirmə son 3 il (və ya daha yaxşısı 5 il ) üçün aparılmalıdır.   

Aşağıdakı nümunə mülki işlərlə bağlıdır, ancaq oxşar cədvəllər inzibati və cinayət işləri üçün və sonra bu geniş qruplar daxilində xüsusi iş kateqoriyaları üçün də doldurulmalıdır. 

Müyyən tarixdə həll olunmamış işlərin yaşı

 [tarix] tarixində həll olunmamış mülki mübahisəli işlər

Həll olunmamış işlər

0-12
ay

13-18
 ay

19-24
 ay

25-30
 ay

31-36
ay

36 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

500

350

100

90

20

10

1070

Faiz

47

33

9

8

2

1

100

İş kateqoriyası ………

Həll olunmamış işlər

0-12
ay

13-18
 ay

19-24
ay

25-30
 ay

31-36
ay

36 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

250

80

20

30

10

0

390

Faiz

64

21

5

8

3

0

100

1.2.         2-ci addım: Vaxt çərçivələrinin təyin edilməsi və həyata keçirilməsi

Məhkəmənin hər növ iş üçün (mülki, inzibati və cinayət) həll olunmamamış işlərin yaşı və bəlkə də spesifik kateqoriyalar haqqında daha geniş məlumatı olarsa, qarşıdakı il üçün real vaxt çərçivəsinin seçilməsi mümkün olur.

Məhkəmə vaxt çərçivəsi həmişə qanunvericilik və ya yuxarı məhkəmə orqanları (yuxarı məhkəmə, ali ədliyyə şurası və s) tərəfindən təyin edilmiş hədəflərə dərhal üyğun olmaya bilər. Bu halda, vaxt çərçivələri yuxarıda qeyd olunan daha tələbkar vaxt çərçivələrinə və ya proseslərin davametmə müddətinə dair hüquqi tələblərə çatmaq üçün keçid mərhəsi olur.  

Əgər məhkəmə spesifik iş kateqoriyaları üzrə məlumat əldə edə bilirsə, iş kateqoriyaları üçün daha spesifik vaxt çərçivələrini müəyyən etmək olar.

1.3.         3-cü addım: Monitorinq

Ən azından, hər ilin sonunda, vaxt çərçivələrinin yerinə yetirilib yetirilməməsini monitorinq etmək üçün məhkəmə aşağıdakı cədvəli doldurmalıdır.  Vəziyyətə yalnız hər ilin sonunda deyil, həm də mümkün qədər tez-tez məslən hər 3 aydan bir nəzarət edilməsi çox faydalı olardı.  Bu yolla, problemləri daha əvvəldən aşkar etmək və vaxt çərçivələrinə nail olmaq üçün tədbirlər görmək (SATURN-un məhkəmə vaxtının idarəolunması haqqında rəhbər qaydalara baxın)  mümkün olardı.

“Müəyyən tarixdə həll olunmamış işlərin yaşı” cədvəlində ancaq “həll olunmamış işlər” sırası doldurulmalıdır.

Vaxt çərçivəsində həll olunmamış işlərin faizini göstərən Faizlər və Ləngimələr bura əlavə olunmuş cədvəl vasitəsilə avtomatik hesablanır.  

Mənfi rəqəm bitmə vaxtı məhkəmə tərəfindən müəyyən edilən vaxt çərçivəsindən daha yaxşı olan işlərin faizini göstərir. 

Ləngimə olarsa, onun qarşısını almaq və ya ən azından azaltmaq üçün qanun və addımlar tətbiq edilməlidir.  

Aşağıdakı nümunə vaxt çərçivələri və ləngimələrin necə işlədiyini göstərir. Biz məlumatı dörd vaxt çərçivəsinə uyğunlaşdırmışıq.

Müyyən tarixdə həll olunmamış işlərin yaşı

 [tarix] tarixində həll olunmamış mülki mübahisəli işlər

Həll olunmamış işlər

0-12
ay

13-18
ay

19-24
ay

25-30
ay

31-36
ay

36 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

500

400

20

50

30

0

1000

Faiz

50

40

2

5

3

0

100

Vaxt çərçivəsi A

Ləngimə (Bufer 5%)

Monitorinq

5

Vaxt çərçivəsi A

Ləngimə (Bufer 10%)

Monitorinq

0

Vaxt çərçivəsi B

Ləngimə (Bufer 5%)

Monitorinq

3

Vaxt çərçivəsi B

Ləngimə (Bufer 10%)

Monitorinq

-2

Vaxt çərçivəsi C

Ləngimə (Bufer 5%)

Monitorinq

-2

Vaxt çərçivəsi C

Ləngimə (Bufer 10%)

Montiorinq

-7

Vaxt çərçivəsi D

Ləngimə (Bufer 5%)

Monitorinq

-5

Vaxt çərçivəsi D

Ləngimə (Bufer 10%)

Monitorinq

-10

Cədvəldə göründüyü kimi:

A vaxtçərçivəsinə bufer zonası (mürəkkəb işlər) 10% müəyyən edildikdə nail olmaq olar. Bufer zonası 5% müəyyən edildikdə, işlərdə 5% ləngimə yaranır. Zəhmət olmasa nəzər yetirin ki, bufer zonasında işlərin faizi hələ də həll olunmamış qalır və vaxt çərçivəsinə nail olmağa baxmayaraq onlarla tezliklə məşğul olmaq lazımdır.     

B vaxt çərçivəsi 2% işlərin 10% buffer zonası olan vaxt çərçivəsindən daha yaxşı nəticələr göstərməklə müvəffəqiyyətli olmuşdur.  Əgər buffer 5% müəyyən edilmişsə, 3% ləngimə yaranır ki, bu da işlərin 8%-nin 24 aydan artıq davam etdiyini bildirir.

C vaxt çərçivəsi hər iki buferlə müvəffəqiyyətli olmuşdur. Bufer 5% olmaqla, işlərin 2%-i vaxt çərçivəsindən daha yaxşı nəticə göstərmişdir. 10% bufer ilə, işlərin 7%-i vaxt çərçivəsindən daha yaxşı nəticə göstərmişdir, ancaq yaddan çıxarmaq olmaz ki işlərin 3%-i hələ də 30 aydan çox davam edir.

D vaxt çərçivəsi hər iki buferlə müvəffəqiyyətli olmuşdur və 36 aydan mox davam edən işlər yoxdur və həqiqətən də 5% bufer ilə müəyyən edilmiş işlərin monitorinqi işlərin 5% və 10% ilə müəyyən edilmiş isə 10% olmuşdur.

Bu cədvəl, müxtəlif iş kateqoriyalarında vaxt çərçivələrini monitorinq etmək və gələcək dövr üçün ardıcıl və yerinə yetirilə bilən hədəfləri müəyyən etmək məqsədilə istifadə olunmaq üçün nəzərdə tutulub.


Bu monitorinq prosesi əsasında, məhkəmə öz vaxt çərçivəsini ən azı ildə bir dəfə tənzimləməli və mümkün qədər A vaxt çərçivəsinə doğru hərəkət etməli və bunun üçün Konvensiyanın 6-cı maddəsinin ağlabatan vaxt bəndinə uyğun və qərar prosesinin keyfiyyətinə xələl gətirməməklə qanun və addımları müəyyən etməlidir.  

_____________________________


Əlavə: Doldurmaq üçün Excel vərəqinin şablonu (Vaxt çərçivəsi məlumat cədvəlini – CEPEJ-in internet səhifəsindən yükləmək olar)

Mülki və inzibati işlər

Ölkə:

Məhkəmət:

Yurisdiksiya:

Müyyən tarixdə həll olunmamış işlərin yaşı

31.12.2016 tarixində mülki mübahisəli həll olunmamış işlərin nümunəsi

Həll olunmamış işlər

0-12
ay

13-18
 ay

19-24
 ay

25-30
 ay

31-36
ay

36 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

500

350

100

90

20

10

1070

Faiz

47

33

9

8

2

1

100

İşin kateqoriyası ……… [tarix] həll olunmamış işlər

Həll olunmamış işlər

0-12
ay

13-18
ay

19-24
 ay

25-30
 ay

31-36
ay

36 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

0

Faiz

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!


Mülki işlərin monitorinqi

Ölkə:

Məhkəmət:

Yurisdiksiya:

Müyyən tarixdə həll olunmamış işlərin yaşı

31.12.2016 tarixində mülki mübahisəli həll olunmamış işlərin nümunəsi

Həll olunmamış işlər

0-12
ay

13-18
 ay

19-24
 ay

25-30
 ay

31-36
ay

36 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

500

400

20

50

30

0

1000

Faiz

50

40

2

5

3

0

100

A vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

5

A vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

0

B vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

3

B vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

-2

C vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

-2

C vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Montiorinq

-7

D vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

-5

D vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

-10


İş kateqoriyası ………[tarix] həll olunmamış işlər

Həll olunmamış işlər

0-12
ay

13-18
 ay

19-24
 ay

25-30
 ay

31-36
ay

36 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

0

Faiz

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

A vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

#DIV/0!

A vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

#DIV/0!

B vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

#DIV/0!

B vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

#DIV/0!

C vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

#DIV/0!

C vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Montiorinq

#DIV/0!

D vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

#DIV/0!

D vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

#DIV/0!


Cinayət işlərinin monitorinqi

Ölkə:

Məhkəmət:

Yurisdiksiya:

Müyyən tarixdə həll olunmamış işlərin yaşı

31.12.2016 tarixində həll olunmamış cinayət işlərinin nümunəsi

Həll olunmamış işlər

0-6
ay

07-12
 ay

13-18
 ay

19-24
 ay

25-30
ay

30 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

200

140

50

10

20

0

420

Faiz

48

33

12

2

5

0

100

İş kateqoriyası ………[tarix] həll olunmamış işlər

Həll  olunmamış işlər

0-12
ay

13-18
 ay

19-24
 ay

25-30
 ay

31-36
ay

36 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

0

Faiz

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!


Cinayət işlərinin monitorinqi

Ölkə:

Məhkəmət:

Yurisdiksiya:

Müyyən tarixdə həll olunmamış işlərin yaşı

31.12.2016 tarixində həll olunmamış cinayət işlərinin nümunəsi

Həll olunmamış işlər

0-6
ay

07-12
 ay

13-18
 ay

19-24
 ay

25-30
ay

30 aydan çox

Həll olunmamış işlərin ümumi sayı

250

130

80

35

10

2

507

Faiz

49

26

16

7

2

0

100

A vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

20

A vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

15

B vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

4

B vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

-1

C vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

-3

C vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Montiorinq

-8

D vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

-5

D vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

-10


İş kateqoriyası ………[tarix] həll olunmamış işlər

Həll olunmamış işlər

0-12
months

13-18
 months

19-24
 months

25-30
 months

31-36
months

Over
36 months

Total pending

0

Faiz

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

#DIV/0!

A vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

#DIV/0!

A vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

#DIV/0!

B vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

#DIV/0!

B vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

#DIV/0!

C vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

#DIV/0!

C vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Montiorinq

#DIV/0!

D vaxt çərçivəsi

Ləngimə (Bufer 5%)

Monitorinq

#DIV/0!

D vaxt çərçivəsi

Ləngimə (Bufer 10%)

Monitorinq

#DIV/0!